“Qarabağ” “Sumqayıt”la bacarmadı

“Qarabağ” “Sumqayıt”la bacarmadı

Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.

ÇıxışYolu.Com xəbər verir ki, ilk oyun günündə iki oyun baş tutub.

Lider “Qarabağ” səfərdə “Sumqayıt”la qarşılaşıb. Qarşılaşma heç-heçə başa çatıb. Qeyd edək ki, bu iki komanda kubokda da üz-üzə gəlmiş və “Sumqayıt” mərhələ adlamışdı.

“Kəpəz” isə doğma azarkeşləri önündə “Səbail”i qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

XVIII tur

3 mart (şənbə)

“Kəpəz” – “Səbail” 2:1
Qollar: Dario Frederiko, 23-penalti, Tərzin Cahangirov, 49 – Yevgeni Koçuk, 30

“Sumqayıt” – “Qarabağ” 1:1
Qollar: Amil Yunanov, 49 (1:0), Pedro Enrike, 75 (1:1)

.
www.ÇıxışYolu.Com

Ətraflı
Ölkəmiz Gimnaziadaya qatılacaq

Ölkəmiz Gimnaziadaya qatılacaq

Bu gün Azərbaycan Məktəb İdmanları Federasiyasının (AMİF) təsis olunması ilə bağlı Milli Olimpiya Komitəsində Gənclər və İdman naziri Azad Rəhimovun iştirakı ilə mətbuat konfransı keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, AMİF-in prezidenti, millət vəkili Sevinc Hüseynova bildirib ki, ötən il təsis olunmuş federasiya artıq mərkəzi qərargahı Belçikanın Antverpen şəhərində olan Beynəlxalq Məktəb İdmanı Federasiyasının üzvüdür:

“2018-ci ildə Azərbaycan ilk dəfə 2-9 may tarixlərində Mərakeşdə keçiriləcək XVII Yay Gimnaziya Oyunlarında iştirak edəcək, 10-dan artıq idman növündə təmsil olunacaq.

Ümumilikdə isə beynəlxalq miqyasda belə federasiyalar 43 idman növü üzrə fəaliyyət göstərir”.

Nazir Azad Rəhimov bildirib ki, bu, artıq qeydiyyatdan keçmiş 84-cü idman federasiyasıdır. O qeyd edib ki, bu federasiyanın yaranmasına ehtiyac vardı.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com

Ətraflı
“Qarabağ”da 61 qol vuran futbolçu Qazaxıstan klubunda – FOTO

“Qarabağ”da 61 qol vuran futbolçu Qazaxıstan klubunda – FOTO

“Qarabağ”ın sabiq futbolçusu Reynaldo Dos Santos Silvanın Qazaxıstanda çıxış edəcəyi rəsmiləşib. 

ÇıxışYolu.Com xəbər verir ki, 28 yaşlı braziliyalı hücumçu “Aktobe” klubu ilə müqavilə bağlayıb. 

Reynaldonun anlaşması bir illik nəzərdə tutulub. Onun transferində azərbaycanlı menecer Ruslan Xəlilov rol oynayıb.

Xəlilov həmçinin fevralın 23-də braziliyalı mərkəz müdafiəçisi Fabrisio Silva Dornelasın da Aktobe klubuna keçməsində vasitəçilik edib. 

Xatırladaq ki, son çıxış etdiyi klub Türkiyənin “Adanaspor” komandası olan Reynaldo 2013-2017-ci illərdə “Qarabağ”ın heyətində 133 oyuna 61 qol vurub. O, yanvarın 10-da Slovakiyanın “Spartak” komandası ilə cari mövsümün sonunadək müqavilə bağlasa da, fevralın 1-də Tranva təmsilçisi ilə olan anlaşmasını qarşılıqlı razılaşma əsasında pozub.

S.T.
www.ÇıxışYolu.Com

Ətraflı
1 1. 177 1. 178 1. 179 1. 180 1. 181