Narkoloji Mərkəzdə baş verən yanğının səbəbi açıqlanıb – RƏSMİ

Narkoloji Mərkəzdə baş verən yanğının səbəbi açıqlanıb – RƏSMİ

Baş Prokurorluq, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, məlumatda deyilir: 

“2018-ci il mart ayının 2-si, saat 06:10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı bir mərtəbəli korpusunda yanğın baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib. Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.

Operativ şəkildə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 34-ü xilas edilib, onlardan üçü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Saat 09:13-də yanğın söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 24 nəfərin meyiti aşkar edilib.

Azərbaycan Respublikası prezidentinin göstərişinə əsasən, fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilən tədbirlər ölkə prezidentinin nəzarətindədir.

İlkin araşdırmaların nəticələrinə görə, yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib”.

www.ÇıxışYolu.Com

Ətraflı
Narkoloji Dispanserdə yanğın: Onlarla ölən var – YENİLƏNİB + FOTO

Narkoloji Dispanserdə yanğın: Onlarla ölən var – YENİLƏNİB + FOTO

Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı 20-dən çoxdur.

Bu barədə ÇıxışYolu.Com-a Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən məlumat verilib.

İlkin məlumata görə, hadisə zamanı 24 nəfər ölüb.

Xəsarət alanlardan üç nəfər şəxs 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində, bir nəfər şəxs isə Sabunçu rayonu 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

09:13

Bakı şəhərinin Xətai rayonunda, Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, hadisə səhər saat 06:00 radələrində baş verib.

Yanğın xəstəxananın daimi yataq xəstələrinin müalicə aldığı 2-ci şöbəsində qeydə alınıb.

Yanğın zamanı ölən və xəsarət alanların olduğu bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyindən bildiriblər ki, yanğın zamanı 30-dan artıq pasiyent təxliyyə olunub.

Foto: Report

ww.Azpress.news

Ətraflı
İcra hakimiyyəti binasında ölüm

İcra hakimiyyəti binasında ölüm

Mingəçevir Şəhər İcra Hakimiyyətində ölüm hadisəsi baş verib.

ÇıxışYolu.Com-ın “Report”-a istinadən verdiyi xəbərə görə, idarənin kargüzarlıq işləri ilə məşğul olan 1956-ci il təvəllüdlü İntizar Məmmədovanın ürək tutmasından qəfil halı pisləşib.

Ətrafdakıların səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İntizar Məmmədova uzun illərdir ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti Aparatında ümumi şöbə nəzdində, eyni zamanda icra hakiminin müavinləri yanında qəbul bölməsində fəaliyyət göstərirdi

www.ÇıxışYolu.Com

Ətraflı
Bugünkü valyuta hərracının nəticəsi

Bugünkü valyuta hərracının nəticəsi

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

AMB-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7001 səviyyəsində formalaşıb.

Qeyd edək ki, AMB bu gün üçün USD/AZN rəsmi məzənnəsini 1,7001 səviyyəsində müəyyən edib.

www.ÇıxışYolu.Com

Ətraflı
Yanvarda paytaxtda 700 milyon manatlıq içki və ərzaq satılıb

Yanvarda paytaxtda 700 milyon manatlıq içki və ərzaq satılıb

2018-ci ilin yanvar ayında ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar ayı ilə müqayisədə 3,0 faiz artaraq 1490,3 milyon manat olub. 

ÇıxışYolu.Com xəbər verir ki, Bakının ticarət şəbəkələrində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz artaraq 694,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,8 faiz artaraq 795,4 milyon manata bərabər olub. 

İstehlak məhsullarının 21,5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 65,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,3 faizi isə paytaxtın məhsul bazarlarında satılıb. 

Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 3,2 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 0,5 faiz az istehlak məhsulları satılıb. 

L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
Bakıda əhalinin sıxlığı artıb

Bakıda əhalinin sıxlığı artıb

2018-ci il yanvar ayının 1-ə qədər olan vəziyyətə görə Bakı şəhərinin əhalisinin sayı 2 milyon 262 min 560 nəfərə çatıb.

ÇıxışYolu.Com Bakı Statistika İdarəsinə istinadən xəbər verir ki, 2017-ci il ərzində Bakı şəhərinin əhalisinin sayı 16 770 nəfər və ya 0,7 faiz artıb.

Qeyd edək ki, paytaxt əhalisinin 49,7 faizini kişilər, 50,3 faizini qadınlar təşkil edir.

Bakıda bir kvadrat kilometrə düşən əhalinin sayı 1057 nəfər olub.

L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
Neft dəyər itirir

Neft dəyər itirir

Dünya birjalarında neft qiyməti fərqli istiqamətlərdə dəyişib.

ÇıxışYolu.Com xəbər verir ki, səhər saatlarına WTI neftinin qiyməti 1 barelə görə 0,08 dollar və ya 0,13% artaraq 61,72 dollar təşkil olub.

Brent markalı neftin 1 barelinin dəyəri isə 0,04 dollar və ya 0,06% azalaraq 64,69 dollar təşkil edib.

L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
Quterreş: ATƏT-in Qarabağla bağlı səylərini dəstəkləyirik

Quterreş: ATƏT-in Qarabağla bağlı səylərini dəstəkləyirik

BMT  ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli səylərini dəstəkləyir.

ÇıxışYolu.Com  Ermənistan KİV-ə istinadən xəbər verir ki,  bu sözləri  BMT baş katibi Antoniu Quterreş Ermənistanın BMT-dəki daimi nümayəndəsi Zoqrab Mnaçakyanla ilə keçirdiyi görüşdə səsləndirib.

Antoniu Quterreş BMT-nin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu nizamlanmasına dəstəyinin dəyişilməz olaraq qaldığını təsdiqləyib.

www.ÇıxışYolu.Com

Ətraflı
Azərbaycanda imtahan qiymətləri dəyişdiriləcək

Azərbaycanda imtahan qiymətləri dəyişdiriləcək

İmtahanlara sərf olunan maliyyə vəsaiti və digər məsələlər tərəfimizdən əsaslandırılaraq təkliflər hazırlanacaq”.

ÇıxışYolu.Com xəbər verir ki, bunu “APA”-ya açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, yeni təkliflər gələn il Tarif Şurasına təqdim ediləcək.

M. Abbaszadə 2019-cu ildə buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modelinin tətbiq olunacağını da xatırladıb: “Bununla əlaqədar regionlarda seminarlar keçiririk. Bu seminarlarda əsas məqsəd yeni növ qiymətləndirmə üsullarının tətbiqi ilə əlaqədar müəllimlərin hazırlıq səviyyəsini artırmaqdır”.

Qeyd edək ki, Tarif Şurası 2017-ci ilin martında DİM-in müraciəti və təkliflərini nəzərə almaqla, tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tariflərini 9 qrup üzrə təsnifatlaşdırılmaqla, imtahanın növündən asılı olaraq 10-100 manat arasında müəyyənləşdirib.

www.ÇıxışYolu.Com

Ətraflı
1 3. 750 3. 751 3. 752 3. 753 3. 754 3. 765