Afrində terror təhlükəsi davam edir, işimiz bitənə qədər orada qalmağa davam edəcəyik.
ÇıxışYolu.Com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Nurəddin Canikli deyib.
O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Türkiyə Afrini Suriya hökumətinə təhvil verməlidir” fikrinə münasibət bildirərək, qeyd edib ki, bölgədəki terror təhlükəsi tamamilə aradan qalxandan sonra Afrini seçilmiş hökumətə təslim edəcəklər.