7c0e0e02-4bdf-47e8-8d45-926648a6e660..jpg

“Carnegie Hall” konsert mərkəzi Azərbaycan musiqisinə ev sahibliyi edib – FOTO

Baxış sayı: 596 dəfə baxılıb.

“Carnegie Hall” konsert mərkəzi Azərbaycan musiqisinə ev sahibliyi edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin Nyu-York şəhərində yerləşən məşhur “Carnegie Hall” konsert mərkəzi
Azərbaycan musiqisinə ev sahibliyi edib.

“Report”un yerli bürosu xəbər verir ki, ABŞ-də fəaliyyət göstərən Milli Musiqi
və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri, Azərbaycanın əməkdar artisti,
professor, tanınmış pianoçu Nərgiz Əliyarovanın solo konserti keçirilib.

Anşlaqla keçən konsert proqramına müxtəlif ölkələrdən olan sənətsevərlər və
Amerikada yaşayan azərbaycanlılar qatılıb.

Konsert proqramı dünya şöhrətli bəstəkar, Azərbaycanın Xalq artisti, Dövlət
mükafatı laureatı, akademik Arif Məlikovun 90 illik yubileyinə həsr olunub.

Gecədə sənətçi bəstəkar Arif Məlikovun Azərbaycan musiqisinə və dünya
incəsənətinə bəxş etdiyi əvəzolunmaz töhfələrdən bəhs edilib.

N.Əliyarova konsertdə bəstəkarın “Məhəbbət əfsanəsi” baletindən fortepiano
üçün işlənmiş parçaları ifa edib. Pianoçu baletin süjet xəttini danışıb, bu
əsərin Məlikovun yaradıcılığında tutduğu mərkəzi roldan söz açıb, baletin
dünyanın onlarla müxtəlif səhnələrində qoyulduğunu vurğulayıb.

Gecədə pianoçu A. Məlikovun musiqisi ilə yanaşı, dahi bəstəkarlar Bethovenin,
Şopenin və Debüssinin əsərləri də ifa edilib. N.Əliyarovanın ifasında Şopenin
valsı gecəyə xüsusi rəng qatıb.

Yerli sənətsevərlər musiqiçinin ifasını heyranlıqla dinləyiblər. Çıxışının
sonunda qonaqlar pianoçunu ayaqda alqışlayaraq yenidən səhnəyə çağırıblar.

Source link