Türkiyənin məşhur model və aktrisası Çağla Şikel uzun illər vergidən qaçmaqda günahlandırılır.
ÇıxışYolu.Com xəbər verir ki, İstanbul Prokurorluğu tərəfindən “Əsas gəlirin gizlənilməsi və saxta qaimələrin hazırlanması” iddiası ilə Çağlaya 8 il 9 aya qədər həbs tələb olunur.
Model isə mühasibinin onu aldatdığını bildirib. Şikel mühasibindən şikayət ərizəsi yazıb.
Qeyd edək ki, sözügedən mühasib Kıvanç Tatlıtuğun da mühasibat işlərinə baxırdı. O, aktyoru da aldadaraq, vergidən yayınıb.