“Qarabağ” “Sumqayıt”la bacarmadı

“Qarabağ” “Sumqayıt”la bacarmadı

Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.

ÇıxışYolu.Com xəbər verir ki, ilk oyun günündə iki oyun baş tutub.

Lider “Qarabağ” səfərdə “Sumqayıt”la qarşılaşıb. Qarşılaşma heç-heçə başa çatıb. Qeyd edək ki, bu iki komanda kubokda da üz-üzə gəlmiş və “Sumqayıt” mərhələ adlamışdı.

“Kəpəz” isə doğma azarkeşləri önündə “Səbail”i qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

XVIII tur

3 mart (şənbə)

“Kəpəz” – “Səbail” 2:1
Qollar: Dario Frederiko, 23-penalti, Tərzin Cahangirov, 49 – Yevgeni Koçuk, 30

“Sumqayıt” – “Qarabağ” 1:1
Qollar: Amil Yunanov, 49 (1:0), Pedro Enrike, 75 (1:1)

.
www.ÇıxışYolu.Com

Ətraflı
Ölkəmiz Gimnaziadaya qatılacaq

Ölkəmiz Gimnaziadaya qatılacaq

Bu gün Azərbaycan Məktəb İdmanları Federasiyasının (AMİF) təsis olunması ilə bağlı Milli Olimpiya Komitəsində Gənclər və İdman naziri Azad Rəhimovun iştirakı ilə mətbuat konfransı keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, AMİF-in prezidenti, millət vəkili Sevinc Hüseynova bildirib ki, ötən il təsis olunmuş federasiya artıq mərkəzi qərargahı Belçikanın Antverpen şəhərində olan Beynəlxalq Məktəb İdmanı Federasiyasının üzvüdür:

“2018-ci ildə Azərbaycan ilk dəfə 2-9 may tarixlərində Mərakeşdə keçiriləcək XVII Yay Gimnaziya Oyunlarında iştirak edəcək, 10-dan artıq idman növündə təmsil olunacaq.

Ümumilikdə isə beynəlxalq miqyasda belə federasiyalar 43 idman növü üzrə fəaliyyət göstərir”.

Nazir Azad Rəhimov bildirib ki, bu, artıq qeydiyyatdan keçmiş 84-cü idman federasiyasıdır. O qeyd edib ki, bu federasiyanın yaranmasına ehtiyac vardı.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com

Ətraflı
“Qarabağ”da 61 qol vuran futbolçu Qazaxıstan klubunda – FOTO

“Qarabağ”da 61 qol vuran futbolçu Qazaxıstan klubunda – FOTO

“Qarabağ”ın sabiq futbolçusu Reynaldo Dos Santos Silvanın Qazaxıstanda çıxış edəcəyi rəsmiləşib. 

ÇıxışYolu.Com xəbər verir ki, 28 yaşlı braziliyalı hücumçu “Aktobe” klubu ilə müqavilə bağlayıb. 

Reynaldonun anlaşması bir illik nəzərdə tutulub. Onun transferində azərbaycanlı menecer Ruslan Xəlilov rol oynayıb.

Xəlilov həmçinin fevralın 23-də braziliyalı mərkəz müdafiəçisi Fabrisio Silva Dornelasın da Aktobe klubuna keçməsində vasitəçilik edib. 

Xatırladaq ki, son çıxış etdiyi klub Türkiyənin “Adanaspor” komandası olan Reynaldo 2013-2017-ci illərdə “Qarabağ”ın heyətində 133 oyuna 61 qol vurub. O, yanvarın 10-da Slovakiyanın “Spartak” komandası ilə cari mövsümün sonunadək müqavilə bağlasa da, fevralın 1-də Tranva təmsilçisi ilə olan anlaşmasını qarşılıqlı razılaşma əsasında pozub.

S.T.
www.ÇıxışYolu.Com

Ətraflı
Azərbaycana altı medal qazandıran idmançı vətəndaşlığını dəyişdi

Azərbaycana altı medal qazandıran idmançı vətəndaşlığını dəyişdi

Avropa Oyunlarında Azərbaycanı təmsil etmiş ukraynalı gimnast Oleq Stepko üçüncü dəfə vətəndaşlığını dəyişib.

ÇıxışYolu.Com xəbər verir ki, o, Ukraynanın “1+1” telekanalında yayımlanan “Qroşi” verilişinə verdiyi açıqlamasında bunu təsdiqləyib.

O bildirib ki, artıq Rusiya vətəndaşlığı alıb və Rusiya çempionatında çıxış etməyə hazırlaşır.

Stepko Azərbaycana necə gəlməsindən də danışıb:

“2013-cü ilin sonlarında mən Ukrayna ilə müqavilə bağlamadım, federasiyanı məlumatlandırıb digərləri ilə danışıqlara getdim. Biz fikir ayrılığında idik, Ukraynadan qeydiyyat vərəqəmi alıb Azərbaycana köçdüm.

Mənə Azərbaycandan 2013-cü ildə Moskvada keçirilmiş Avropa çempionatında çempion olduqdan sonra zəng vurmuşdular. Dedilər ki, gəlin, bu məsələni ilin sonunadək həll edək. Onda əlimdə zədə vardı.

Azərbaycanda məni keyfiyyətli müalicə ilə təmin etdilər. MRT istədim, MRT-yə apardılar. Əməliyyat istədim, əməliyyata götürüldüm. Bütün şərait, sığorta, dərmanlar, məşq kimi amillər mənim üçün yaradıldı”.

O bildirib ki, Ukraynada maaşı 500-600 dollar aralığında imiş. Stepko Azərbaycanda aldığı maaşı isə demək istəməyib. Bununla belə, onun Rusiyada Azərbaycandakından az maaş alacağı deyilir. Oleq Azərbaycandan fərqli olaraq, Rusiyada təkcə idman vətəndaşlığı yox, bütün hüquqlar (məsələn, səsvermə) verən ümumölkə vətəndaşlığı alıb.

Qeyd edək ki, 23 yaşlı Stepko Azərbaycan adından çıxış etdiyi müddətdə Avropa Oyunlarında paralel qollarda qızıl, idman gimnastikanın digər növlərində isə iki gümüş və iki bürünc medal qazanıb. O, həmin il – 2015-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilmiş dünya çempionatında isə bürünc medalla kifayətlənib.

Onun Azərbaycan ayrılacağı hələ ötən ildən deyilirdi. Çünki 2016-cı ilin sentyabrında idman gimnastı üzrə millimizin baş məşqçisi Pavel Netreba Azərbaycanı tərk etdikdən sonra digər ukraynalı legionerimiz Pyotr Paxnyuk da ölkəmizdən getmişdi. Azərbaycan Gimnastika Federasiyası (AGF) Paxnyukun Ukraynaya qayıtdığını təsdiqləmişdi.

Oleq Stepko isə ötən ilin fevralında verdiyi müsahibəsində Azərbaycanda məşq etdiyi və yeni məşqçisindən razı qaldığını bildirsə də, məlum olmuşdu ki, martda Bakıda keçirilmiş Dünya Kubokunda iştirak etmir və Ukraynaya qayıdıb.

AGF bunu onun şəxsi səbəblərdən ötrü vətəninə qayıtması ilə əlaqələndirmişdi. Daha sonra məlum olmuşdu ki, Stepko Bakıdakı evini satıb və mayda Novosibirskdə məşqlərə başlayıb. İslam Həmrəyliyi Oyunlarından sonra AGF rəsmi şəkildə bəyan etdi ki, Stepko Azərbaycana qayıtmaya bilər.  

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com

Ətraflı
Bıçaqlama üstündə tutulmuş güləşçi azadlığa buraxıldı – VİDEO

Bıçaqlama üstündə tutulmuş güləşçi azadlığa buraxıldı – VİDEO

Bakı Ağır Cinayətlər Məhkəməsində yunan-Roma güləşində gənclər üzrə Azərbaycan yığmasının üzvü Tuncay Vəzirzadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

ÇıxışYolu.Com xəbər verir ki, son sözlə çıxış edən güləşçimiz əməlindən peşman olduğunu deyib:

“Mən vətənimin bayrağını hər zaman zirvələrdə tutmuşam. Aprel döyüşlərində şücaətlə döyüşmüşəm. Hərbi hissədən arayış ala bilərsiniz, həmin döyüşlər zamanı baş kəşfiyyatçı olmuşam. Bunları nəzərə almağınızı istəyirəm”.

Prosesdə hökm elan edilib. Hakimlər Kollegiyasının hökmünə əsasən, Tuncay Vəzirzadənin barəsində üç il azadlıqdan məhrumetmə ilə bağlı qərar çıxarılıb. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib və təyin olunmuş cəza şərti hesab edilərək, müttəhim məhkəmə zalından azadlığa buraxılıb.

İttiham aktına görə, Vəzirzadə 7 oktyabr 2017-ci ildə Bakı şəhəri Yasamal rayonu ərazisində qardaşı Eltunla əvvəllər tanımadığı Rüfət Həziyev arasındakı dava zamanı “Topaz” kontorundan bıçaq götürüb və Rüfəti bıçaqlayıb. Xəstəxanaya çatdırılan Həziyevin həyatını xilas etmək mümkün olub.

Qeyd edək ki, Tuncay Vəzirzadənin 2011-ci ildə yeniyetmələr üzrə Avropa çempionu olduğu qeyd olunsa da, əslində onun nəinki qızıl medalı var, o heç mükafatçılar sırasına düşməyib. “Neftçi” İdman Klubunun üzvü olan Vəzirzadə ötən il Azərbaycan çempionu olaraq Almaniyanın Dortmund şəhərində keçirilmiş gənclər üzrə Avropa çempionatında iştirak edib. O, 84 kq çəki dərəcəsində V yeri tutub. Həmçinin bıçaqlanmış Rüfət Həziyevin də güləşçi olduğu bildirilir.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com

Ətraflı
Azərbaycan Avropa Mini Futbol Federasiyasının üzvü oldu

Azərbaycan Avropa Mini Futbol Federasiyasının üzvü oldu

23-24 fevral tarixlərində Macarıstanın paytaxtı Budapeştdə Avropa Mini Futbol Federasiyasının (AMF) Baş Assambleyası keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, bu yığıncaqda ötən ilin sentyabrında təsis olunmuş Azərbaycan Mini Futbol Assosiasiyasının (AMFA) sədri Elxan Əsədov və AMFA-nın baş katibi Azər Hüseynov iştirak edib.

İclasda AMFA rəhbərliyi bu idman növünün Azərbaycanda inkişafının həlli yollarını və bu yöndə öz strateji baxışlarını təqdim edib. AMFA rəsmiləri mini futbolun inkişafında “Bakcell” və “Azfar Qrup” kimi çox güclü kommersiya tərəfdaşlarının olduğunu vurğulayıb.

Qeyd olunub ki, Azərbaycanda mini futbolun inkişafı üçün həvəskarlar arasında çempionat – Alfa Liqa keçiriləcək. 

Bundan sonra səsvermə keçirilib. Səsvermə nəticəsində Azərbaycan, eləcə də, Belçika və İsveçrənin müvafiq qurumları AMF-in üzvlüyünə qəbul edilib. Həmçinin iclasda AMF tərəfindən tələb olunan şərtlər yerinə yetirilmədiyi üçün Ermənistanın bu quruma üzvlüyünə xitam verilib.

Sözügedən tədbir barədə AMFA-nın baş katibi Azər Hüseynov ÇıxışYolu.Com-a fikirlərini bildirib:

Bu yığıncaq ildə iki dəfə keçirilir. Budəfəki toplantıda 30-dan çox ölkənin nümayəndəsi iştirak edirdi. Burada bir sıra məsələlər müzakirə olundu və səsə qoyuldu. Bunların arasında Azərbaycan Mini Futbol Assosiasiyasının üzvlüyü də müzakirə olundu. Təqdim etdiyimiz meyarlar tələb olunan şərtlərə cavab verdiyindən, üzvlüyə qəbul olunan üç ölkədən biri olduq.

Hüseynov onu da qeyd edib ki, Avropa Mini Futbol Federasiyası öz fəaliyyətini genişləndirmək istəyir: 

AMF artıq kişilərlə kifayətlənməyərək bu idman növünü qadınlar, eləcə də, biznes subyektləri arasında keçirməkdə maraqlıdırlar. Bildiyiniz kimi, biz artıq bu yöndə Azfar Biznes Liqası keçiririk. Avropa Mini Futbol Federasiyası həmçinin bu idman növünü bəlli kateqoriyalar üzrə, məsələn, U-19 və U-21 yaş kateqoriyalarına aid komandalar üzrə inkişaf etdirmək istəyir.  

Qeyd edək ki, AMFA-nın AMF-ə üzvlüyündən sonra bu ilin 12-18 avqust tarixlərində Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək Avropa çempionatında Azərbaycan mini futbol üzrə millisinin, eləcə də, Alfa Liqanın qalibi olacaq komandanın 5-9 sentyabr 2018-ci ildə Sloveniyada təşkil olunacaq Çempionlar Liqasında iştirak edəcəyi dəqiqləşib. Bu layihələr “Bakcell” şirkətinin baş sponsorluğu altında həyata keçiriləcək. 

Xatırladaq ki, “Azfar Qrup” Azərbaycanda 2008-ci ildə təsis edilib. Bu şirkət tam infrastruktura malik həvəskar və peşəkar futbol meydançalarının tikintisi və idarə edilməsi üzrə ixtisaslaşıb. Şirkətin 30-dan çox sayda meydançaları mövcuddur. “Azfar Qrup” ötən ildən Azərbaycanda şirkətlər arasında keçirilən Azfar Biznes Liqası kimi layihəyə imza atıb.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com

Ətraflı
Nazir federasiya prezidenti oldu

Nazir federasiya prezidenti oldu

Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının yaradılması ilə əlaqədar təsis iclası keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, toplantıya sədrlik edən muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov federasiyanın Ali Məclis sədri Vasif Talıbovun tapşırığı ilə yaradıldığını bildirib. 

O, qurumun idmanın bu növü üzrə fəaliyyətinin daha mütəşəkkil xarakter alması və bu sahədə kütləviliyin artırılması baxımından əhəmiyyətindən danışıb və kikboksinqin muxtar respublikada gələcək inkişafı ilə bağlı görüləcək tədbirlərdən bəhs edib.

İclas Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının yaradılması barədə qəbul edilmiş qərar layihəsinin oxunuşu ilə başa çatıb. Federasiyanın sədri vəzifəsinə elə Azad Cabbarov seçilib. 

S.T.
www.ÇıxışYolu.Com

Ətraflı
İslam Abbasov: Erməniyə uduzmayacağımı bilirdim

İslam Abbasov: Erməniyə uduzmayacağımı bilirdim

Bu gün Gənclər və İdman Nazirliyində Almaniyanın Düsseldorf şəhərində keçirilmiş cüdo üzrə “Böyük Dəbilqə”, eləcə də, Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş XXII beynəlxalq turnirdə uğurlu çıxış edən Azərbaycan idmançıları ilə görüş keçirilib. 

ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti olmaqla yanaşı, sərbəst güləş üzrə millimizin baş məşqçisi olan Firdovsi Umudov göstərilən diqqətə görə təşəkkür edib.

Baş məşqçi deyib ki, yarış Xocalı faciəsinə təsadüf etdiyindən erməni güləşçilərlə görüşlərdən əvvəl idmançlarla söhbət aparılıb: 

“Təqvim planımız çox sıxdır. Güləşçilərimizi Dünya Kuboku, Avropa çempionatı, Yeniyetmələrin Yay Olimpiya Oyunları gözləyir. Güləşçilərimiz Kiyevdə əzmkarlıq, kişilik göstərdilər. Ermənistan idmançılarına qalib gəldilər.

İdmanı siyasətə qarışdırmaq istəməzdim. Ancaq pəhləvanlarımızın çıxışı, həqiqətən, təqdirəlayiqdir. Belə də davam etmək lazımdır. Qazanılan qələbələr keçmişdə qaldı, irəli baxmalıyıq. Əlbəttə, səhvlər var və onları aradan qaldırmalıyıq. Kiyevdəki yarış Rusiyanın Kaspiysk şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyırdı.

Buradakı idmançıların çoxu Olimpiya, dünya və Avropa çempionatında medal qazananlardır. Xüsusən də gənclərimiz uğurlara “acdırlar”.

F.Umudov birillik cəzası bu ilin aprelində başa çatacaq olimpiya çempionu Toğrul Əsgərovun Türkiyədən müayinədən qayıtdığını və məşqlərə başladığını bildirib: 

“Əsgərov may-iyun aylarından etibarən yarışlarda iştirak edəcək. Martın əvvəlində təlim-məşq toplanışında da bizimlə olacaq”. 

Ermənistanlı rəqibini məğlub edən İslam Abbasov görüş barədə bunları söyləyib: 

“Erməni ilə güləşəndə geridə olanda belə, uduzmayacağımı bilirdim. Düzdür, idmandır. Amma bunu həzm edə bilməzdim. Sonacan mübarizə apardım və qalib gəldim. Gələcəkdə də qələbələrimizi təkrarlamağa çalışacağıq”.

Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Şaban Donat da idmançıları təbrik edib və hədəflərinin Avropa çempionatında daha yaxşı çıxış etmək olduğunu söyləyib: 

“Güləşçilərimizə təşəkkür edirəm. Xüsusən də erməni idmançılarla görüşlərdə böyük məsuliyyətin öhdəsindən gəldilər. Avropa çempionatında daha yaxşı nailiyyətlərə imza atmaq üçün lap çox çalışmalıyıq”. 

“Böyük Dəbilqə”də gümüş medal qazanmış cüdoçu Rüstəm Orucov Azərbaycan Cüdo Federasiyasındakı dəyişiklikdən sonra idmançılar üçün hər cür şəraitin yaradıldığını və bunun nəticələrə birbaşa sirayət etdiyini vurğulayıb: 

“Bu il dünya çempionatı Bakıda keçiriləcək. Əsas fikrimizi bu yarışa yönəltmişik. İnanıram ki, özümüzü göstərəcəyik. Ermənilərlə güləşəndə bir az həyəcan olur. Udmaq üçün yüz faizdən artıq güc qoymalısan. Finaldakı yaponiyalı rəqibim olimpiya çempionu idi idi. Səhvə yol verdim və uduzdum”. 

Xatırladaq ki, 65 ölkədən 441 cüdoçunun mübarizə apardığı “Böyük Dəbilqə” turnirində Rüstəm Orucov (73 kq) gümüş, İrina Kindzerska (+78 kq) isə bürünc medal qazanıb. Kiyevdə 37 ölkədən 500-dək güləşçinin iştirak etdiyi XXII beynəlxalq turnirdə Azərbaycan yığmasının üzvləri doqquz qızıl, altı gümüş və dörd bürünc medal əldə ediblər.

Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Rafiq Hüseynov (82 kq) qızıl, İslam Abbasov (87 kq), Sabah Şəriəti (130 kq) gümüş, Elvin Mürsəliyev (82 kq) və Orxan Nuriyev (97 kq) bürünc medal qazanıb.

Sərbəst güləşçilərdən Georgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Şərif Şərifov (92 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bütün rəqiblərindən üstün olub. Hacı Əliyev (65 kq), Murtuz Müslümov (70 kq) və Cəbrayıl Həsənov (79 kq) turnirin gümüş medalına sahib olub.

Bürünc medalı isə yığmaya Əfqan Xaşalov (57 kq) qazandırıb. Qadın güləşçilərdən Tatyana Omelçenko (62 kq) bütün rəqiblərini üstələyərək turnirin qızıl medalına sahib olub. Yalnız final görüşündə uduzan İrina Netreba (65 kq) gümüş əldə edib. Alyona Kolesnik (57 kq) isə III yeri tutub.

S.T.
www.ÇıxışYolu.Com

Ətraflı
Starta çıxarkən yıxılan idmançı uğursuzluğunun səbəbini açıqladı

Starta çıxarkən yıxılan idmançı uğursuzluğunun səbəbini açıqladı

Pyanqçanqda keçirilən Qış Olimpiya Oyunları zamanı slalom xizək növündə Azərbaycanı təmsil edən Patrik Braxner birinci mərhələdən məğlub olaraq yarışı tərk edib.

“Xizək sirkinə” əlvida. Pyanqçanqdakı çıxışı Patrik Braxnerin dağüstü xizək karyerasının son çıxışı oldu. Əslində, Patrik Braxner karyerasını hələ 2017-ci ilin baharında bitirib. Habelə ötən cümə axşamı o yenidən start xəttinə çıxıb. Bu, sıradan bir yarış yox, Pyanqçanqda keçirilən Qış Olimpiya Oyunlarının slalom xizək yarışı olub.

ÇıxışYolu.Com bu barədə “Reuters”ə istinadla xəbər verir.

Azərbaycanı təmsil edən Patrik Braxner ilk çıxışından uğursuzluğa düçar olub:

“Ayaqlarımı uğursuz şəkildə açana qədər hər şey çox yaxşı gedirdi. Sonra maneə ayaqlarımın arasında qaldı”.

“Yarış vəziyyətlərini simulyasiya etməyə çalışırdım, məşqlər edirdim, hər şey çox yaxşı gedirdi”, – deyə Braxner bildirib.

Azərbaycanı təmsil edən idmançı yarışlardan uzun müddət ayrı düşməsinə baxmayaraq, Qış Olimpiya Oyunlarından qabaq məşqlərdə özünü yaxşı göstərib. Habelə sonradan qrip infeksiyasına tutulduğundan ardıcıl bir neçə gün məşqlərə çıxa bilməyib və formadan düşüb.

26 yaşlı xizəkçinin dediyinə görə, xəstələnməsəydi, qar şəraitinə daha yaxşı uyğunlaşa bilərdi.

Məğlubiyyət acısına baxmayaraq, Braxner, ikinci Olimpiya startından təcrübə topladığını və hazırlıq prosesində yeni çox şeylər öyrəndiyini deyir. Son bir neçə ayın, o cümlədən Qış Olimpiya Oyunlarına hazırlığın gərgin şəkildə keçdiyini deyən Braxner indiki durumuna və stressin bir qədər azalmasına sevindiyini etiraf edib.

www.ÇıxışYolu.Com

Ətraflı
Formula 1-in yeni bolidləri – FOTO

Formula 1-in yeni bolidləri – FOTO

Formula-1 69-cu mövsümünün başlamasına bir aydan da az vaxt qaldığı bir vaxtda, fevralın 26-da Barselona şəhərində rəsmi test-drayvlar start götürüb. Sınaq yürüşlərində ilk dəfə olaraq 2018-ci ilin maşınlarını iş başında müqayisə etmək mümkün olacaq.

Avtopilotlar ispan halqasının asfaltında təyin olunmuş döngələrdən tələsmədən hərəkət etdiyi bir vaxtda oxuculara Formula-1 yeni mövsümünün komandaları üçün hazırlanmış yeni bolidləri təqdim edirik.  

Qeyd edək ki, bu ildən etibarən maşınlarda HALO sistemi (başın əlavə qorunması )istifadəyə verilib.

“Red Bull RB14”

“Sauber C37”

“McLaren MCL33”

“Haas VF-18”

“Toro Rosso STR13”

“Renault R.S.18”

“Williams FW41”

“Force India VJM11”

“Ferrari SF71H”

“Mercedes W09”

www.ÇıxışYolu.Com

Ətraflı
1 1. 163 1. 164 1. 165 1. 166