6aff6c33-f473-40f3-b352-6f0409858073..jpg

Cari il Azərbaycanda doğulan üçəm və dördəmlərin sayı açıqlanıb

Baxış sayı: 587 dəfə baxılıb.

Cari il Azərbaycanda doğulan üçəm və dördəmlərin sayı açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 574 əkiz, 102 üçəm, dörd
dördəm uşaq doğulub.

Bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında qeyd olunub.

Məlumata görə, 2023-cü ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin
rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 85352 doğulan körpə qeydə
alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu
göstərici azalaraq 12,4-dən 11,2-yə düşüb.

Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının
xüsusi çəkisi isə 46,7 faiz olub. Doğulan körpələrdən 2 574-ü əkiz, 102-si
üçəm, dördü isə dördəm olub.

Source link