Cari ilin ən proqressiv icraçı direktorları

Baxış sayı: 2. 316 dəfə baxılıb.

Maliyyə məsələləri üzrə ixtisaslaşmış “Barron” nəşrinin mütəxəssisləri bu ilin ən yaxşı şirkət rəhbərlərinin siyahısını tərtib ediblər.

Adları reytinqə salınan bütün şirkət rəhbərləri 3 qrupa bölünüblər: şirkətlərin proqressiv rəhbərləri, artım liderləri və dəyişikliklərin tərəfdarları.

ÇıxışYolu.Com “Barron” nəşrinin tərtib etdiyi cari ilin 9 ən proqressiv şirkət rəhbərinin reytinqini təqdim edir:

Ceff Bezos -“Amazon.com”un təsisçisi, İdarə Heyətinin sədri və CEO-su

Cari ilin ən proqressiv icraçı direktorları

Ceff Bezos avropa mənşəli amerikalı iş adamı, “Amazon.com” internet-şirkətin təsisçisi və rəhbəri, “Blue Origin” aerokosmik şirkətin banisi və sahibi, “Washington Post” nəşriyyat evinin sahibidir. 

“Forbes” bisnes jurnalına görə, 2018-ci ildə135,6 mlrd dollar sərvətlə dünyanın ən zəngin insanı olub.

Vorren Baffett – “Berkshire Hathaway”in İdarə Heyətinin sədri və CEO-su

Cari ilin ən proqressiv icraçı direktorları

Vorren Baffett dünyanın ən böyük və ən məşhur investorlarından biri olan amerikalı sahibkardır. Dünyanın ən zəngin insanlarından biri olan Baffet  2018-ci ildə sərvətinin miqdarına görə ABŞ-ın ən zəngin üçüncü şəxsi olub.

O, bəşəriyyət tarixində ən böyük xeyriyyəçilərdən biridir. Belə ki, Baffet 2010-cu ilin iyununda, o zaman təxminən 97 milyard dollara müvafiq olan sərvətinin beş xeyriyyə fonduna təmənnasız ötürülməsini elan etmişdi.

Stiven Şvartsman – “Blackstone Group LP”nin  təsisçisi və CEO-su

Cari ilin ən proqressiv icraçı direktorları

Stiven Şvartsman amerikalı biznesmen və investordur.  O, “Blackstone Group” investisiya şirkətinin rəhbəridir. Forbes jurnalının məlumatına görə, Şvartsmanın sərvəti 7,7 milyard dollar təşkil edir.

Şvartsman Yel Universitetinin İdarəetmə Məktəbinin professor köməkçisi, eləcə də “John F. Kennedy Center for the Performing Arts”da Qəyyumlar Şurasının sədridir.

Lorens Fink – “BlackRock Inc”in İdarə Heyətinin sədri və CEO-su

Cari ilin ən proqressiv icraçı direktorları

“BlackRock, Inc.” baş qərargahı Nyu-Yorkda yerləşən beynəlxalq investisiya şirkətidir. O, dünyanın aktivlərinin həcminə görə ən böyük şirkətidir.

1988-ci ildə təsis edilən şirkət əvvəlcə “Blackstone Group”un tərkibinə daxil olub. Başda Lorens Fink olmaqla, səkkiz nəfər tərəfindən təsis edilib.

Rid Hastinqs – “Netflix”in təsisçisi və CEO-su

Cari ilin ən proqressiv icraçı direktorları

“Netflix” Amerika əyləncə şirkəti, striminq media əsasında film və serialların təchizatçısıdır. Rid Hastinqs və Mark Rendolf tərəfindən 1997-ci il avqustun 29-da yaradılıb.

Baş qərargahı Kaliforniya ştatının Los Qatos şəhərində yerləşir. “Netflix” 2013-cü ildən öz film, serial və televiziya proqramlarını istehsal edir.

Şirkətin 2019-cu ilin yanvar ayı üçün ABŞ-da 58,49 milyon olmaqla, bütün dünya üzrə 139 milyon abonenti vardı.

Ma Huaten – “Tencent”in təsisçi və CEO-su

Cari ilin ən proqressiv icraçı direktorları

Ma Huaten, çinli sahibkar, “Tencent” telekommunikasiya şirkətinin Direktorlar Şurasının təsisçisi və sədri, milyarderdir.

Ma Huatenin biznes strategiyasının xüsusiyyəti digər böyük Çin şirkətlərinə nisbətən daha aktivdir.

Larri Peyc – “Google”un təsisçi və CEO-su

Cari ilin ən proqressiv icraçı direktorları

Larri Peyc “Google” axtarış sisteminin həmtəsisçisidir (Sergey Brin ilə birlikdə). O, həmçinin Google-un “PageRank” alqoritminin ixtiraçısıdır.

Peyc 2004-cü ildə Markoni mükafatına layiq görülüb. O, müxtəlif versiyalar üzrə dünyanın ən varlı insanları siyahısına daxildir.

Ceffri  Spreçer – “IntercontinentalExchange”nin İdarə Heyətinin sədri və CEO-su

Cari ilin ən proqressiv icraçı direktorları

Ceffri Spreçer Nyu-York Fond Birjasının sədri, “Intercontinental Exchange”nin təsisçi, sədr və baş icraçı direktorudur.

Spreçerin rəhbərliyi altında “Intercontinental Exchange” 2001-ci ildə Beynəlxalq neft birjası (International Petroleum Exchange, IPE), 2006-cı ildə NYBOT, 2013-cü ildə “NYSE Euronext”, 2018-ci ildə Çikaqo Fond Birjası da daxil olmaqla, bir sıra böyük birjaları özündə birləşdirib.

Mark Zukerberq – “Facebook”un CEO-su

Cari ilin ən proqressiv icraçı direktorları

Mark Zukerberq amerikalı proqramçı, internet texnologiyaları sahəsində sahibkar, dollar milyarderidir.

Zuckerberq “Facebook” sosial şəbəkəsinin tərtibatçı və təsisçilərindən biridir. “Facebook Inc.” şirkətinin rəhbəridir.

2015-ci ildə “Facebook” istifadəçilərinin sayına görə dünyada ikinci sayt, Mark Zukerberq isə rəsmi olaraq 1 dollar məbləğində maaş alan ən gənc milyarder oldu.