Çağla Şikeldən həbs olunması ilə bağlı – AÇIQLAMA

Çağla Şikeldən həbs olunması ilə bağlı – AÇIQLAMA

Baxış sayı: 4. 273 dəfə baxılıb.

Tanınmış model Çağla Şikel vergidən yayındığı üçün üç ildən beş ilədək həbs olunması xəbərinə münasibət bildirib.

ÇıxışYolu.Com xəbər verir ki, model bu barədə “Instagram” hesabında yazıb:

“Hörmətli media nümayəndələri, bugünədək vergiləri vaxtında ödəyən vergi ödəyicisi olmuşam. Ancaq keçmiş mühasibim Erdal Doğan vergiləri azaldaraq, oğurluq edib. Bunu yalnız vergi orqanlarından xəbərdarlıq gələndə bildim.

Haqqımda İstanbul Cümhuriyyət Baş Prokurorluğuna şikayət edilib. Ancaq bununla bağlı vəkillərim lazımi işləri görür. 

Xəbərsiz olduğum halda, mənə cəza kəsilməsi düzgün deyil. Buna görə çox rahatam. Bundan sonra vergi məsələləri ilə özüm məşğul olacam və vergiləri vaxtında ödəyəcəm”. 

Qeyd edək ki, Şikel bir müddət əvvəl də bir milyon lirəyədək (təxminən 500 min manat) vergi borcu ilə üzləşmiş, buna görə mühasibini günahlandıraraq ondan şikayət ərizəsi vermişdi. Modelin mühasibi Erdal Doğan isə hələ də axtarışdadır.

.
www.ÇıxışYolu.Com