“Carlsberg Azerbaijan” və MFL futbol Biznes Liqası yaradırlar

Baxış sayı: 1. 746 dəfə baxılıb.

Dekabrın 14-də MFL Carlsberg Azerbaijan ilə tərəfdaşlıqda “MFL Carlsberg Business League” adlı korporativ futbol turniri start götürəcək. Turnir çərçivəsində oyunlar Bakı Olimpiya Stadionunun ərazisində yerlşən MFL Arena futbol meydançalarında keçiriləcək. Turnirin təşkilati dəstəyi AFFA tərəfindən təmin olunur. Futbol yarışında yalnız şirkət işçilərindən ibarət olacaq 24 komanda iştirak edəcək.

Hazırda 10 noyabr tarixində başlayan və 10 dekabr tarixinədək davam edəcək qeydiyyat mərhələsi davam edir. Turnirdə iştirak pulsuzdur.

Reqlamentə əsasən, hər komandada 2 nəfərdən artıq olmamaq şərtilə keçmiş peşəkar oyunçu (-lar) və “MFL LSS 2019/20” turnirinin oyunçuları iştirak edə bilərlər. Hazırda futbolla məşğul olan peşəkar oyunçuların iştirakına icazə verilmir. Qaydalarla daha ətraflı bu linkdə tanış ola bilərsiniz.

Püşkatma mərasimi 13 dekabrda baş tutacaq. Komandalar hər birində 12 komanda olmaqla iki qrupa bölünəcək. Turnirin final oyunu 25 aprel 2020-ci ildə keçiriləcək. Yarışın ətraflı təqvimi ilə burada tanış ola bilərsiniz.

Turnirin qalib komandası 21 may 2020-ci ildə keçiriləcək Türkiyə Kubokunun finalına səfər etmək şansı qazanacaq. Uçuş və qonaqlama üçün bütün xərclər turnirin tərəfdaşı Carlsberg Azerbaijan tərəfindən təmin ediləcək.

Carlsberg Azerbaijan Pivə zavodu paytaxt Bakıdan 10 kilometr məsafədə yerləşən Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 milyon dekalitrdir. Şirkətdə təxminən 260 nəfər işçi çalışır və təxminən 400 nəfər isə birbaşa əməkdaşlıq hesab edilməyən distribyutor, agentlik, podratçı kimi vəzifələrdə xidmət göstərir.

Şirkətin zavodun inkişafına yatırdığı ümumi sərmayənin həcmi təxminən 50 milyon manatdır. Carlsberg Azerbaijan-ın məhsul portfelinə Xırdalan, Tuborg, Carlsberg, Baltika, 33 Export, Əfsanə, Kronenbourg Blanc 1664, Seth & Riley’s Garage və s. kimi məşhur brendlər daxildir.

Carlsberg Group 1847-ci ildə yaradılıb və hazırda dünyanın ən böyük pivə istehsalçılarından biridir. Şirkətin baş ofisi Danimarkanın paytaxtı Kopenhagen şəhərində yerləşir. Carlsberg Group dünyanın üç böyük bölgəsində – Qərbi Avropa, Şərqi Avropa və Asiyada istehsal olunur, məhsulları 150 ölkədə təqdim olunur. Şirkətin məhsul portfelinə 140-dan çox pivə brendi daxildir. Qrupun işçilərinin ümumi sayı 40 mindən çoxdur.