Sizcə, debet kartın nə kimi üstünlükləri ola bilər?

Sizcə, debet kartın nə kimi üstünlükləri ola bilər?

“Expressbank”ın Expresso debet kartları digər bankların kartlarından çox seçiilir. Çünki onlar nağd vəsaitin saxlanılması üçün sıradan plastik kartdan daha artıq – maksimum imkanlar verən unikal kartlardır.

“Expressbank” müştəriləri Expresso kartlarını növbəti üstünlüklərinə görə sevirlər:

1. Ölkədaxili bütün alış-veriş mərkəzlərində ödəniş zamanı 20%-dək cashback

2. Kartdakı pulun qalığına illik 3% gəlir

3. Expressbank ATM-lərində komissiyasız nağdlaşdırma

4. Təmassız bank kartları

5. Xüsusi zövqlə hazırlanmış dörd dizayn arasında seçim imkanı

6. 3D Secure xidməti ilə təhlükəsiz alış-veriş

7. 700 ədədə yaxın ExpressPay terminalı ilə hesaba komissiyasız mədaxil imkanı

Qeyd edək ki, Expresso plastik kartlarına sahib olmaq istəyən müştərilər “Expressbank”ın istənilən filialına yaxınlaşmaqla və ya bankın rəsmi səhifəsindən onlayn qaydada sifariş verməklə Expresso karta sahib ola bilıərlər. 

“Expressbank”ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, altısı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS-terminal və 700-ə yaxın ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə (www.facebook.com/Expressbank) daxil ola bilərsiniz.

www.ÇıxışYolu.Com

Ətraflı
Mərkəzi Bank depozit hərracının məbləğini azaltdı

Mərkəzi Bank depozit hərracının məbləğini azaltdı

Mərkəzi Bank  vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

ÇıxışYolu.Com xəbər verir ki, fevralın 26-da keçiriləcək depozit hərracında 200 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.

Depozit hərracının müddəti 14 gün təşkil edir. “Bloomberg” ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 8,01-12,99%-dir.

Qeyd edək ki, Mərkəzi Bank 250 milyon manat həcmində depozit hərracı keçirib. Bank hərracın məbləğini 50 milyon manat azaldıb.

L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
ATƏT PA-nın Cənubi Qafqaz üzrə nümayəndəsi istefa verdi

ATƏT PA-nın Cənubi Qafqaz üzrə nümayəndəsi istefa verdi

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin istefa verib.

ÇıxışYolu.Com xəbər verir, bu barədə o bu gün Vyanada ATƏT PA-nın qış sessiyasında hazırladığı yekun hesabatın təqdimatı zamanı bildirib.

K. Vigenin deyib ki, ATƏT PA-nın prezidenti Gerogi Sereteliyə bu gün yerli vaxtla saat 12:00-dan xüsusi nümayəndə vəzifəsindən istefa etməsi barədə müraciət edib.

O, istefa verməsinin səbəbini bütün səyini Siyasi Məsələlər və Təhlükəsizlik komitəsindəki məruzəçi vəzifəsinə yönəlmək niyyəti ilə əlaqələndirib.

www.ÇıxışYolu.Com

Ətraflı
Moody`s: Bankların kapital çatışmazlığı problemi var

Moody`s: Bankların kapital çatışmazlığı problemi var

Azərbaycan banklarının əksəriyyətində kapital çatışmazlığı problemi qalmaqdadır. 

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Moody`s”in hesabatında qeyd edilir.

Bildirilir ki, hazırda bank sektoru iqtisadiyyatı kifayət qədər kreditlə təmin etmək gücündədir:

“2017-ci ilin doqquz ayının nəticələrinə görə, bank kreditlərinin həcmi 25,9 faiz azalıb.

Ümumiyyətlə, son 20 ayda kreditləşmə aşağı düşüb. Real sektorun kreditləşməsi 2013-cü ilin martından indiyədək ən aşağı səviyyəyə (2017-ci ilin sentyabr ayında bu rəqəm 12,4 milyard manat olub) enib”. 

L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
“Moody`s” büdcənin profisitlə icra olunacağını açıqladı

“Moody`s” büdcənin profisitlə icra olunacağını açıqladı

Beynəlxalq reytinq agentliyi “Moody`s”ə görə, neftin qiymətinin yüksəlməsi Azərbaycanın valyuta mövqeyinin yaxşılaşmasına səbəb olub. 

ÇıxışYolu.Com xəbər verir ki, 2017-ci ildə neftin qiymətinin yüksəlməsi nəticəsində Azərbaycanın  maliyyə vəziyyəti yaxşılaşıb:

“Hesab edirik ki, hazırkı situasiya büdcə profisitinin ümumi daxili məhsulun 1 faizinə bərabər olmasına gətirib çıxaracaq. 2019-cu ildə isə büdcənin profisiti ÜDM-in 0,5 faizinə bərabər olacaq. 

Azərbaycan hökuməti valyuta rezervlərini qoruyub saxlayır. 2017-ci ilin sonunda Dövlət Neft Fondunun (ARDNF) aktivləri 35,8 milyard dollar təşkil edib. Bu fiskal bufer Azərbaycana daxili və xarici şoklarla mübarizə aparmaq üçün mühüm dəstək verir”.  

Qeyd edək ki, agentlik Mərkəzi Bankın rezervlərinin artacağını proqnozlaşdırır. 

L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
Azay Quliyevdən erməni deputata sərt cavab

Azay Quliyevdən erməni deputata sərt cavab

ATƏT Parlament Assambleyasının (ATƏT PA) 17-ci qış sessiyasının daimi komitəsinin iclasında Ermənistan nümayəndə heyətinin rəhbəri Hermine Nağdalyan Azərbaycana qarşı iftiralar səsləndirib. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, o, Cənubi Qafqazda həyata keçirilən infrastruktur layihələrində Ermənistanın düşünülmüş şəkildə təcrid edilməsini qeyri-qanuni addım kimi dəyərləndirib.

Erməni deputat beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsini öz fəaliyyətinin əsas prinsiplərindən biri elan edən ATƏT PA-nı regional layihələrdən kənarda qalan Ermənistana qarşı bu cür “haqsız” mövqeyə münasibət bildirməyə çağırıb.

ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev isə çıxışında erməni deputatın söylədiyi məqamlara aydınlıq gətirib. 

O qeyd edib ki, ATƏT PA kimi nüfuzlu beynəlxalq platformada “Dağlıq Qarabağ respublikası” və ya “Dağlıq Qarabağ respublikasının parlamenti” kimi ifadələrin səsləndirilməsi qeyri-ciddiyyətdən xəbər verir:

“Heç bir beynəlxalq təşkilat belə bir qurumu tanımır və bütün bunlar ictimai fikri çaşdırmağa xidmət edən cəhdlərdən başqa bir şey deyil”.

A.Quliyev qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev çıxışlarında azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmalı olduqlarını dəfələrlə vurğulayıb:

“Mənim öz ailəm Ermənistandan – əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət olan Zəngəzur mahalından didərgin salınıb. Həmin torpaqlar 1923-cü ildə sovet hakimiyyəti tərəfindən Azərbaycandan alınaraq Ermənistan ərazilərinə birləşdirilib”.

Daha sonra vitse-prezident bildirib ki, bu gün beynəlxalq nəqliyyat və infrastruktur dəhlizləri Azərbaycan ərazisindən keçir. Azərbaycan dəfələrlə Ermənistanın bu təşəbbüslərə qoşulmasına çalışıb, lakin bunun baş tutmamasında günah Azərbaycanın deyil, onilliklərdən bəri Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanın üzərinə düşür.

O bildirib ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistan beynəlxalq layihələrdən təcrid olunmasından şikayətlənir. Bu şikayətin özünün məntiqi əsası yoxdur:

 “Mən erməni həmkarlarımı səmimi olmağa çağırıram. Aydındır ki, siz Yerevanda aldığınız təlimatları icra etmək üçün burada iştirak edirsiniz. Lakin sizi sessiyadakı işgüzar atmosferi pozmamağa çağırıram”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com

Ətraflı
İƏT-in baş katibi Azərbaycan ərazilərinin işğalına son qoyulmasına çağırdı

İƏT-in baş katibi Azərbaycan ərazilərinin işğalına son qoyulmasına çağırdı

Azərbaycanın Xocalı şəhərində baş vermiş qırğının yad edilməsinin 26-cı ildönümü münasibətilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi 1992-ci il cinayətində həyatını itirənlərin xatirəsini yad edib. 

ÇıxışYolu.Com-ın İƏT-in saytına istinadən məlumatına görə, baş katib vurğulayıb ki, Xocalı hadisəsi Ermənistan tərəfindən Azərbaycan ərazisinin qeyri-qanuni işğalının nəticəsidir. 

O, işğal olunmuş Azərbaycan ərazilərində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərəkətlərin müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırım kimi qiymətləndirən İƏT Xarici İşlər Nazirləri Şurasının əvvəlki sessiyalarında qəbul edilmiş qətnamələrə və İslam sammitinin 12-ci iclasının Qahirə Yekun Kommunikesinə istinad edib. 

Daha sonra baş katib Azərbaycan Respublikasının, ərazilərinin işğalına son qoyulması və ərazi bütövlüyünün bərpası istiqamətində təşəbbüslərinə və səylərinə İƏT-in tam dəstəyini bir daha bildirib.

www.ÇıxışYolu.Com

Ətraflı
Azərbaycanda tələbə köçürülməsinin nəticələrini açıqlanıb

Azərbaycanda tələbə köçürülməsinin nəticələrini açıqlanıb

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də, ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub.

Təhsil Nazirliyinin mətbuat xidmətindən ÇıxışYolu.Com-a bildirilib ki, bu il bakalavr üzrə 1067, magistratura üzrə 15, orta-ixtisas təhsili üzrə isə 186 nəfərin sorğusu təsdiq edilib.

Qeyd olunub ki, yələbələrdən 650 nəfəri yerli, 26 nəfəri xarici universitetlərdən köçürülüb: 

“Transfer.edu.az portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə istifadəyə verilib.

Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir”.

.
www.ÇıxışYolu.Com

Ətraflı
Sinoptiklər 10 dərəcə isti vəd edirlər

Sinoptiklər 10 dərəcə isti vəd edirlər

Fevralın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-şərq  küləyi əsəcək.

Bu barədə ÇıxışYolu.Com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 7-11, Bakıda 3-5, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. 

www.ÇıxışYolu.Com

Ətraflı
Dollar kreditləri ilə bağlı yeni güzəştlər təklif edilir

Dollar kreditləri ilə bağlı yeni güzəştlər təklif edilir

Xarici valyutada olan kreditlərə güzəştlərin verilməsi imkanları yeniddən gündəmə gəlib. Azərbaycanda kapital bazarının mövcud imkanları ABŞ və digər inkişaf etmiş ölkələrdə olduğu kimi, toksit aktivləri və eləcə də, problemli kreditləri səhmləşdirib qiymətli kağızlar bazarına çıxarmağa imkan vermir.

Bu baxımdan da, daha məqbul hesab edilə biləcək yol məhz güzəşt mexanizminin tətbiq edilməsidir.

ÇıxışYolu.Com-a açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, bu istiqamətdə üçtərəfli mexanizmin tətbiqini təklif edirlər:

“Bu, “üç tərəfli güzəşt” mexanizmi adlanır. Söhbət fərqin üç tərəf – hökumət, banklar və müştəri arasında bölüşdürülməsindən gedir. Praktiki olaraq, bu zaman yaranan fərqin üçdə birini dövlət, üçdə birini banklar, üçdə birini isə müştəri özü qarşılayır.

Bunun özəlliyi ondan ibarət idi ki, hər bir tərəf yaranan fərqin az bir hissəsini, yəni, üçdə birini qarşılayır. Əgər müştəri 1.05 məzənnə ilə kredit götürübsə və artıq məzənnə 1.70-dirsə, o zaman yaranan 0.65 qəpiklik fərqin üçdə birini vətəndaş, digər üçdə ikisini isə dövlət və bank ödəyir. Bu, vətəndaş üçün ağırlıq yaratmır, çünki artıq üçdə ikisini başqa tərəf ödəyir.

Bank üçün də ağırlıq yaratmır, çünki bank üçdə birini ödəyir, digər üçdə ikisini isə vətəndaş və dövlət ödəyir. Dövlət üçün ağırlıq yaratmır, çünki dövlət də üçdə birini ödəyir və digər üçdə ikisini müştəri ilə bank ödəyir.

Bu mexanizmin özəlliyi ondan ibarətdir ki, burada tərəflərin heç birinə ciddi maliyyə ağırlığı düşmür. Nəticə etibarilə, bu imkan verir ki, problemli kreditlərin həlli istiqamətində ciddi addım atmaq mümkün olsun. Bu zaman Mərkəzi Bankın heç də böyük olmayan vəsaitlə problemi həll etmək imkanına malik olur”.

Ekspert bildirib ki, ABŞ-da qlobal maliyyə böhranı baş verdikdən sonra banklarda toksid aktivlərin, eləcə də, problemli kreditlərin sağlamlaşdırılması ilə bağlı xüsusi proqram qəbul edildi: 

“Həmin proqram çərçivəsində dövlət banklardakı toksid aktivləri, eləcə də, problemli kreditləri satın aldı, onları səhmləşdirərək bazara çıxardı. Dövlət praktiki olaraq, həmin proqram çərçivəsində 400 milyard dollara yaxın vəsait xərclədi. Oxşar güzəştlərin tətbiq edilməsi mexanizmi Rusiyada da istifadə olunub.

Kredit götürən vətəndaşa ödəniş üçün uzunmüddətli zaman təklif olunub. ABŞ da daxil olmaqla, bir sıra ölkələrdə birbaşa güzəştlər, bəzi ölkələrdə isə dolayı güzəşt mexanizmi tətbiq olunub. O baxımdan, biz də Azərbaycanda “üçtərəfli güzəşt mexanizmi”nin tətbiqini təklif edirik.

Bu, həm dolayı, həm də birbaşa güzəşt üsulunu özündə ehtiva edir və problemli kredit məsələsinin həllinə ciddi dəstək ola bilər”.

L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
1 3. 864 3. 865 3. 866 3. 867