Vyaçeslav Volodin yanğınla bağlı Oqtay Əsədova başsağlığı verdi

Vyaçeslav Volodin yanğınla bağlı Oqtay Əsədova başsağlığı verdi

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Bakı Narkoloji Dispanserində baş verən yanğınla əlaqədar Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədova başsağlığı verib.

ÇıxışYolu.Com Dumanın rəsmi saytına istinadən xəbər verir ki, spiker Rusiya Dövlət Dumasının deputatları və öz adından Narkoloji Mərkəzdə yanğın nəticəsində həyatını itirənlərlə bağlı dərin hüznünü çatdırıb:

“Ölənlərin yaxınlarına başsağlığımızı çatdırmağınızı xahiş edir, yaralıların tez bir zamanda sağalmasını arzulayırıq”.

www.ÇıxışYolu.Com

Ətraflı
Prezident bitkiçiliyin inkişafı ilə bağlı sərəncam verdi

Prezident bitkiçiliyin inkişafı ilə bağlı sərəncam verdi

Prezident İlham Əliyev “Bitkiçilikdə intensiv inkişafın təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

ÇıxışYolu.Com xəbər verir ki, sərəncamda deyilir: 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını stimullaşdırmaq və bitkiçiliyin intensiv inkişafını təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin və ölkədə sənaye üsulu ilə istehsal olunan biohumusun satış qiymətinə genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinin və çoxillik əkmələrin hər hektarına görə tətbiq edilən güzəştin ümumi məbləğinin yuxarı həddinin 50 faiz, pestisidlərin satış qiymətinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddinin isə 5 dəfə artırılmasını təmin etsin;

2. bu Sərəncamın 1-ci hissəsi ilə bağlı tədbirlərin 2018-ci ildə maliyyələşdirilməsinin “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.10.1.6-cı yarımbəndində “Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər” üzrə nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməsini, növbəti illərdə tələb olunacaq vəsaitin isə hər il dövlət büdcəsində müvafiq qaydada nəzərə alınmasını təmin etsin;

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

www.ÇıxışYolu.Com

Ətraflı
Azərbaycan Gürcüstanın qida istehsalı təcrübəsini öyrənir

Azərbaycan Gürcüstanın qida istehsalı təcrübəsini öyrənir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti 26 fevral-1 mart tarixləri arasında Gürcüstanda səfərdə olub. 

ÇıxışYolu.Com xəbər verir ki, Gürcüstanın Milli Qida Agentliyinin fəaliyyəti ilə yaxından tanış olan Agentlik əməkdaşları səfər çərçivəsində Tbilisidə yerləşən mərkəzi ofis və Şida-Kartli regionunda olub.

AQTA-nın nümayəndə heyəti burada ət kəsimi yerləri, qida məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin fəaliyyəti, ticarət və ictimai iaşə obyektlərinin sanitar-gigiyenik şəraiti haqqında ətraflı müzakirələr aparıb. 

Nümayəndə heyəti dörd günlük səfər çərçivəsində Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihələr, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin laboratoriyası və Milli Şərab Agentliyi ilə də  tanış olub.

Səfər çərçivəsində baytarlıq və fitosanitar sahədə həyata keçirilən dövlət nəzarəti ilə də tanış olan Agentliyin əməkdaşları, Gürcüstanda bu sahədə aparılan islahatlar barədə məlumat alıb.

Qeyd edək ki, Gürcüstan Milli Qida Agentliyi 2006-cı ildə yaradılıb, 2011-ci ildə isə fəaliyyətə başlayıb.

L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
“Total”: “Abşeron” yatağında hasilata 2020-ci ildə başlanacaq

“Total”: “Abşeron” yatağında hasilata 2020-ci ildə başlanacaq

SOCAR-la yüksək səviyyədə əməkdaşlığın nümunəsi “Abşeron” qaz-kondensat yatağının operatorluğunu “Abşeron Neft” Birgə İstismar Şirkətinin (JOCAP) həyata keçirməsidir.

ÇıxışYolu.Com xəbər verir ki, bunu “Total” şirkətlər qrupunun Cənubi Avropa və Xəzər regionu üzrə vitse-prezidenti Bernard Klementin energetika naziri Pərviz Şahbazovla görüşündə bildirib.

O deyib ki, yataqda ilk quyu VI nəsil Yarımdalma Qazma Qurğusu ilə qazılacaq və bu proses gələn ilin mart ayına kimi yekunlaşacaq:

“Abşeron” yatağı üçün platformanın inşası, ixrac boru kəmərinin layihələndirilməsi və quraşdırılması işlərinə isə bu ilin ortasında start veriləcək”.

“Abşeron” yatağında hasilatın 2020-ci ilə planlaşdırıldığını deyən Bernard Klement ilkin mərhələdə illik təxminən 1,5 mlrd. kubmetr, 2022-2023-cü illərdə 5 mlrd. kubmetr qaz hasilatının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
Nazarbayev İlham Əliyevə başsağlığı verdi

Nazarbayev İlham Əliyevə başsağlığı verdi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevə Bakıdakı Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı başsağlığı verib.

ÇıxışYolu.Com  xəbər verir ki, məlumatı Qazaxıstan prezidentin mətbuat xidməti yayıb.

“Qardaş Azərbaycan xalqının acısını bölüşürəm. Həm öz, həm də Qazaxıstan xalqı adından Sizə və ölənlərin ailələrinə başsağlığı verirəm, xəsarət alanlara Allahdan şəfa diləyirəm”, – deyə N.Nazarbayevin başsağlığında bildirilib.

www.ÇıxışYolu.Com

Ətraflı
“VIP Style” Estetik Klinikasından özəl təklif

“VIP Style” Estetik Klinikasından özəl təklif

“VIP Style” Estetik Klinikası müştəriləri üçün bayram münasibəti ilə “8 Martın 8 möcüzəsi” adlı yeni kampaniyaya start verib.

ÇıxışYolu.Com xəbər verir ki, martın 8-nə kimi qeydiyyatdan keçən hər bir kəs klinikanın 8 xidmətindən ödənişsiz şəkildə istifadə edə biləcək.

Bəli, bəli tam ÖDƏNİŞSİZ! Beləliklə, 8 xidməti sizə təqdim edirik:

– Həkim-kosmetoloq qəbulu

– Dəri tipinə uyğun prosedur

– Diyetoloq Fuad Məcidovun qəbulu 

– Trixoloqun qəbulu 

– Əlləriniz üçün parafin vannası 

– RF Lifting 

– Üz lazer epilyasiyası

– Tay Masaja 50% endirim.

Yalnız bir həftə davam edəcək kampaniyadan faydalanmağa tələsin.

Daha sağlam və hamar dəri üçün üz tutacağınız bir nömrəli məkan “VIP Style” Estetik klinikasıdır.

Sizi sevirik və yolunuzu gözləyirik.

Tel.: (+994) 12 555-55-34
Mob.: (+994) 55 665-55-34
Ünvan: Koroğlu Rəhimov küçəsi 47.

www.ÇıxışYolu.Com

Ətraflı
Narkoloji Mərkəz dəhşətli yanğınla bağlı açıqlama verdi – EKSKLÜZİV

Narkoloji Mərkəz dəhşətli yanğınla bağlı açıqlama verdi – EKSKLÜZİV

Bu vəziyyətin yaranmasını istəməzdik. Hər kəs kimi, bu durum bizi də məyus edir. 

Bu sözləri ÇıxışYolu.Com-a açıqlamasında Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin təşkilati metodiki işlər üzrə direktor müavini Aytən Səmədova bu günkü yanğın haqqında danışarkən deyib.

O bildirib ki, hadisə baş verən zaman dispanserdə 200 nəfərə yaxın xəstə və 14 nəfər işçi olub:

“Burada xəstələr adekvat olmadıqları, psixi və davranış qaydaları pozğunluğu olması səbəbindən qapalı şəraitdə, xüsusi nəzarət altında saxlanılır. Çünki onların adi xəstələr kimi saxlanılması mümkün deyil.

Ola bilər ki, ölən və xəsarət alanların sayının artma səbəbi kimi saxlanma şəraiti göstərilsin. Bu, düzgün deyil.  Hadisə baş verən an özüm orada deyildim, sonradan gəldim. İşçilərimiz mənə dedi ki, tüstüdən göz-gözü görmürdü. Hazırda otaqlarımız tüstüyə bürünüb.

Yanğın baş verən zaman xəstəxanada 200 nəfərə yaxın xəstə və 14 nəfər işçi olub. İşçilərimiz xilasetmə işlərində şəxsən iştirak ediblər. Təbii ki, bu cür hallar bizi üzür. Niyə belə olduğunu isə bilmirik. Hər zaman belə halların qarşısının alınması ilə bağlı müəyyən tədbirlər görürdük. Dispanser adından ölənlərin yaxınlarına başsağlığı verir, xilas olanlara şəfa diləyirik”.

Qeyd edək ki, martın 2-də səhər saatlarında Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib. Operativ şəkildə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan üçü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə, biri isə Sabunçu rayonu 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.

Elvin Paşazadə
www.ÇıxışYolu.Com

Ətraflı
Narkoloji dispanser yanğından sonra – VİDEO

Narkoloji dispanser yanğından sonra – VİDEO

Respublika Narkoloji Mərkəzində baş verən dəhşətli yanğından sonra dispanserin hazırkı vəziyyətini əks etdirən görüntülər yayımlanıb.

ÇıxışYolu.Com AzTV-yə istinadən həmin videonu təqdim edir:

Qeyd edək ki, prezidenti İlham Əliyev dərhal hadisənin baş verdiyi Respublika Narkoloji Mərkəzinə gedərək vəziyyətlə tanış olub. 

.
www.ÇıxışYolu.Com

Ətraflı
Baş redaktor dəm qazından boğuldu

Baş redaktor dəm qazından boğuldu

“Femida” qəzetinin baş redaktoru dəm qazından boğularaq ölüb.

ÇıxışYolu.Com Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün paytaxtın Nəriman Nərimanov rayonunda baş verib.

Jurnalist, “Femida” qəzetinin baş redaktoru Kərimov Eyyub Zakir oğlunun meyiti yaşadığı evdən tapılıb.

E.Kərimovun dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.

Hazırda meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

www.ÇıxışYolu.Com

Ətraflı
1 3. 748 3. 749 3. 750 3. 751 3. 752 3. 765