ABŞ-da qadın ehtiyatsızlıq nəticəsində “Facebook”da canlı yayımda olan dostu Devin Holmsu güllələyib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Crimeola.com” məlumat yayıb.
İnsident martın 31-də Texas ştatının yanacaq doldurma məntəqəsində baş verib. Avtomobilin sürücüsü dostları ilə birgə maşında olub və gənclər “Facebook Live” vasitəsi ilə canlı yayım aparıb. Onlar növbə ilə tapança ilə poz verib.
Tapançanı əlinə sonuncu sərnişin oturacağında əyləşən qadın alır. Videoda Holmzun tapançanın rəfiqəsinin əlinə keçməsindən narahat olduğunu sezmək olur.
Sonradan qadın silahı ona tərəf tuşlayır. Silahla ehtiyatsız davranan qadın tətiyi çəkir və Holmz baş nayihəsində güllə yarası alır.
Görüntüdə atəş açıldıqdan sonra yaradan qanın fışqırdığını və sonuncunun huşsuz vəziyyətdə yıxıldığını görmək olur.
Dostların sayıq tərpənməsi nəticəsində yaralını vaxtında təcili yardım maşını ilə xəstəxanaya təxliyə etmək mümkün olub. Zərərçəkən sağ qalsa da, hazırda reanimasiyada ölümlə çarpışır.