Əyyub Kərimovun vəfatı ilə əlaqədar nekroloq imzalanıb

Əyyub Kərimovun vəfatı ilə əlaqədar nekroloq imzalanıb

Tanınmış jurnalist və hüquqşünas Əyyub Kərimovun vəfatı ilə əlaqədar nekroloq imzalanıb.

Mətbuat Şurasından ÇıxışYolu.Com-a daxil olan nekroloqda deyilir:

“Azərbaycan mətbuatına ağır itki üz verib. Tanınmış jurnalist və hüquqşünas Əyyub Kərimov (Kərimov Əyyub Zakir oğlu) faciəli şəkildə dünyasını dəyişib. Onun vaxtsız vəfatı hər birimiz üçün dərin üzüntü və sarsıntıdır.

Ə.Kərimov Azərbaycan Mətbuat Şurasının qurucularından olub. Şuranın formalaşmasına, qurumun fəaliyyət sənədlərinin hazırlanmasına böyük əmək sərf edib. Mərhum qurumun İdarə Heyətində təmsil olunub, həmçinin hüquq komissiyasının rəhbəri kimi təşkilati işlərdə özünün fəallığı ilə seçilib.

Ə.Kərimov peşəkar hüquqşünas idi. O, hüququ və jurnalistikanı daim vəhdətdə saxlamağı, hər iki peşənin xüsusiyyətlərindəki ictimai motivləri cəmiyyət mənafeləri baxımından prioritet vəzifələrə çevirməyi bacarırdı. İdeya və baxışlarını 1992-ci ildə yaratdığı “Femida” qəzetində gerçəkləşdirməklə bu vəzifənin icrasında təkrarsız və bənzərsiz nümunə ortaya qoyurdu.

Əməksevərliyi, prinsipiallığı, hadisə və proseslərə məxsusi baxışı ilə həmkarlarının hörmətini qazanmış Ə.Kərimovun yoxluğu ilə barışmaq son dərəcə çətindir. Allahdan mərhum həmkarımızın doğmalarına, əzizlərinə, dostlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin. Məkanı cənnət olsun!”

.
www.ÇıxışYolu.Com

Ətraflı
Yanğında ölənlərdən biri həkim olub

Yanğında ölənlərdən biri həkim olub

Martın 2-də Narkoloji Dispanserdə baş verən yanğın zamanı ölənlərin əksəriyyətinin kimliyi artıq müəyyənləşib.

ÇıxışYolu.Com-ın məlumatına görə, həmin şəxslərdən biri dispanserdə müalicə alan və əvvəl stomatoloq işləmiş Azər Sadəddinovdur.

Bu haqda Teymur Səmədov adlı sosial şəbəkə istifadəçisi paylaşım edərək məlumat verib:

“Yanğında həlak olanlardan biri də Azər Sadəddinovdur. O, həmin dispanserdə diş həkimi işləyib. Yaxşı insan idi. Ölümünə inana bilmirəm”.

Qeyd edək ki, Azər Sadəddinov tanınmış hüquq müdafiəçisi Murad Sadəddinovun qardaşıdır.

Elvin Paşazadə
www.Azpress.news

Ətraflı
Hava kəskin dəyişəcək: Yağış və qar yağacaq

Hava kəskin dəyişəcək: Yağış və qar yağacaq

Martın 5-də Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. 

Bu barədə ÇıxışYolu.Com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bəzi rayonlarda martın 5-i axşamdan martın 7-si səhərədək arabir yağış, dağlıq rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.  

www.ÇıxışYolu.Com

Ətraflı
Lukaşenko İlham Əliyevə başsağlığı verib

Lukaşenko İlham Əliyevə başsağlığı verib

Belarus prezidenti Aleksandr Lukaşenko Respublika Narkoloji Dispanserində baş vermiş yanğının faciəvi fəsadları ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

Belarus Bakının Respublika Narkoloji Dispanserində baş vermiş və insan ölümü ilə nəticələnmiş yanğınla bağlı xəbəri dərin hüzn hissi ilə qəbul edib, deyə məlumatda qeyd olunur.

Belarus dövlətinin lideri yanğın zamanı xəsarət alanlara şəfa diləyərək, ən yaxın zamanda sağalmalarını təmənni etdiyini bildirib.

www.ÇıxışYolu.Com

Ətraflı
Dispanserdə baş vermiş yanğınla əlaqədar “Qaynar xətt” yaradıldı

Dispanserdə baş vermiş yanğınla əlaqədar “Qaynar xətt” yaradıldı

Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar “Qaynar xətt” yaradılıb.

Bu barədə ÇıxışYolu.Com-a Baş Prokurorluqdan məlumat daxil olub

 Martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində baş vermiş və ağır nəticələrə səbəb olmuş yanğın faktına görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin olunub.

Hazırda iş üzrə Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hadisə nəticəsində zərər çəkmiş şəxslərin qohumlarından, hadisənin şahidi olan şəxslərdən, habelə digər vətəndaşlardan onları maraqlandıran məsələlərlə bağlı yaradılmış Baş Prokurorluğun 441-59-77, Daxili İşlər Nazirliyinin 590-93-31, Fövqəladə Hallar Nazirliyinin 512-33-00 və Səhiyyə Nazirliyinin 91-03 nömrəli “Qaynar xətt” telefonları ilə əlaqə saxlamaları xahiş olunur. 

www.ÇıxışYolu.Com

Ətraflı
1 3. 747 3. 748 3. 749 3. 750 3. 751 3. 765