8f209c73-e0d8-4cc4-97d6-0b172cd1f0a6..jpg

“Cahangirbəyli” SES-də ildə 30 milyon kVt/saatdan çox enerji istehsal ediləcək – FOTO

Baxış sayı: 570 dəfə baxılıb.

“Cahangirbəyli” SES-də ildə 30 milyon kVt/saatdan çox enerji istehsal ediləcək
– FOTO

Prezident İlham Əliyevin sentyabrın 28-də açılışını etdiyi “AzərEnerji”
ASC-nin Zəngilan rayonundakı “Cahangirbəyli” Su Elektrik Stansiyasında (SES) il
ərzində 30 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal ediləcək.

“Report” xəbər verir ki, bu barədə rayona təşkil olunmuş mediaturda səhmdar
cəmiyyətinin mətbuat katibi Teymur Abdullayev bildirib.

Onun sözlərinə görə, SES üçün tikilən maşın zalında 5,25 meqavat gücündə
Avropa istehsalı olan yaşıl sertifikatlı frensis tipli iki ekoturbin,
generatorlar, məsafədən idarəedilən rəqəmsal avadanlıqlar quraşdırılıb.

Xatırladaq ki, işğaldan azad olunan ərazilərdə yeni yaşıl enerji potensialının
yaradılması ilə bağlı dövlət başçısının tapşırığına uyğun olaraq, 2022-ci ilin
payız aylarında “AzərEnerji” Oxçuçayın Zəngilan rayonunun ərazisindən keçən
hissəsində dörd yerdə hər birinin gücü 10,5 meqavat, ümumi gücü 42 meqavat olan
SES silsiləsinin tikintisinə başlayıb. Artıq “Sarıqışlaq”, “Şayıflı” və
“Zəngilan” SES-lərdə işlər yekunlaşmaqdadır, “Cahangirbəyli” SES-də isə işlər
tamamlanıb.

Bu dörd stansiyanı su ilə təmin etmək üçün “AzərEnerji” tərəfindən dəniz
səviyyəsindən 600 metr yüksəklikdə baş suqəbuledici qurğu tikilib. Eni 450,
uzunluğu 250 metr olan qurğunun su tutumu 400-450 min kubmetrə bərabərdir. Bu
qurğunun yaradılması enerji istehsalından əlavə, kənd təsərrüfatı və ekoloji
cəhətdən olduqca əhəmiyyətli hadisədir. Baş suqəbuledicinin tikilməsi 30 il
müddətində çirklənən çay yatağının təmizlənməsinə, flora və faunanın
dirçəlməsinə də yardım edəcək.

Baş suqəbuledicidən çayın suyunun 35 faizi məcrasında saxlanılmaqla 23
kilometr məsafədə qoşa derivasiya boruları çəkilib. Borudan çıxan su təkrar
çaya buraxılır. “Cahangirbəyli” SES-in ətrafında səkkiz mindən çox ağac əkilib.

Source link