Ankara Parisi Suriyada düşünülməmiş addımlar atmamağa çağırır.
ÇıxışYolu.Com “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, bu bəyanatı Türkiyənin milli müdafiə naziri Nurəttin Canikli səsləndirib.
Türkiyəli nazirin sözlərinə görə, Fransa Suriyada hərbi iştirakı ilə terrorçu qruplaşmaları açıq və ya dolayısı yolla dəstək göstərmək məqsədi güdürsə, o ciddi yanılır və səhvə yol verir.
“Ümid edirik ki, Fransa bu avantüraya getməyəcək” deyə Canikli bildirib.
Türkiyəli nazir bildirib ki, Suriyada İŞİD təhlükəsi tamamilə aradan qalxdığından, artıq xarici ölkələrin Suriya ərazisinə hərbi kontingent göndərməsinə lüzum yoxdur.
“Başqa sözlə desək, Fransa Suriyanın şimalına hərbi kontingent göndərməyə çalışsa, bu beynəlxalq hüquq nöqteyi-nəzərindən qanunsuz addım hesab olunacaq. Fransanın bu hərəkətləri Suriya torpaqlarını işğal etmək cəhdləri kimi qiymətləndirilə bilər.” deyə Canikli bildirib.