“Caspian Oil and Gas” - FOTOREPORTAJ

“Caspian Oil and Gas” – FOTOREPORTAJ

Baxış sayı: 2. 605 dəfə baxılıb.

Bakıda sayca 25-ci Beynəlxalq Xəzər Neft və Qaz  (“Caspian Oil and Gas”) Sərgisi öz işinə başlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, sərgidə yataqların mənimsənilməsi və işlənməsi ilə məşğul olan, eləcə də, servis xidmətləri təklif edən 38 ölkədən 312 neft-qaz şirkəti iştirak edir. 

Qeyd edəki ki, “Caspian Oil and Gas” bu dəfə əsas neft-qaz layihələrinin müzakirəsi, həmçinin neft və qaz hasilatı, emalı, nəqliyyat, logistika və xidmət sahələrində qabaqcıl texnologiyaları nümayiş etdirmək üçün ən yüksək səviyyəli rəhbər və mütəxəssisləri bir araya gətirib.

Bildirək ki, sərginin 40 faizini sərgi və konfransın daimi iştirakçıları olan tanınmış dünya şirkətləri tutub. Onların arasında SOCAR, BP, “Total”, “Statoil”, “Petkim” və digər şirkətlər yer alıb.

Sərgidə Azərbaycandan, Almaniyadan, Böyük Britaniyadan, Çindən, Fransadan, Gürcüstandan, İrandan, İtaliyadan, İspaniyadan, Malayziyadan, Özbəkistandan, Rusiyadan, Türkiyədən, Ukraynadan və digər ölkələrdən şirkətlər iştirak edirlər. 

Sərgi çərçivəsində şirkətlər neft hasilatı, o cümlədən nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi, servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud neft-qaz layihələrini nümayiş etdiriblər. 

Qeyd edək ki, sərgi mayın 29-dan iyunun 1-dək davam edəcək.

Leyla Əliyeva
Foto: Sadiq Fərzəlibəy

www.ÇıxışYolu.Com