Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bəzi əczaçılar sosial şəbəkələrdə canlı yayımlar açaraq dərmanlarla bağlı
məsləhətlər verirlər. Bununla yanaşı, müxtəlif xəstəliklərin müalicəsi üçün
dərmanlar tövsiyə etdikləri videolar da paylaşırlar.
Bəs aptek əməkdaşlarının xəstələrə dərman vasitələri ilə bağlı tövsiyələr
vermək, təyin etmək kimi səlahiyyətləri varmı?
Analitik Ekspertiza Mərkəzinin mütəxəssisi Elvin Nağıyev bildirib ki, reseptlə
buraxılan dərman vasitələrinin pasiyentlərə təyin olunması yalnız həkimlər
tərəfindən həyata keçirilməlidir:
“Əczaçılar həkim tərəfindən pasiyentə təyin edilmiş və reseptdə qeyd olunmuş
təsiredici maddəyə müvafiq olaraq fərqli ticarət adları ilə buraxılan, eləcə də
reseptsiz dərman vasitələrini tövsiyə edə bilərlər. Sosial platformalar
üzərindən əczaçılar tərəfindən dərman vasitələrinin reklam edilməsi isə
yolverilməzdir. Bu cür hallar tərəfimizdən aşkar edildikdə, müvafiq tədbirlər
həyata keçirilir”.
Ətraflı Baku TV-nin süjetində: