cb9f53e5-858e-4921-b21d-5f48208b2158..jpg

“Caliber”: “Bakının vədləri və İrəvanın geriyə addımı haqqında” – VİDEO

Baxış sayı: 1. 003 dəfə baxılıb.

“Caliber”: “Bakının vədləri və İrəvanın geriyə addımı haqqında” – VİDEO

Azərbaycanlılar üçün sözü havaya demək mədəniyyətsizlik sayılır. Bu xalq
yerinə yetirəcəyinə əmin deyilsə söz vermir, ya da yerinə yetirəcəyinə tam əmin
olandan sonra vəd verir.

Azərbaycan xalqının bu uzun əsrlik xüsusiyyəti həm də müstəqil dövlətin siyasi
mədəniyyətinin bir hissəsi oldu. Azərbaycan hər zaman öz sözünə əməl edir.
Bununla da beynəlxalq arenanın ehtiramını qazanıb.

Bu barədə “Caliber”in “YouTube” kanalındakı yeni süjetində bildirilir.

Kanalda vurğulanır ki, bir zamanlar Şuşanın azad olacağı və Azərbaycan
bayrağının bu şəhərin üstündə dalğalanacağı deyilmişdi və edildi:

“Vəd verilmişdi ki, Bakı-Tbilisi-Axalkalaki-Qars nəhəng dövlətlərin bütün
təzyiqlərinə baxmayaraq nəyin bahasına olursa-olsun inşa ediləcək və tikildi.
Avropaya qazla bağlı yardım ediləcəyi sözü verildi, hazırda bu istiqamətdə
işlər görülür və mütləq şəkildə başa çatdırılacaq”.

Süjetdə vurğulanır ki, ötən ilin avqust ayında Qarabağda birdən-birə Ruben
Vardanyan ortaya çıxanda ona müxtəlif vasitələrlə burada planlar qurmaması
çatdırıldığı, bu yerlərə aid olmadığı, burada yeri olmadığı deyilsə də, o buna
inanmadı… Amma artıq öz kabinetindən qovulub.

Daha ətraflı “Caliber”in yeni süjetində:


Source link