1813dffc-92c1-42f6-9169-f4ba0e74f36f.webp

Casusluq şübhəsiylə dindirildiyi deyilən SEPAH generalı Kaani ilk dəfə ictimaiyyət arasında göründü

Baxış sayı: 297 dəfə baxılıb.

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin
komandanı, general İsmayıl Kaani İsrail üçün casusluq etdiyinə görə
dindirildiyi barədə iddialardan sonra ilk dəfə ictimaiyyət arasında görünüb.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, “Tasnim News” bununla bağlı
görüntülər paylaşıb.

Bildirilib ki, general dünən Tehran hava limanında SEPAH generalı Abbas
Nilfuruşanın cənazəsinin qarşılanması mərasiminə qatılıb.

“Bir sıra media qurumlarının saxta xəbərlərinə baxmayaraq, SEPAH generalı bir
çox ölkə rəsmiləri ilə birlikdə cənazənin qarşılanması mərasimində iştirak
edib”, – deyə mənbədən bildirilib.

Xatırladaq ki, İsrailin sentyabrın 27-də Beyruta zərbə endirməsindən sonra
SEPAH komandirininöldüyü

,infarkt keçirməsi

və casusluqda ittiham edilərəkdindirilməsi

ilə bağlı xəbərlər paylaşılıb.

Casusluq şübhəsiylə dindirildiyi deyilən SEPAH generalı
Kaani ilk dəfə ictimaiyyət arasında göründü
Casusluq şübhəsiylə dindirildiyi deyilən SEPAH generalı Kaani ilk dəfə
ictimaiyyət arasında göründü

Source link