e48132d2-fdf1-424c-95d5-a1b63bc2a778..jpg

Çanaqqala zəfərinin 108-ci ildönümüdür – FOTO

Baxış sayı: 1. 086 dəfə baxılıb.

Çanaqqala zəfərinin 108-ci ildönümüdür – FOTO

Bu gün Türkiyənin Çanaqqala zəfərinin 108-ci ildönümüdür.

Birinci Dünya müharibəsində “Üçlər İttifaqı” tərəfində döyüşə girən Osmanlı
imperiyası Çanaqqala cəbhəsində mübarizə aparıb.

Türkiyə tarixinin dönüş nöqtələrindən biri olan Çanaqqala müharibəsi 19 fevral
1915-ci ildə Çanaqqala boğazında (Dardanel) dəniz döyüşü ilə başlayıb. 325 gün
davam edən döyüşlər 1916-cı il yanvarın 9-da türk ordusunun qələbəsi ilə başa
çatdı.

1915-ci il martın 18-də Çanaqqalada əldə edilən dəniz zəfəri Türkiyənin
gələcəyi üçün dönüş nöqtəsi olub.

Qeyd edək ki, Osmanlı arxivlərində Qafqaz cəbhəsindən Çanaqqala döyüşündə
vuruşan Azərbaycan könüllüləri ilə bağlı bir çox sənədlər var.

Zəfərin ildönümü ilə bağlı təşkil olunacaq tədbirdə Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan da iştirak edəcək. Qələbənin ildönümündə Şəhidlər abidəsi və
Səddülbahir qalasında iki fərqli anım proqramı təşkil olunacaq. İlk mərasim
Cümhuriyyət meydanında keçiriləcək.

Mənbə: TRT Haber

Source link