334ee74e-430f-4049-a5cb-0b729d1982c0..jpg

CAR İsraillə diplomatik əlaqələri dayandırıb

Baxış sayı: 610 dəfə baxılıb.

CAR İsraillə diplomatik əlaqələri dayandırıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cənubi Afrika Respublikasının (CAR) parlamentariləri İsrailin Pretoriyadakı
səfirliyinin bağlanması təklifinin lehinə səs veriblər.

Bu barədə çərşənbə axşamı Yaxın Şərq mediası məlumat yayıb.

Parlamentin 248 deputatı bu təklifin lehinə, 91-i isə əleyhinə çıxış edib.
Təklif əsasən simvolik xarakter daşıyır: bu halda parlament sadəcə bu məsələyə
münasibət bildirə bilər. Səfirliyin bağlanması əmrini isə ancaq prezident Kiril
Ramafosanın hökuməti qəbul edə bilər.

Xatırladaq ki, daha əvvəl İsrailin Cənubi Afrikadakı səfiri Eli
Belotserkovskini məsləhətləşmələr üçün geri çağırdığı barədə xəbər yayılıb.

Qeyd edək ki, Cənubi Afrika və İsrail arasında münasibətlər son vaxtlar Qəzza
zolağındakı vəziyyətə görə pisləşib. Belə ki, prezident Ramafosa bu yaxınlarda
bəyan edib ki, İsrail Qəzzada müharibə cinayətləri və soyqırım anlayışına daxil
olan hərəkətlər edir.

Daha əvvəl noyabrın əvvəlində Cənubi Afrika İsraildəki səfirini geri çağırıb
və bütün diplomatik personalını ölkədən çıxarıb.

Mənbə: interfax.ru

Source link