Salyanda DYP postuna hücum edən şəxs həbs olundu

Salyanda DYP postuna hücum edən şəxs həbs olundu

Salyan rayonunda Dövlət Yol Polisi (DYP) postuna silahlı hücum edən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

ÇıxışYolu.Com xəbər verir, bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov mətbuata açıqlamasında deyib.

E.Suıtanov bildirib ki, fakta görə Salyan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 315.2-ci ( Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, Bağırov Orxan Cahangir oğlu təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə martın 2-də Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsindəki postda, baş verib. Salyan şəhər Cəfər Cabbarlı küçəsində yaşayan 1988-ci il təvəllüdlü Bağırov Orxan Cahangir oğlu DYP postuna gələrək silahdan atəş açıb və sonra özünə məxsus minik avtomobili ilə hadisə yerindən uzaqlaşıb.

Salyan şəhərində isə ona yol polisləri tərəfindən “saxla” əmri verilsə də, o, buna məhəl qoymayıb və maşınla Kürsəngi kənd sakini, 1982-ci il təvvəllüdlü polis əməkdaşı Dəmirov Raqib Həmdulla oğluna xəsarət yetirib. Nəhayət həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib.

www.ÇıxışYolu.Com

Ətraflı
Üç hüquqi şəxs barəsində cinayət işi başlanıb

Üç hüquqi şəxs barəsində cinayət işi başlanıb

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti sektorunda aparılmış monitorinqlər nəticəsində əmək müqavilələri olmadan işçilərin işə cəlb edilmələri faktları ilə bağlı 19 hüquqi və üç fiziki şəxs barəsində həmin Agentlikdən daxil olmuş 18 material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğunun mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, aparılmış araşdırmalar nəticəsində üç hüquqi şəxs barəsində Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanıb.

“İ.N.V.” MMC-nin vəzifəli şəxsləri barəsində istintaq edilən cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib, digər iki hüquqi şəxs barəsində başlanmış cinayət işləri üzrə istintaq yekunlaşmaq üzrədir.

Göstərilənlərlə yanaşı, araşdırmalar zamanı aşkar edilmiş qanun pozuntuları ilə bağlı digər prokuror təsir aktlarının tətbiq edilməsi də təmin edilib. Belə ki, 11 hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması), bir hüquqi şəxs barəsində isə həmin Məcəllənin 198.0.1-ci (əməyin mühafizəsi qaydalarının pozulması) maddələri ilə inzibati icraatın başlanması haqqında qərarlar qəbul edilib.

Toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib, 12 halda fiziki şəxslərə və hüquqi şəxslərin rəhbərlərinə rəsmi xəbərdarlıq edilib.

Yol verilmiş qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə Vergilər Nazirliyinə doqquz, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isə 11 təqdimat göndərilib. Hazırda beş hüquqi və iki fiziki şəxs barəsində araşdırmalar davam etdirilir.

Araşdırmalar zamanı aşkar edilmiş faktlar üzrə əvvəllər əmək müqaviləsi olmadan işə cəlb edilmiş işçilərlə əmək müqavilələrinin bağlanması təmin edilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi və vətəndaşların əmək hüquqlarının müdafiəsi istiqamətində aidiyyəti dövlət qurumları ilə əməkdaşlığını bundan sonra da davam etdirəcək.

www.ÇıxışYolu.Com

Ətraflı
Dövlət Miqrasiya Xidməti 15 əcnəbini saxlayıb

Dövlət Miqrasiya Xidməti 15 əcnəbini saxlayıb

Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərini davam etdirir.

DMX-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı yeddi nəfər Pakistan, altı nəfər Hindistan, iki nəfər Şri-Linka vətəndaşı olmaqla, ümumilikdə 15 əcnəbi saxlanılıb.

Araşdırma zamanı saxlanılan əcnəbilərdən iki nəfər Hindistan və iki nəfər Şri-Linka vətəndaşının Azərbaycana guya biznes fəaliyyəti ilə məşğul olmaq adı altında gəldikləri, lakin onların biznes sahəsində heç bir fəaliyyətlərinin olmadığı, müraciətlərinin yalnız ölkədə yaşamaq və sərbəst hərəkət etmək məqsədi daşıdığı məlum olub.

Saxlanılan digər əcnəbilərin ölkə ərazisində olma və yaşama qaydalarını pozduqları aşkar edilib. Bununla da  əcnəbilər tərəfindən Azərbaycan Res­publikasının miqrasiya qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilib və barələrində müvafiq inzibati tədbirlər görülüb.

www.ÇıxışYolu.Com

Ətraflı
“Bulaq işi”nə görə həbs edilənlərə hökm oxunub – FOTO

“Bulaq işi”nə görə həbs edilənlərə hökm oxunub – FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində Tofiq Qaramizadə, Hüseyn Hüseynov, Bəhruz Rəfiyev, Fuad Əsgərov, Murtuza Tağıyev, Müzəffər Cəfərov, Araz Vəliyev və Süleyman Abdullayevın CM-nin 29,120.1 (qəsdən adam öldürməyə cəhd), 182 (hədə-qorxu yolu ilə tələb etmə), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qisminə istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın məlumatına görə, 2016-cı il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında silahlı insident baş verib.

Hadisə zamanı Fuad Əsgərov və Bəhruz Rəfiyev “Makarov” markalı tapançadan açılan atəşlər nəticəsində yaralanıblar, Süleyman Abdullayev isə bıçaqlanıb. 

Hər iki yaralını dostları Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “City Hospital”a gətirsələr də, 1-2 saatdan sonra araşdırmaya başlayan Bakı şəhər Baş Polis İdarəsi və Səbail rayon Polis İdarəsinin əməkdaşları yaralıların Kliniki Tibbi Mərkəzə köçürülmələrini təmin ediblər. Hadisə yerinə baxış zamanı beş ədəd giliz və qan nümunələri götürülüb,  

Qeyd edək ki, polisə insident haqda ABŞ-ın Bakıdakı səfirinin müavini Derek Hoqan məlumat verib. İş ondadır ki, onun istifadəsində olan “Chevrolet” markalı avtomaşın restoranın yanında parklanıb, Hoqan özü isə səfirin evində qonaq olub. Açılan atəşlərdən biri maşına dəysə də, xoşbəxtlikdən sükan arxasında əyləşən sürücüdən yan keçib. 

İş üzrə ibtidai istintaq Bakı şəhər Prokurorluğu tərəfindən aparılıb.

Məhkəmənin hökmü ilə S.Allahyarov 10 il, F.Əsgərov səkkiz il, T.Qaramizadə yeddi il, H.Hüseynov 4 il 6 ay, B.Rəfiyev və M.Cəfərov dörd il, S.Abdullayev, A.Vəliyev və M.Tağıyev üç il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar. 

Xatırladaq ki, məhkəmə prosesi ötən il fevralın 17-də başlayıb.

www.ÇıxışYolu.Com

Ətraflı
Keçmiş məhkumu güllələyən şəxsə hökm oxunub

Keçmiş məhkumu güllələyən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Mikayıl Dəmirovun CM-nin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıqla əlaqədar törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il sentyabrın 6-da Balaxanı qəsəbəsi ərazisindən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Etibar Məhərrəmov (1991-ci il təv.) qırma yarası ilə 3 saylı şəhər klinik xəstəxanasına gətirilib və onun üzərində cərrahi əməlliyat aparılıb. 

Həmin günün səhəri qəsəbədə yaşayan Mikayıl Dəmirli Sabunçu RPİ 12-ci polis bölməsinə gələrək, hadisənin münaqişə zəminində onun tərəfindən törədildiyini bildirib və istifadə etdiyi, lüləsi kəsilmiş “TOZ-12” markalı tüfəngi növbətçi hissəyə təhvil verib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 11 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

www.ÇıxışYolu.Com

Ətraflı
1 706 707 708 709 710