Rusiyanın Britaniyadakı səfirliyi Solsberi şəhərində zəhərlənmiş Yuliya Skripalın rusiyalı tibbi ekspertlər tərəfindən müayinə edilməsinə icazə verilməsini tələb edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin rəsmi saytında məlumat yayılıb.
Səfirliyin mətbuat katibinin sözlərinə görə, Britaniya hökuməti Yuliyanı qanunsuz olaraq gizlədir, səfirliyin onunla əlaqə saxlamaq cəhdlərinin hər vəchlə qarşısı alır.
Səfirlik qeyd edir ki, Yuliya və onun səhhəti barədə heç bir məlumatın olmaması Moskvanı narahat edir.
“Hadisənin real şəklini təsəvvürə gətirə bilmirəm…rusiyalı mütəxəssislərdə hər dəfə yeni suallar verirlər. Məsələn belə bir sual, kimyəvi maddə ilə təmasdan 18 gün sonra, zərərçəkənin qanında parçalanmamış toksik maddənin aşkarlanması necə mümkün ola bilər?”,- deyə səfirliyin bəyanatında qeyd olunur.
Səfirlik ümumi əlamətlərin iddia olunan sinir-paralitik zəhərlənmə üçün xarakterik olmadığını bildirir.