b3e199a4-63af-4b48-8d34-7ba4698ff816..jpg

“CanSat Azərbaycan 2023” model peyk müsabiqəsinin final mərhələsi keçirilib – FOTO

Baxış sayı: 802 dəfə baxılıb.

“CanSat Azərbaycan 2023” model peyk müsabiqəsinin final mərhələsi keçirilib –
FOTO

Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən təşkil
olunan, ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “CanSat
Azərbaycan 2023” müsabiqəsinin final mərhələsi keçirilib.

Cixisyolu.com xəbər verir ki, tələbələr arasında keçirilən model peyk müsabiqəsinin
finalı bu gün Daxili Qoşunların Hacıqabul şəhərində yerləşən hərbi hissəsinin
açıq poliqonunda baş tutub.

Ümumilikdə ölkə üzrə 20-yə yaxın universitetdən 700-dən çox tələbənin yolu bu
müsabiqədən keçib. Bu il keçirilən sayca beşinci “CanSat” müsabiqəsi üzrə
ümumilikdə 14 universitetdən 42 komanda müraciət edib.

Reallaşdırma, layihələndirmə, uçuş öncəsi yoxlamalar və nəhayət final uçuş
mərhələləri uğurla baş tutub.

Komandalar əsasən elektronika, mexanika, proqramlaşdırma üzrə bilik və
bacarıqlara malik bakalavr və magistr pilləsində təhsil alan tələbələrdən
ibarətdir.

8 komandanın iştirakçıları ADA Universitetinin, Milli Aviasiya Akademiyasının,
Xəzər Universitetinin, Sumqayıt Dövlət Universitetinin, Fransız-Azərbaycan
Universitetinin, Bakı Alı Neft Məktəbinin və Azərbaycan Memarlıq və İnşaat
Universitetinin tələbələridir.

Uçuş mərhələsi zamanı finalçılar hazırladıqları 500 qramlıq model peykləri
raketlərin daxilinə yerləşdirib 200 metr yüksəklikdən səmaya buraxıblar.

Günün sonuna qədər münsiflər heyəti tərəfindən müsabiqənin qiymətləndirmə
meyarlarına uyğun olaraq qaliblər seçiləcək və 5 iyul tarixində təltifetmə
mərasimində qaliblərin adları açıqlanacaq.

Qeyd edək ki, müsabiqəyə qatılan tələbələr unikal təcrübə və dəyərli
hədiyyələr qazanmaq imkanı əldə ediblər. Qaliblərə (ilk 3 yer) pul mükafatları
təqdim olunacaq. Həmçinin, müsabiqədə uğurla çıxış edən tələbələr
“Azərkosmos”da təşkil olunan təcrübə proqramında iştirak etmək imkanı
qazanacaqlar.

Könül Cəfərli

Source link