Qubada yağan güclü qardan sonra canavar sürüsü kəndə girib. Sürü halında dolaşan canavarlar Quba rayonun Xınalıq kəndin yaxınlığında müşahidə edilib.
Kənd sakinləri ÇıxışYolu.Com-ın bölgə müxbirinə bildiriblər ki, qar yağandan sonra ətrafda çox sayda canavar dolaşmağa başlayıb.
Sürüdə qurdların sayı 7-8, bəzən isə daha çox olub.
Kənd camaatı ayıq-sayıq olduğundan hələ ki, sakinlərə heç bir ziyan dəyməyib.
Amma onların kənd üçün təhlükəli olduğu məlum məsələdir.
Sakinlər bildirib ki, canavarların vurulması qadağan olduğundan yırtıcıları tüfənglə vurmağa çəkinirlər.