106873bf-67c1-4bee-967f-1ce402d478a0..jpg

Cahit Bağçı: “İlin sonunadək Azərbaycanla ticarət dövriyyəsini 7,5 milyard dollara çatdıracağıq”

Baxış sayı: 731 dəfə baxılıb.

Cahit Bağçı: “İlin sonunadək Azərbaycanla ticarət dövriyyəsini 7,5 milyard
dollara çatdıracağıq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı 2023-cü ilin sonunadək
Azərbaycanla ticarət dövriyyəsinin 7,5 milyard ABŞ dollarına çatacağını
bildirib.

“Report” xəbər verir ki, bunu səfir bu gün Bakıda keçirilən “Heydər Əliyev 100
– Bir millət, iki dövlətin iş dünyası” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, iki ölkə arasında bu ilin 10 ayında 6,7 milyard ABŞ
dolları dəyərində ticarət əməliyyatları aparılıb: “Bu rəqəmi ilin sonunadək 20
% artıracağıq. Azərbaycanla münasibətlər bütün sahələrdə inkişaf edir. Bu
münasibətlərdə iqtisadi əməkdaşlıq da xüsusi yer tutur. Əsas hədəfimiz
Azərbaycanla ticarət dövriyyəsini 15 milyard ABŞ dollarına çatdırmaqdır və
hazırkı rəqəmlər bu hədəfə gedən yolun yarısında olduğumuzu göstərir”.

Source link