Cahit Bağçı: “Türkiyə tibb sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə
hazırdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Türkiyə tibb sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır”.
“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı
“Ulu öndər “Heydər Əliyev İli”nə həsr olunmuş icbari tibbi sığorta çərçivəsində
xəstəxana idarəetməsi” mövzusunda keçirilən seminarda deyib.
Onun sözlərinə görə, Şuşa Bəyannaməsi təkcə Türkiyə və Azərbaycan dövlət
başçılarının deyil, eyni zamanda, millətin də iradəsini əks etdirir:
“Bu bəyannamə münasibətlərin hər sahədə dərinləşdirilməsini özündə ehtiva
edir. Biz bu gün akademik sahədə münasibətlərin genişləndirilməsindən
danışırıq. Tibb sahəsində öz təcrübə və biliklərimizi qardaş ölkə Azərbaycanla
bölüşməyə hazırıq. Bundan sonra da xüsusilə qurumlarımızın bir-biri ilə daha da
yaxınlaşmasında akademik sahədə mübadilənin faydalı olacağını düşünürəm”.