282de667-d2e8-4ad1-8704-c837d049de53..jpg

Canlı yayımda həyəcanlı anlar: Bloqerin sinəsinə ştanq düşdü – VİDEO

Baxış sayı: 945 dəfə baxılıb.

Canlı yayımda həyəcanlı anlar: Bloqerin sinəsinə ştanq düşdü – VİDEO

Məşhur amerikalı bloqer Metyu Mizkifin sinəsinə ağır ştanq düşüb.

Bloqer “Twitch”in canlı yayımında uzanıqlı halda ağır ştanqla pres etmək
istəyib. Bu zaman ağırlığı saxlaya bilməyib və ştanq onun sinəsinə düşüb.
Görüntülər canlı yayım izləyicilərini qorxudub.

Hadisə idman zallarının birində məşq zamanı baş verib. Bloqerin yanında onu
sığortalayan bir neçə dostu da olub.

Mizkif təxminən 143 kq ağırlıq qaldıraraq yeni şəxsi rekorda imza atmağa
çalışıb. İlk cəhd uğurlu alınıb və o, ikinci dəfə cəhd etmək istəyib. Lakin bu
an ağır çəkisi olan ştanq əlindən çıxıb və bədəninin üzərinə düşüb. Dostları
dərhal bloqerə kömək edərək ştanqı üzərindən qaldırıblar.

Ağırlıq bədənin aşağı hissəsinə düşdüyü üçün bloqer ciddi xəsarət almayıb.
Yayım davam etdiyi müddətdə Mizkif özü də hər şeyin qaydasında olduğunu deyib.

Mənbə: Dexerto.com


Source link