Canlı zanbaqlardan xalça İstanbulun mərkəzini bəzədi - FOTO

Canlı zanbaqlardan xalça İstanbulun mərkəzini bəzədi – FOTO

Baxış sayı: 2. 942 dəfə baxılıb.

İstanbulda keçirilən 13-cü Zanbaqlar festivalı meqapolisin sakinləri və qonaqlarının diqqətini cəlb etməyə davam edir.

ÇıxışYolu.Com xəbər verir ki, mədəniyyət sahəsində olan bu hadisə artıq ənənəyə çevirilib və hər il yaz fəslinin ən qaynar çağında təşkil edilir.

Canlı zanbaqlardan xalça İstanbulun mərkəzini bəzədi - FOTO

Festival çərçivəsində tarixi “Sultanahmet” meydanının ziyarətçiləri canlı zanbaqlardan düzəldilmiş xalçanı görə biliblər.

1734 kvadrat metrlik xalçanın hazırlanmasına 565 min zanbaq lazım olub.

Canlı zanbaqlardan xalça İstanbulun mərkəzini bəzədi - FOTO

İstanbulun qubernatoru Vasip Şahin qeyd edib ki, bu il İstanbulun fəth edilməsinin 565-ci ili qeyd olunur və məhz buna görə güllərdən yaradılan kompozisiyada 565 min zanbaqdan istifadə edilib.

Canlı zanbaqlardan xalça İstanbulun mərkəzini bəzədi - FOTO

Qubernatorun sözlərinə görə, bu il İstanbulun rayonlarında 125 növdə 30 milyon zanbaq əkilib.

İstanbulun sakinləri və qonaqları aprelin 30-dək dünyanın ən böyük zanbaqlardan ibarət xalçasından və rəngbərəng mənzərələrindən zövq ala biləcəklər.

Canlı zanbaqlardan xalça İstanbulun mərkəzini bəzədi - FOTOCanlı zanbaqlardan xalça İstanbulun mərkəzini bəzədi - FOTOCanlı zanbaqlardan xalça İstanbulun mərkəzini bəzədi - FOTOwww.ÇıxışYolu.Com