Almaniyanın “Bavariya” klubunun futbolçusu Camal Musiala zədələnib.
Cixisyolu.com Marca.com-a istinadən xəbər verir ki, bu barədə Münhen təmsilçisinin
mətbuat xidməti məlumat yayıb.
21 yaşlı yarımmüdafiəçinin omba nahiyəsində problemlər var.
Musiala bu səbəbdən Bundesliqada “Frankfurt”la oyunu, həmçinin Almaniya
millisinin Millətlər Liqasında Bosniya və Herseqovina və Niderlanda qarşı
keçirəcəyi görüşləri buraxacaq.
Qeyd edək ki, Camal Musiala minimum dörd həftə komandasına kömək edə
bilməyəcək.