Xəzərdə narkotik əməliyyatı

Xəzərdə narkotik əməliyyatı

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən qanunsuz olaraq Xəzər dənizi vasitəsilə ölkə ərazisinə narkotik vasitələrin qaçaqmal yolu ilə gətirilməsi cəhdinin qarşısı alınıb.

DXS-nin Mətbuat Mərkəzindən ÇıxışYolu.Com-a verilən məlumata görə, 2018-ci ilin fevral ayının 23-də Astara rayonu ərazisində DSX Sahil Mühafizəsinin texniki-müşahidə məntəqəsi tərəfindən naməlum üzmə vasitəsinin sərhəd sularımıza daxil olması və qısa müddət ərzində geri qayıtması müşahidə olunub.

Üzmə vasitəsinin sərhəd sularımızda hərəkət və dayanma koordinatları üzrə su səthinə baxış keçirilib, bir buya bərkidilmiş lövbərdə üç bağlama aşkar edilərək götürülüb.

Bağlamalara baxış zamanı 1325 qram marixuanaya, 560 qram heroinə və 80 qram kristal şəklində heroinə oxşar maddə aşkar olunub.

Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.

.
www.ÇıxışYolu.Com

Ətraflı
Barda müştərini öldürən inzibatçıya hökm oxunub – FOTO

Barda müştərini öldürən inzibatçıya hökm oxunub – FOTO

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Fərhad Musayevin CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyatsızlıqdan zərərçəkmişin şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il martın 26-na keçən gecə Nəsimi rayonunda, Bülbül prospekti, 39-da fəaliyyət göstərən “DO RE Mİ” klubunda ölümlə nəticələnən dava baş verib. 

Belə ki, daxil olan məlumat əsasında Abşeron RPİ-nin əməkdaşları Xırdalan şəhərinin “Quşçuluq” yaşayış sahəsində yaşayan Rahil Məlikovun evində dostu Telman Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyitini aşkar ediblər. 

Araşdırma nəticəsində məlum olub ki, gecə Telman Məmmədov klubun inzibatçısı Fərhad Musayevlə mübahisə edib. Münaqişə zamanı Fərhad Telmanı yumruqla vurub və o, başından ağır xəsarət alıb. 

Vəziyyətinin ağır olduğunu görən Rahil Məlikov Telman Məmmədovu Xırdalanda yaşayan nənəsinin evinə gətirib. Bir neçə saatdan sonra ağır vəziyyətdə qalan Məmmədov orada keçinib. 

Məlum olub ki, həmin gecə müğənni Orxan Babazadənin konsert proqramı olub, mərhumda dostu ilə həmin partidə iştirak edib. Səhərisi gün Fərhad Musayev saxlanılıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən məhkum apellyasiya şikayəti verib. 

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq F.Musayevin şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. 

.
www.ÇıxışYolu.Com

Ətraflı
Sumqayıtda kütləvi dava: Yaralananlar var – FOTO

Sumqayıtda kütləvi dava: Yaralananlar var – FOTO

Sumqayıt şəhərində qonşular arasında kütləvi dava olub, iki nəfər bıçaqlanıb.

ÇıxışYolu.Com-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin H.Z.Tağıyev qəsəbəsində baş verib.

Belə ki, həmin qəsəbədə qonşular arasında mübahisə düşüb. Sonradan bu mübahisə əlbəyaxa davaya çevrilib. 

Nəticədə, 1997-ci il təvəllüdlü Emin Elmanoğlu Ömər və 2000-ci il təvəllüdlü İbrahim Xoşbəxt oğlu Cəfərov, qonşuları Coşqun adlı şəxs tərəfindən bıçaqlanıb. İ.Cəfərov dörd, E.Ömər isə iki ağır bıçaq zərbəsi alıb.

Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Əməliyyat olunan hər iki gəncin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdiriliblər.

Hadisəni törədən şəxs artıq saxlanılıb. Davanın hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

www.ÇıxışYolu.Com

Ətraflı
Oğlunu bacısıgilə göndərib sevgilisi ilə görüşən qadın öldürüldü – TƏFƏRRÜAT

Oğlunu bacısıgilə göndərib sevgilisi ilə görüşən qadın öldürüldü – TƏFƏRRÜAT

Daşkəsən rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı bəzi təfərrüatı məlum olub.

ÇıxışYolu.Com-ın Report-a istinadən məlumatına görə, Əhmədli kəndində qətlə yetirilən eyniadlı kəndin 1975-ci il təvəllüdlü sakini Abbasova Mahizər Məhəmməd qızı əvvəllər bir dəfə ailəli olub və evlilikdən bir qızı və bir oğlu var.

Qadının qızı ərdədir və bir uşaq anasıdır. Oğlu isə 15 yaşındadır və hazırda Əhmədli kənd orta məktəbində oxuyur.

M.Abbasova rayonun 1978-ci il təvəllüdlü Çanaqçı kənd sakini Qorxmaz Bağırova görə öz ərindən boşanıb və illərdir özündən 3 yaş böyük olan Q.Bağırovla vətəndaş nikahında yaşayır. Eyni zamanda, Q.Bağırovun Çanaqçı kəndində rəsmi ailəsi və övladları var. Lakin məlumata görə isə, artıq o da, həyat yoldaşından boşanıb.

Kənd sakinlərinin verdiyi məlumata görə, qadının meyitini oğlu aşkar edib. Həmin gecə oğlu qonşuluqda olan bacısıgildə olub. Qadın oğluna həmin gün evə gəlməyəcəyini və tək qorxmaması üçün bacısıgilə getməsini istəyib. Səhər uşaq öz evlərinə qayıdanda anasını ölmüş vəziyyətdə görüb. Baş nahiyəsindən küt alətlə qətlə yetirilmiş qadının əvvəllər kiminləsə bir münasibətinin olmadığı bildirilir.

Hazırda hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən Q.Bağırovun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Çanaqçı kənd sakinləri bildiriblər ki, 1978-ci il təvəllüdlü Bağırov Qorxmaz Şamil oğlu sürücülüklə məşğuldur. 

Özünə məxsus “ZİL” markalı avtomobillə yük daşıyaraq dolanır. Ailəsi və 15-16 yaşlı bir qızı və bir oğlu var. Təxminən bir ay əvvəl həyat yoldaşı məhkəmə yolu ilə ondan boşanıb. Buna kişinin başqa qadınla vətəndaş nikahında yaşaması, eyni zamanda öz xalası qızı üçün 3500 manat məbləğində kredit götürməsi və həmin krediti xalası qızının yox, məhz Q.Bağırovun öz uşaqlarının boğazından kəsərək ödəməsi səbəb olub.

Bildirilir ki, o, xalası qızı adına olan krediti qeyri-rəsmi yaşadığı qadına görə götürüb. Q.Bağırovun 2017-ci ilin yanvar ayında sərxoş vəziyyətdə ictimai qaydanı pozduğuna görə 15 gün həbsdə olduğu da deyilir.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda 120.1 (“Qəsdən adam öldürmə”) maddəsi ilə cinayət işi açılıb, istintaq gedir.

www.ÇıxışYolu.Com

Ətraflı
Azərbaycanda kişi sevgilisini öldürüb qaçdı

Azərbaycanda kişi sevgilisini öldürüb qaçdı

Daşkəsəndə qadın qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən qətlə yetirilib.

ÇıxışYolu.Com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əhmədli kəndində baş verib.

Kənd sakini 1982-cü il təvəllüdlü Cəfərova Mahizər Məhəmməd qızı qeyri-rəsmi nikahda yaşadığı 1978-ci il təvəllüdlü Bəşirov Qorxmaz Şəmil oğlu tərəfindən başına küt alətlə vurularaq qətlə yetirilib.

Qətli törədən şəxs hadisə yerindən qaçıb. Hazırda onun saxlanılması istiqamətində tədbirlər görülür.

Məlumata görə, M.Cəfərova bir neçə il əvvəl rəsmi nikahda olduğu həyat yoldaşından boşanıb, bir oğlu və bir qızı var. Oğlu orta məktəbin 9-cu sinfində oxuyur, qızı isə ailəlidir, bir övladı var.

www.ÇıxışYolu.Com

Ətraflı
Bakıda oğru restoranın bacasında ilişib qaldı –TƏFƏRRÜAT + VİDEO

Bakıda oğru restoranın bacasında ilişib qaldı –TƏFƏRRÜAT + VİDEO

Bakıda gənc oğlanın bacaya düşməsinin detalları məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən xəbərə görə, fevralın 22-dən 23-nə keçən gecə Nizami rayonu ərazisində yerləşən “Alov” parkındakı “Alov” restoranının havalandırma sistemində bir nəfər naməlum şəxsin sıxılmış vəziyyətdə qalması barədə polisə məlumat daxil olub. 

Daxil olan məlumat əsasında hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. 

Həyata keçirilən tədbirlərlə bacaya düşən şəxs xilas edilərək xəstəxanaya yerləşdirilib.

Araşdırmalar nəticəsində xilas edilən şəxsin Abşeron rayon sakini, 30 yaşlı Mehralıyev Asif Çingiz oğlu olması müəyyən edilib.

DİN-in mətbuat xidmətindən həmçinin bildirilib ki, A.Mehralıyev guya kimlərsə tərəfindən bacaya atılmasıı barədə KİV-də yayılan məlumatlar həqiqətə uyğun deyil. 

Belə ki, A.Mehralıyev dindirilərkən məlum olub ki, o, iki gün əvvəl həmin restoranda işə düzəlibmiş. 

Hadisə baş verən gün isə A.Mehralıyev restoranın rəhbərliyindən icazə alaraq gedib. Yeyib-içdikdən sonra o, sərxoş vəziyyətdə işlədiyi restorandan oğurluq etmək niyyətinə düşüb. 

Bu məqsədlə də A.Mehralıyev gecə saat 02.00 radələrində restoranın havalandırma sistemi ilə içəriyə daxil olmaq istəyib. Lakin havalandırma sistemi dar olduğu üçün o hərəkətsiz vəziyyətdə qalıb və niyyətini başa çatdıra bilməyib

Hazırda A.Mehralıyevin xəstəxanada müalicəsi davam etdirilir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

www.ÇıxışYolu.Com

Ətraflı
Bakıda polisdən qaçan keçmiş məhkumlar boğazlarını kəsdilər

Bakıda polisdən qaçan keçmiş məhkumlar boğazlarını kəsdilər

Xətai rayonunda intihara cəhd hadisələri qeydə alınıb.

ÇıxışYolu.Com-ın Report-a istinadən xəbərinə görə, hadisələr Qaçaq Nəbi və Səməd bəy Mehmandarov küçələrində baş verib.

1992-ci il təvəllüdlü Əsədullayev Elşad Elşən oğlu və 1982-ci il təvəllüdlü Abbasov Ənvər oğurlanmış su nasoslarını Səməd bəy Mehmandarov küçəsində satarkən hüquq-mühafizə orqanlarının əməkdaşları onların izinə düşüb.

E.Əsədullayev qaçaraq Qaçaq Nəbi küçəsindəki evində gizlənməklə boğazını kəsərək intihara cəhd göstərib.

Ə.Abbasov isə qaçmağa macal tapmayıb. Lakin o da boğazını kəsərək məsuliyyətdən yayınmaq istəyib. 

Hər iki yaralı polislərin nəzarəti altında xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, onlar əvvəllər cinayət məcəlləsinin müxtəlif maddələri ilə həbsdə olublar.

Faktla bağlı araşdırma aparılır.

www.ÇıxışYolu.Com

Ətraflı
Azərbaycanda axtarışda olan cinayətkar Ukraynada saxlanıldı

Azərbaycanda axtarışda olan cinayətkar Ukraynada saxlanıldı

Beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı mübarizə çərçivəsində Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları cinayətkar qruplaşmanın rəhbərlərindən olan Azərbaycan vətəndaşını saxlayıb.

ÇıxışYolu.Com bu barədə Ukraynanın Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir.

Həmin şəxs Azərbaycanda ağır və xüsusi ağır dərəcəli cinayətlərin törədilməsi, xüsusilə odlu silahdan istifadə etməklə cinayətkar qruplaşmanın tərkibində quldur hücumları ilə əlaqədar beynəlxalq axtarışa verilib.

Ukraynanın xüsusi xidmət orqanı müəyyən edib ki, sözügedən cinayətkar Ukraynanın mərkəzi bölgəsində yerləşən kiçik qəsəbələrin birində gizlənib. Hal-hazırda o, polis nəzarətinə götürülüb və yaxın zamanda Azərbaycana ekstradisiya olunacağı gözlənilir.

www.ÇıxışYolu.Com

Ətraflı
Qaçırdığı maşınla arvadını və beş uşağını yasa apardı

Qaçırdığı maşınla arvadını və beş uşağını yasa apardı

Fevralın 23-nə keçən gecə Qaradağ rayonu ərazisindən avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən ÇıxışYolu.Com-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla Abşeron rayon sakini Fuad Əliyevə məxsus “VAZ-21099” markalı avtomobilin gecə saat 3:00 radələrində Lökbatan qəsəbəsi ərazisindən qaçırıldığı məlum olub. 

Avtomobil qısa vaxtda Salyan rayonunun Yenikənd kəndi ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı və 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Saxlanılan zaman avtomobili qaçıranın arvadı və beş övladı da maşında olub. 

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin əvvəllər də analoji cinayət törətdiyinə görə məhkum olunmuş Vüsal Həsənov olduğu məlum olub. 

Müəyyən edilib ki, Lökbatan qəsəbəsindəki kafelərdən birində işləyən avtomobil sahibi həmin vaxt maşını qızdırmaq üçün işlək vəziyyətdə saxlayaraq geyinmək üçün kafeyə girib. Bu zaman gecə vaxtı getmək üçün maşın tapmayan V.Həsənov bundan istifadə edərək maşını qaçıraraq ailə üzvlərini də götürüb Salyan rayonuna, yas yerinə yollanıb. 

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Araşdırma aparılır. 

.
www.ÇıxışYolu.Com

Ətraflı
Şəmkirdə sərnişin gediş haqqına görə sürücünü öldürdü

Şəmkirdə sərnişin gediş haqqına görə sürücünü öldürdü

Şəmkir rayonunda sərnişin takisi sürücüsünü qətlə yetirib. 

ÇıxışYolu.Com Report-a istinadən xəbər verir ki, hadisə rayonun İrmaşlı kəndinə baş verib.  

Belə ki, Şəmkirdə taksi sürücü kimi fəaliyyət göstərən rayon sakini, 1954-cu il təvəllüdlü Arif Mürsəl oğlu Yusibovun avtomobilinə sərnişin qismində əyləşən, 1993-cü il təvəllüdlü İsgəndərov Ayvaz İsmayıl oğlu sürücüyə rayonun İrmaşlı kəndinə gedəcəyini deyib və maşını həmin kəndə sürdürüb.

Oraya çatanda sərnişinlə sürücü arasında gediş haqqı üstündə mübahisə düşüb. Nəticədə A.İsgəndərov sürücünü bıçaqlayıb. Çoxsaylı bıçaq xəsarətləri alan A.Yusibov yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Hadisədən sonra A.İsgəndərov qaçsa da, polis onu saxlayaraq istintaqa cəlb edib.

www.ÇıxışYolu.Com

Ətraflı
1 694 695 696 697