404c74c4-9314-4fc6-98a6-59d4cdbf4c41..jpg

Çamiso – Bayramov görüşündə səhv edən hakimlər cəzalandırıldılar

Baxış sayı: 651 dəfə baxılıb.

Çamiso – Bayramov görüşündə səhv edən hakimlər cəzalandırıldılar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UWW İntizam Komitəsi Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat
Turnirində Turan Bayramovla Frank Çamizo (İtaliya) görüşü ilə bağlı qərarını
açıqlayıb.

Cixisyolu.com xəbər verir ki, 74 kq-da mübarizə aparan yığmamızın sərbəst
güləşçisinin yarımfinal görüşündəki qələbəsi bir daha təsdiqlənib.

Qərarda Beynəlxalq Güləş Qaydalarının 53-cü maddəsinə görə, xalçada qalib elan
edildikdən sonra heç bir halda nəticənin dəyişmədiyi bildirilib. Bununla
yanaşı, UWW-dən İstanbulda mayın 9-da start götürəcək Dünya Olimpiya Təsnifat
Turnirində Çamizonu çəki dərəcəsində 1-ci olmasını xahiş edilib.

İntizam Komitəsi görüşün hakimlərinə müxtəlif cəzalar verib. Xalça hakimi
Roman Pavlov və hakim İbrahim Cicoğlunun ilin sonunadək bütün yarışlardan
uzaqlaşdırılıb. Görüşə təyin olunan digər ədalət təmsilçiləri Ali Sayvan
oktyabrın 30-dək, Aleksey Bazulin, Kamel Buaziz və Kase Gossel isə iyunun
30-dək diskvalifikasiya olunublar.

Görüşü 2 – müstəqil və ayrı komissiya araşdırıb. Onlar şəffaf şəkildə
hakimlərin işini və görüşün analizini aparıblar. Hər komissiya 3 nəfərdən,
müvafiq olaraq hakimlər komissiyasının sədri, hakimlik və beynəlxalq güləş
qaydaları üzrə təcrübəsi olan 2 ekspert, 3 büro üzvündən ibarət olub.

Qeyd edək ki, Bayramov 8:8 hesabı ilə başa çatan dueldə xalların keyfiyyətinə
görə qələbə ilə Paris-2024-ə lisenziya qazanıb. İtaliyalı güləşçinin sonda
yerinə yetirdiyi fənd vaxt başa çatdığı üçün qeydə alınmasa da, apenninlilər
həlledici xalın 6 dəqiqəlik qarşılaşma daxilində gerçəkləşdiyini iddia edirdi.

Source link