Azərbaycanda axtarışda olan cinayətkar Ukraynada saxlanıldı

Azərbaycanda axtarışda olan cinayətkar Ukraynada saxlanıldı

Beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı mübarizə çərçivəsində Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları cinayətkar qruplaşmanın rəhbərlərindən olan Azərbaycan vətəndaşını saxlayıb.

ÇıxışYolu.Com bu barədə Ukraynanın Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir.

Həmin şəxs Azərbaycanda ağır və xüsusi ağır dərəcəli cinayətlərin törədilməsi, xüsusilə odlu silahdan istifadə etməklə cinayətkar qruplaşmanın tərkibində quldur hücumları ilə əlaqədar beynəlxalq axtarışa verilib.

Ukraynanın xüsusi xidmət orqanı müəyyən edib ki, sözügedən cinayətkar Ukraynanın mərkəzi bölgəsində yerləşən kiçik qəsəbələrin birində gizlənib. Hal-hazırda o, polis nəzarətinə götürülüb və yaxın zamanda Azərbaycana ekstradisiya olunacağı gözlənilir.

www.ÇıxışYolu.Com

Ətraflı
Qaçırdığı maşınla arvadını və beş uşağını yasa apardı

Qaçırdığı maşınla arvadını və beş uşağını yasa apardı

Fevralın 23-nə keçən gecə Qaradağ rayonu ərazisindən avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən ÇıxışYolu.Com-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla Abşeron rayon sakini Fuad Əliyevə məxsus “VAZ-21099” markalı avtomobilin gecə saat 3:00 radələrində Lökbatan qəsəbəsi ərazisindən qaçırıldığı məlum olub. 

Avtomobil qısa vaxtda Salyan rayonunun Yenikənd kəndi ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı və 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Saxlanılan zaman avtomobili qaçıranın arvadı və beş övladı da maşında olub. 

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin əvvəllər də analoji cinayət törətdiyinə görə məhkum olunmuş Vüsal Həsənov olduğu məlum olub. 

Müəyyən edilib ki, Lökbatan qəsəbəsindəki kafelərdən birində işləyən avtomobil sahibi həmin vaxt maşını qızdırmaq üçün işlək vəziyyətdə saxlayaraq geyinmək üçün kafeyə girib. Bu zaman gecə vaxtı getmək üçün maşın tapmayan V.Həsənov bundan istifadə edərək maşını qaçıraraq ailə üzvlərini də götürüb Salyan rayonuna, yas yerinə yollanıb. 

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Araşdırma aparılır. 

.
www.ÇıxışYolu.Com

Ətraflı
Şəmkirdə sərnişin gediş haqqına görə sürücünü öldürdü

Şəmkirdə sərnişin gediş haqqına görə sürücünü öldürdü

Şəmkir rayonunda sərnişin takisi sürücüsünü qətlə yetirib. 

ÇıxışYolu.Com Report-a istinadən xəbər verir ki, hadisə rayonun İrmaşlı kəndinə baş verib.  

Belə ki, Şəmkirdə taksi sürücü kimi fəaliyyət göstərən rayon sakini, 1954-cu il təvəllüdlü Arif Mürsəl oğlu Yusibovun avtomobilinə sərnişin qismində əyləşən, 1993-cü il təvəllüdlü İsgəndərov Ayvaz İsmayıl oğlu sürücüyə rayonun İrmaşlı kəndinə gedəcəyini deyib və maşını həmin kəndə sürdürüb.

Oraya çatanda sərnişinlə sürücü arasında gediş haqqı üstündə mübahisə düşüb. Nəticədə A.İsgəndərov sürücünü bıçaqlayıb. Çoxsaylı bıçaq xəsarətləri alan A.Yusibov yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Hadisədən sonra A.İsgəndərov qaçsa da, polis onu saxlayaraq istintaqa cəlb edib.

www.ÇıxışYolu.Com

Ətraflı
Su axıdan çən kütləvi davaya səbəb oldu  – FOTO

Su axıdan çən kütləvi davaya səbəb oldu – FOTO

Bakının Binəqədi rayonunda 20 nəfər arasında kütləvi dava baş verib.

ÇıxışYolu.Com Report-a istinadən xəbər verir ki, hadisəyə Xocahəsən qəsəbəsindəki yaşayış evlərinin birindən qonşunun həyətinə su axması səbəb olub.

Davada xəsarət alan şəxslər qonşuları tərəfindən döyüldüklərini bildiriblər.

Onların dediklərinə görə, fərdi yaşayış evində kirayə qalan 25 yaşlı Səfər Səfərov öz ad gününü qeyd etmək üçün bacılarını öz evinə qonaq çağırıb.

Qonaqlıq zamanı qonşuluqda yaşayan yaşlı kişi S.Səfərovgilə gələrək bildirib ki, onun həyətindəki çən su buraxır və nəticədə həmin su onların həyətinə axır.

S.Səfərov problemi həll edəcəyinə söz versə də, qonşusunun kobud davranışı ilə üzləşib. 

Daha sonra adı hazırda məlum olmayan həmin yaşlı şəxs ətrafına təqribən 15-20 nəfər yığaraq S.Səfərovun yaşadığı evə gəlib və tərəflər arasında dava düşüb. Kütləvi dava zamanı evdə qonaq olan Türkiyə vətəndaşı Səlçuk Yoldəmir, altı aylıq hamilə olan Sevinc Yoldəmir və S.Səfərov döyülərək müxtəlif bədən xəsarətləri alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Zərərçəkənlərdən Türkiyə vətəndaşı S.Yoldəmir hadisə ilə bağlı mənsub olduğu ölkənin səfirliyinə məlumat verib.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən iki nəfəri saxlayıblar.

.
www.ÇıxışYolu.Com

Ətraflı
“Dəmirçi Plaza”da meneceri güllələyən sürücüyə 18 il cəza verildi – FOTO

“Dəmirçi Plaza”da meneceri güllələyən sürücüyə 18 il cəza verildi – FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Elşən Bəşirovun (1989-cu il) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il yanvarın 7-də metronun “Xətai” stansiyasının yanında, “Demirchi Plaza” MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən “İraq Hava Yolları” şirkətinə məxsus ofisdə sürücü işləyən Elşən Bəşirov münaqişə zəmnində odlu silahdan atəş açaraq satış üzrə menecer – Masallı rayon sakini Əli Ağalını qətlə yetirib. 

Hadisədən sonra Bəşirov Xətai RPİ 37-ci polis bölməsinə könüllü təslim olub, ondan hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olan “COBALT” markalı tüfəng götürülüb.

İstintaqın gedişatında məlum olub ki, qətldən bir gün əvvəl Elşən Bəşirovla Əli Ağalı arasında mübahisə yaranıb. Narazılıq hər iki şəxs şirkətə məxsus avtomobillə Hava Limanına gedərkən baş verib. Aeroportda Ə.Ağalı sürücüyə vitrinin arxasına keçməklə bağlı irad bildirib və tərəflər arasında münasibət daha da kəskinləşib. 

Özündən dörd yaş kiçik iş yoldaşının ona olan münasibətini qəbul edə bilməyən Bəşirov səhərisi gün özünə məxsus olan ov tüfəngini götürüb iş yerinə gəlib. O, ofisdə Ə.Ağalıya yaxınlaşaraq bir neçə dəfə atəş açıb. Başından güllə yaraları alan 24 yaşlı zərərçəkən hadisə yerindəcə keçinib.

Məhkəmənin hökmü ilə E.Bəşirov 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

www.ÇıxışYolu.Com

Ətraflı
Bakıda məktəbdə qalmaqal: Şagirdin görüntüləri yayıldı – YENİLƏNİB

Bakıda məktəbdə qalmaqal: Şagirdin görüntüləri yayıldı – YENİLƏNİB

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı tam orta məktəblərdən birində qeydə alınmış məsələ ilə bağlı məlumat yayıb.

İdarədən ÇıxışYolu.Com-a daxil olan məlumata görə, şagirdlər arasında müvafiq profilaktik işlər görülüb, məktəbdə təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi və pedaqoji heyətin fəaliyyətinin müvafiq tələblərə tam uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Məktəbin bir şagirdinin (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) ona aid olduğu güman edilən açıq-saçıq fotoşəkillərinin yayılmasını nəzərə alaraq, idarəyə təqdim olunan fotoşəkil və materiallar araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

BŞTİ-nin əməkdaşları, məktəb psixoloqu və müəllimlər də məsələ ilə bağlı cəlb olunub.

Problemin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır.

15:07

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 82 saylı orta məktəbin şagirdlərindən birinin valideyni polisə şikayət edib.

ÇıxışYolu.Com Report-a istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə müraciət edən C.Ş. (şərtidir) bu məktəbdə təhsil alan yeniyetmə qızının açıq-saçıq görüntülərinin yayıldığını bildirib.

C.Ş. şikayətində bu məsələdə qızının Ə. (şərtidir) adlı qadın müəlliminin əli olduğunu qeyd edib.

Polis faktla bağlı araşdırmalara başlayıb.

Məktəbin direktoru Leyla Fətiyeva bu mövzuda danışmaq istəməyib.

.
www.ÇıxışYolu.Com

Ətraflı
Oğurluğa görə tutulmuş azərbaycanlı futbolçu özünə klub tapdı

Oğurluğa görə tutulmuş azərbaycanlı futbolçu özünə klub tapdı

Kabel oğurluğunda təqsirləndirilərək həbs edilmiş Nicat Muxtarov futbola qayıdıb.

ÇıxışYolu.Com xəbər verir ki, yarımmüdafiəçi özünə yeni klub tapıb. 

“Sumqayıt”dan ayrılan gənc oyunçu I divizionda mübarizə aparan “Zaqatala” klubunda çıxış edir. Nicat Muxtarovun adı əyalət klubunun Peşəkar Futbol Liqasına verdiyi sifariş ərizəsində də yer alıb.

Xatırladaq ki, Nicat Muxtarov sentyabrın 9-da və 15-də Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən mütəşəkkil qrupun tərkibində tutulub. Lakin oktyabrda o, girov qarşılığında sərbəst buraxılıb.

S.T.
www.ÇıxışYolu.Com

Ətraflı
Azərbaycanlı “qanuni oğru”lar Rusiyadan qovulur

Azərbaycanlı “qanuni oğru”lar Rusiyadan qovulur

Rusiya futbol üzrə dünya çempionatının yaxınlaşması ilə əlaqədar “qanuni oğru”ların kütləvi şəkildə ölkədən çıxarılmasına başlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, kriminal avtoritetlərin deportasiya olunması barədə qərarı şəxsən daxili işlər naziri Vladimir Kolokoltsev qəbul edib. 

Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsindən bildiriblər ki, hazırda ölkədən Aslan Kobuladze və Suliko Şarikadzenin Gürcüstana, Qamçıbəy Kolbayevin Qırğızıstana deportasiya edilməsi üzrə hazırlıqlar gedir.

“Komsomolskaya Pravda”nın verdiyi məlumata görə, hazırda 432 “qanuni oğru” fəaliyyət göstərir. Onlardan 318 nəfəri azadlıqda, 114-ü həbsdə, 31-i istintaq altında, 19-u isə axtarışdadır.

Kriminal avtoritetlər arasında daha çox Gürcüstan vətəndaşı var – 242 nəfər. Onlar arasında ruslar (51), ermənilər (30), yezidi kürdlər (26), azərbaycanlılar (16), abxazlar (10), çeçenlər (8), yəhudilər (7) də var.

Qeyd edək ki, bundan əvvəl Baçuka Paçuliya (Pontiyski) Rusiyadan Gürcüstana, Dadaş Bakinski isə Azərbaycana deportasiya edilib. Lakin Novxanıdan olan Bakinski Azərbaycandan sonra Ukraynaya qayıdıb.

O, 2016-cı ilin aprelində Kiyevin “Borispol” hava limanında polis patrulları ilə siqaretin qadağan olduğu zonada mübahisə edib. Bu mübahisə zəminində Dadaş İbrahimov müəmmalı şəkildə özünün qarın hissəsinə yeddi bıçaq zərbəsi vurub və keçinib.

S.T.
www.ÇıxışYolu.Com

Ətraflı
Çeçen klanı Lotu Quli ilə müharibə cığırına çıxır

Çeçen klanı Lotu Quli ilə müharibə cığırına çıxır

İl təzə başlasa da, kriminal dünyada aşkar canlanma hiss olunur.

2018-ci il onun bir çox nümayəndələri üçün taleyüklü görünür. Nüfuz dairələrinin yenidən bölüşdürülməsi və günəş altında yer üçün müharibələr gözlənilir.

Bu gün əminliklə demək olar ki, hazırda Türkiyədə yaşayan, kriminal dünyada Lotu Quli kimi tanınan “vor zakon” Nadir Səlifov hərəkətlərindəki qətiyyəti Ukrayna və Rusiya hüquq-mühafizə orqanlarına sübut edə bilib, ÇıxışYolu.Com xəbər verir.

O, Rusiyadakı iştirakını qardaşı, “vor zakon” Namiq Səlifovun köməyi ilə müəyyənləşdirib.

Kiçik Səlifov hələ də digər cinayətkar klanların nəzarət etdikləri bazarları özünə tabe etmək üçün Rusiyaya göndərilib. Lakin hər şey göründüyü kimi sadə deyil. Çeçen kriminal şəxsləri Quli ilə müharibə cığırına ayaq basıblar. Onlar bildiriblər ki, Rusiya bazarlarındakı mövqelərini itirməyəcəklər.

Bundan başqa, kriminal dairələrə yaxın məlumatlı mənbələrin bildirdiyinə görə, bunun üçün Həmzət Qastamirovun (Şeyx Həmzət) çeçen klanı hazırda kriminal dünyada Valter kimi tanınan Timur Alimhacıyevin Rusiya həbsxanasından azad olunmasına çalışır.

Onun vaxtından əvvəl azad olunması işində Qastamirovun “Vəhşi” Timur ləqəbli döyüşçüsü yaxından iştirak edir.

Məlumdur ki, Alimhacıyev dələduzluğa görə cinayət məsuliyyətinə cəlb olunub. Əvvəllər isə Valter 2013-cü ildə Kölndə (Almaniya) kokain alveri ilə məşğul olan alban cinayət qrupu ilə münaqişədə nəzərə çarpmışdı. Narkotiklərin satışına qarşı çıxan çeçen qrupu dələduzluq yolu ilə albanların cinayət yolu ilə əldə etdikləri xeyli miqdarda pulu ələ keçirmişdi.

Bu pullar yoxsul vəziyyətdə olan miqrantlara verilsə də, həmin fakta görə cinayət işi başlanılmış və Alimhacıyev İnterpolun xətti ilə axtarışa verilmişdi. Lakin tezliklə o, siyahıdan çıxarıldı (İnterpolun axtarış siyahısı – red.).
 
İndi Valter şimal paytatında (Sankt-Peterburq) çeçen klanının maraqlarını təmsil edəcək.

Bəzi məlumatlara görə, Piterdə yaşayan və ticarət sahəsində çalışan azərbaycanlı iş adamları Lotu Quliyə tabe olmaq və ona haqq ödəmək istəmirlər.

Hazırda 200-ə yaxın adamı olan Çeçen mütəşəkkil cinayət dəstəsi Salifovun Sank-Peterburqu əlinə keçirmələrinə mane olmaq üçün əlindən gələni edəcəklər.

Yeri gəlmişkən, Valter öz adını alman silahı, xüsusilə də Valter tapançalarına olan istəkdən götürüb. O, Almaniyadan qaçarkən polislər mənzildən xeyli sayda Valter sistemli tapança aşkarlamışdı.

www.ÇıxışYolu.Com

Ətraflı
1 721 722 723