4583c27d-65f4-4f1b-942c-47d49a26f682..jpg

“Cadugər” dünyasının yemək reseptlərindən ibarət kitab satışa çıxarıldı – FOTO

Baxış sayı: 731 dəfə baxılıb.

“Cadugər” dünyasının yemək reseptlərindən ibarət kitab satışa çıxarıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur “Cadugər” (“The Witcher”) fentezi-dram serialı əsasında hazırlanmış
yemək kitabı satışa çıxarılıb.

“The Witcher Official Cookbook” adlı kitabda illüstrasiyalarla 80 ətraflı
resept təqdim olunub. Bu reseptlərin hamısı “Cadugər” dünyasının coğrafiyasına
görə sıralanıb. Noviqraddan, Skellige adalarından yeməklər, eləcə də
romanlardakı personajlardan reseptlər var, məsələn, Lambertin köftəsi.

Kitabda müəyyən bölgənin kulinariya həyatı haqqında kiçik qeydlər də yer alıb.

Kitab ingilis dilində nəşr olunub və qiyməti 35 avrodur (təqribən 64 manat).

Bundan başqa witcherkitchen.com saytında kolleksiya müəlliflərinin 19 resepti
pulsuz dərc edilib.

Qeyd edək ki, “Netflix” şirkətinin sifarişi ilə Andjey Sapkovskinin romanları
əsasında çəkilən serial 2019-cu ildə yayımlanıb. Filmin süjetinə əsasən cadugər
riviyalı Geralt bədheybətlər və qəddar insanlarla dolu dünyada öz yerini
axtarır.

Mənbə: “Sliva/İrkutsk” “Telegram” kanalı

Source link