Əli Əhmədov ATƏT-in nümayəndələri ilə görüşdü

Əli Əhmədov ATƏT-in nümayəndələri ilə görüşdü

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov fevralın 22-də partiyanın mənzil-qərargahında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndə heyəti ilə görüşüb.

ÇıxışYolu.Com xəbər verir ki, görüşdə Ə.Əhmədov Yeni Azərbaycan Partiyasının aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq işlərindən bəhs edərək seçkilərin ədalətli və şəffaf keçiriləcəyinə əminliyini ifadə edib.

Nümayəndə heyətinin rəhbəri, ATƏT/DTİHB-nin seçki departamentinin rəhbəri Aleksandr Şlik görüşdən məmnunluğunu bildirərək, qurumun Azərbaycanda seçkilər prosesinə maraq göstərdiyini ifadə edib.

Görüşdə YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və partiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva iştirak ediblər.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com

Ətraflı
Deputat: İraqdakı uşaqların taleyi dövlətin diqqətindədir

Deputat: İraqdakı uşaqların taleyi dövlətin diqqətindədir

Azərbaycan dövləti  hər zaman harada və hansı səbəblə olmasından asılı olmayaraq, bütün vətəndaşlarına sahib çıxır.

Bunu ÇıxışYolu.Com-a açıqlamasında Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu İraqdakı silahlı qruplaşmaların, xüsusilə, İŞİD-in üzvü olmuş azərbaycanlı şəxslərin 7-12 yaşlarında olan 15-ə yaxın övladının İraq yetimxanlarında yaşaması və onların acınacaqlı durumda olması ilə bağlı Rusiya Federasiyasının Federasiya Şurasının üzvü, Çeçenistan başçısının Yaxın Şərq və Şimali Afrika ölkələri üzrə nümayəndəsi Ziyad Sabsabinin açıqlamasına münasibətini bildirərkən deyib.

Millət vəkili bu məsələnin Azərbaycan dövlətinin də diqqət mərkəzində olduğunu söyləyib.

“Əlbəttə, bu məsələ ilə bağlı Azərbaycanın rəsmi mövqeyi var, bu yöndə fikir bildirilib. Eyni zamanda, diplomatik kanallar vasitəsilə bu məsələnin həlli ilə məşğul olunur. Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti də hansı səbəblə harada olmasından asılı olmayaraq, öz vətəndaşlarına sahib çıxır, onların problemlərini həll etməyə çalışır.

Hazırda sözügedən problemin həlli istiqamətində də  müvafiq addımlar atılır”, – deyə millət vəkili sözlərinə əlavə edib.

Xatıqladaq ki, bu məsələni ilk dəfə millət vəkili Qənirə Paşayeva MM-in ötən iclaslarından birində dilə gətirmiş və İraq yetimxanalarında saxlanılan azərbaycanlı uşaqların vətənə geri qaytarılması istiqamətində addımların atılmasının vacibliyini vurğulamışdı.

O, bir müddət öncə İraqda səfərdə olarkən, şəxsən həmin uşaqları gördüyünü və onların durumunun çox acınacaqlı olduğunu söyləmişdi.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com

Ətraflı
Bəxtiyar Vahabzadənin ailəsinə ağır itki

Bəxtiyar Vahabzadənin ailəsinə ağır itki

Mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin ailəsinə ağır itki üz verib.

ÇıxışYolu.Com xəbər verir ki, şairin həyat yoldaşı Dilarə Vahabzadə ötən gecə dünyasını dəyişib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, Bəxtiyar Vahabzadə həyat yoldaşından doqquz il öncə – 2009-cu il fevral ayının 13-də, 83 yaşında dünyasını dəyişib.

Pərviz Hüseyn
www.ÇıxışYolu.Com

Ətraflı
Bakıda I sinfə qəbul başlayıb

Bakıda I sinfə qəbul başlayıb

2018-2019-cu tədris ili üçün Bakı şəhəri üzrə orta məktəblərin I sinfinə qəbul başlayıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, elektron sənəd qəbulu sentyabrın 15-dək davam edəcək.

Vətəndaşlar elektron ərizənin qeydiyyatı ilə əlaqədar sual yarandıqda şəhər və rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərinə, bütün digər hallarla bağlı narazılıq yarandıqda isə şəhər və rayon ərazisində fəaliyyət göstərən Apelyasiya Komissiyasına müraciət edə bilərlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (012) 599-12-22 nömrəli telefonu (daxili: 6076; 6124), eləcə də info@baku.edu.gov.az elektron poçt ünvanı vasitəsilə və Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (tel:146) zəng etməklə, suallarına aydınlıq gətirə bilərlər.

2018-2019-cu tədris ili üzrə Bakı şəhəri üzrə I sinfə 51 000-dən çox uşağın qəbulu gözlənilir.

Qeyd edək ki, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda I sinfə qəbul martın 12-də başlayır.

.
www.ÇıxışYolu.Com

Ətraflı
Komitə sədri: Sahibkarların maliyyə resurslarına çıxışını yaxşılaşdırmalıyıq

Komitə sədri: Sahibkarların maliyyə resurslarına çıxışını yaxşılaşdırmalıyıq

Gələn il əsas kapitala investisiya qoyuluşları 15,9 milyard manat, xarici investisiyaların 7,7 milyard manat, daxili investisiyaların 8,2 milyard manat olacağı proqnozlaşdırılır.

Bunu ÇıxışYolu.Com-a açıqlamasında akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, qeyri-neft sektoruna 9,5 milyard manat investisiya yatırılacağı gözlənilir.

Azərbaycanda növbəti dəfə devalvasiyanın yaşanıb-yaşanmayacağına gəlincə, komitə sədri bunu istisna edib.

“Biz həmişə inflyasiyanın, iqtisadi inkişafın dinamikasını, dövriyyədə olan pul kütləsinin Ümumi Daxili Məhsula (ÜDM) nisbətinin sistemli təhlilini aparmalıyıq”, – deyən komitə sədri bildirib ki, manatın yenidən devalvasiyası həqiqətlərə yaxın deyil.

“Hazırda milli valyutamızın dəyəri stabil olaraq qalıb. Təbii ki, onun dəyərini hər hansı bir sıçrayışla yüksəltmək də mümkün deyil. Lakin hər halda devalvasiya olub, ondan sonra stabilliyin qorunması və təkrar bu problemin yaşanmaması üçün biz idxal-ixrac strukturunu təkmilləşdirməli, tədiyyə balansında müsbət meyilləri nəinki qoruyub saxlamalı, həm də onları gücləndirməliyik.

Sahibkarların maliyyə resurslarına çıxışını yaxşılaşdırmalıyıq, onlara regionlarda qeyri-neft sektorunda gördükləri işlərin canlandırılması üçün dəstək verməliyik”, – deyə Z. Səmədzadə özlərinə əlavə edib.

K. HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com

Ətraflı
Ötən il ölkədə baş verən inflyasiyanın səbəbləri bəlli oldu

Ötən il ölkədə baş verən inflyasiyanın səbəbləri bəlli oldu

2017-ci ildə orta aylıq inflyasiya 0.6% təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə (0.6% bəndi) aşağıdır. 

ÇıxışYolu.Com Mərkəzi Banka istinadən xəbər verir ki, dövr ərzində ən yüksək inflyasiya yanvar ayında müşahibə olunub – 2.3%. 

İyun ayında nəinki inflyasiya olmayıb, 1%-lik deflyasiya qeydə alınıb. İstehlak səbətində qiyməti artan və azalan məhsul və xidmətlərin sayındakı fərqin dəyişim dinamikasını göstərən diffuziya indeksi də ilin əvvəli ilə müqayisədə ilin sonunda azalıb. 

Ümumilikdə, ilin sonuna 520 adda mal və xidmətdən 116-nın qiyməti azalıb, 115-nin qiyməti isə dəyişməz qalıb. Aparılan təhlillər göstərir ki, 2017-ci ildə inflyasiya başlıca olaraq qeyri-monetar amillərdən irəli gəlib. 

İl ərzində inflyasiyanın xarici faktorlarında yüksək volatillik müşahidə olunub, inzibati qiymətlər dəyişimi və inflyasiya gözləntiləri inflyasiyaya təsir göstərib. Valyuta bazarının sabitləşməsi, hətta manatın məzənnəsinin müəyyən qədər möhkəmlənməsi şəraitində ticarət tərəfdaşı olan ölkələrdə gedən inflyasiya prosesləri, habelə ayrı-ayrı əmtəə qrupları üzrə tələb-təklif nisbətinin dəyişimi inflyasyanın mühüm amilləri olub. 

Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2017-ci ildə 12.1% təşkil edib. 

L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
Qara qızılın qiyməti ucuzlaşıb

Qara qızılın qiyməti ucuzlaşıb

Fevralın 22-də dünya bazarlarında neftin qiyməti ucuzlaşıb.

ÇıxışYolu.Com bu barədə hərracların son nəticələrinə istinadən məlumat verir.

ICE London qitələrarası birjasında keçirilən hərraclar zamanı Brent markalı neftin bir barelinin dəyəri 0,53 dollar və ya 0,81% ucuzlaşaraq 64,89 dollara satılıb.

WTI neftinin qiyməti isə bir barelə görə 0,66 dollar və ya 1,07% ucuzlaşaq 61,02 dollar təşkil edib.

www.ÇıxışYolu.Com

Ətraflı
Azərbaycanda yeni virus təhlükəsi

Azərbaycanda yeni virus təhlükəsi

Rusiyada yayılan qrip epidemiyasının Azərbaycana keçməsinin qarşısını almaq üçün bütün zəruri tədbirlər görülür.

ÇıxışYolu.Com xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin mütəxəssisi Səfayə Əhmədova deyib.

S.Əhmədovanın sözlərinə görə, xəstə insanların ölkəmizə keçməsinin qarşısını almaq üçün sərhəd-keçid məntəqələrində yoxlama tədbirləri həyata keçirilir, müvafiq təşkilatlara şübhəli xəstələrin dərhal təcrid olunması barədə məlumat verilib, tibb müəssisələrində əks-epidemik və dezinfeksiya tədbirləri üzərində nəzarət gücləndirilib.

S.Əhmədova qeyd edib ki, ümumilikdə hazırda Azərbaycanda epidemioloji vəziyyət sabitdir. Ölkədə kəskin respirator virus infeksiylarına yoluxma qeydə alınsa da, bu halların sayı ötən illə müqayisədə təqribən 10 faiz azalıb.

İndiyədək Taun Əleyhinə Stansiyada aparılan müayinələr zamanı da qrip virusları aşkarlanmayıb:

“Hələlik ölkəmizdə Rusiyadan və digər ölkələrdən gətirilmə qrip aşkarlanmayıb. Ancaq yaxşı olar ki, insanlar mövsüm ərzində xəstəliklərin yayıldığı ərazilərə səfər edərkən ehtiyatlı davransınlar. Özlərində şübhəli əlamətlər gördükdə vaxtında müvafiq tibb müəssisələrinə müraciət etsinlər”.

Qeyd edək ki, Rusiyanın Kuzbas bölgəsində 26 orta məktəb, Ural bölgəsinin Ozersk şəhərində isə bütün məktəblər bağlanılıb. Uşaq bağçalarında isə valideynlərə öz uşaqlarını mümkün qədər bağçaya gətirməməsi tapşırılıb.

Səhiyyə Nazirliyində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş toplantıda çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev də bildirmişdi ki, kütləvi peyvəndləmə, həyata keçirilən tədbirlər hesabına qonşu ölkələrdə qeydə alınan yoluxucu xəstəliklər, epidemiyalar Azərbaycandan yan keçir.

www.ÇıxışYolu.Com

Ətraflı
1 3. 866 3. 867 3. 868