Cahangir Hacıyevin arvadı azadlığa buraxıldı

Cahangir Hacıyevin arvadı azadlığa buraxıldı

Baxış sayı: 2. 461 dəfə baxılıb.

Cahangir Hacıyevin arvadı azadlığa buraxıldı

Londonda həbs edilən “Azərbaycan Beynəlxalq Bankı”nın sabiq rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva azadlığa buraxılıb. 

ÇıxışYolu.Com BBC-yə istinadən xəbər verir ki, Londonun Harrods univermağında 16 milyon funt xərcləyən Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub. 

55 yaşlı Zamirə Hacıyeva ötən həftə Azərbaycan hökumətinin xahişi ilə London polisi tərəfindən saxlanılıb. O, “Azərbaycan Beynəlxalq Bankı”nın vəsaitini oğurlamaqda ittiham edilib. Zamirə Hacıyevanın vəkili bildirib ki, müdafiə etdiyi şəxs və onun əri pulları qanuni yolla qazanıblar. 

Çərşənbə axşamı Hacıyeva 500 min funt girov məbləğ təklif etsə də, prokuror apellyasiya şikayəti verib. Bu gün isə qadın girov nəticəsində azadlığa buraxılıb. 

R.D.
www.ÇıxışYolu.Com