e79d90a1-55a1-4cd8-a5ad-8096e0ea2875..jpg

Çanaqqalada lüks yaxta dalğaqırana çırpıldı – VİDEO

Baxış sayı: 1. 173 dəfə baxılıb.

Çanaqqalada lüks yaxta dalğaqırana çırpıldı – VİDEO

Türkiyənin Çanaqqala şəhərində özəl şirkətə məxsus 18 metr uzunluğundakı
“Gemini” adlı lüks yaxta Çanaqqala boğazından keçərkən dalğaqırana (port
akvatoriyası, dəniz, göl, su hövzələrinin sahilboyu hissəsini külək
dalğalarından və axınlardan mühafizə edən hidrotexniki qurğu – red.) çırpılıb.

Lüks yaxtanın ön tərəfinin bir hissəsi dalğaqıranın üzərinə çıxıb. Yaxtanın
kapitanı radio vasitəsilə hadisə barədə Çanaqqala Boğazı Gəmi Trafik Xidmətləri
İdarəsinə xəbər verib. Boğazdan keçəcək digər gəmilərin kapitanları da qəza
barədə məlumatlandırılıblar.

Sahil Mühafizəsi və Çanaqqala Liman İdarəsinin əməkdaşları hadisə yerinə
gəliblər.

Bildirilib ki, yaxta kranın köməyi ilə qaldırılacaq və alt hissəsi
yoxlanılacaq. Lazımi araşdırma aparıldıqdan sonra səfər edib-etməyəcəyinə qərar
veriləcək.

Mənbə: Haber Global


Source link