Çarpayıdan yıxılan artıqçəkili şəxs FHN-ə müraciət etdi

Çarpayıdan yıxılan artıqçəkili şəxs FHN-ə müraciət etdi

Baxış sayı: 5. 083 dəfə baxılıb.

Bakıda artıq çəkili şəxs çarpayıdan yıxılaraq köməksiz vəziyyətdə qalıb.

ÇıxışYolu.Com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1929-cu il təvəllüdlü, artıq bədən çəkili bir nəfər yaşadığı mənzildə çarpayıdan yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə gedərək vətəndaşa müvafiq kömək göstərib. Əməliyyat başa çatıb.

www.ÇıxışYolu.Com