Canni De Byazi yenə milli komandada işləmək istəyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Futbol üzrə Azərbaycan millisinin baş məşqçi postundan ayrılan Canni De Byazi
daha bir yığmada işləmək istəyir.
Bu barədə 67 yaşlı mütəxəssis açıqlamasında deyib.
İtaliyalı baş məşqçi hazırda axtarışda olduğunu bildirib:
“Belə bir variant var. Ümid edirik ki, o, reallaşacaq. Amma müqavilə
imzalanana qədər danışmamaq daha yaxşıdır. Ümid edirəm ki, əldə etdiyim
təcrübəyə və göstərdiklərimə görə komanda tapa biləcəyəm”.
Qeyd edək ki, Canni De Byazi 2020-2023-cü illərdə Azərbaycan millisinə
rəhbərlik edib. Komanda AVRO-2024-ün seçmə mərhələsində 7 xalla çıxış etdiyi F
qrupunda 4-cü yeri tutub. O, daha əvvəl Albaniya millisində işləyib və bu yığma
ilə 2016-cı ildə baş tutan Avropa çempionatına vəsiqə qazanıb.
Mənbə: ”Sky Sport 24”