Vahid Ələkbərovun oğlunun “B”planı

Vahid Ələkbərovun oğlunun “B”planı

“Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov enerji içilərinin istehsalı ilə məşğul olur.  

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RBK” məlumat yayıb.

Ələkbərova məxsus “Ekto” şirkəti 2017-ci ildən etibarən “Plan B” ticarət nişanı altında enerji içkisi satır. Həmin içkini “Lukoyl” yanacaq doldurma məntəqələrində də əldə etmək olur

“Plan B” ticarət nişanının patentini “Ekto” MMC 2017-ci ilin dekabr ayında əldə edib. Şirkət 2016-cı ildə Moskvada qeydiyyatdan keçib, onun yeganə təsisçisi Yusif Ələkbərovdur.

Enerji içkisi Moskvanın kənarında yerləşən “Meqapak” zavodunda istehsal olunur. RBK məlumatına görə, “Ekto”  2 növ içkinin – qəhvə dadlı və “tropik” meyvə dadlı – içkilərin istehsalı üçün yarım il əvvəl sifariş verib. Bu müddət ərzində 200 min bankaya yaxın qeyd olunan enerji içkisi buraxılıb. İstehsal həcminin artacağı gözlənilir.

RBK redaksiyası məsələ ilə bağlı Ələkbərovun oğlundan məlumat almaq istəsə də, sonuncu şərh verməyib. “Lukoyl” şirkətinin mətbuat xidməti də KİV sorğusunu cavabsız qoyub.

www.ÇıxışYolu.Com

Ətraflı
“Etik bələdçi” adlı sosial layihəyə start verildi – FOTO

“Etik bələdçi” adlı sosial layihəyə start verildi – FOTO

“ASAN xidmət”, Bank of Baku və “ASAN Radio” “Etik bələdçi” adlı yeni sosial layihəyə start verir.

ÇıxışYolu.Com-ın məlumatına görə, layihənin əsas məqsədi cəmiyyətdə etiket və nəzakət qaydalarının düzgün təbliğatını həyata keçirtməkdir.

Artıq layihə çərçivəsində salamlama, müraciət formaları, telefon etiketi, işgüzar görüş etiketi və sairə kimi mövzulara aid audio, video çarxlar hazırlanıb.

İlk çarxlarda aparıcılar Emin Musavi və Könül Arifqızıdır. Mövzuların təqdimatı zamanı müxtəlif aktyorların iştirakı da nəzərdə tutulub.

www.ÇıxışYolu.Com

Ətraflı
Şabranda xalça emalatxanası tikiləcək

Şabranda xalça emalatxanası tikiləcək

Azərbaycan prezidenti İlham Əliyev Şabran rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, Şabran rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2 milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

www.ÇıxışYolu.Com

Ətraflı
Elmi müəssisə əməkdaşlarının maaşları qaldırıldı

Elmi müəssisə əməkdaşlarının maaşları qaldırıldı

Azərbaycan prezidenti İlham Əliyev dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

www.ÇıxışYolu.Com

Ətraflı
İlham Əliyev müəllimlərin maaşını artırdı – SƏRƏNCAM

İlham Əliyev müəllimlərin maaşını artırdı – SƏRƏNCAM

Azərbaycan prezidenti İlham Əliyev təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, sənədə əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

www.ÇıxışYolu.Com

Ətraflı
“Expressbank” sərfəli kampaniyalar təklif edir

“Expressbank” sərfəli kampaniyalar təklif edir

Daim maraqlı və sərfəli kampaniyaları ilə seçilən “Expressbank” bu dəfə 8 Mart və Novruz bayramı münasibətilə inanılmaz bayram fürsəti – nağd pul kreditinə 8 faiz endirim – illik cəmi 20% ilə kredit təklif edəcək.

ÇıxışYolu.Com xəbər verir ki, 1-31 mart tarixlərində keçiriləcək kampaniya çərçivəsində Siz bankın istənilən filialına yaxınlaşmaqla və ya bankın rəsmi saytından onlayn qaydada sifariş etməklə 15.000-dək asan nağd pul kreditindən faydalana bilərsiniz. 

Kredit üzrə 36 ayadək ödəniş müddətinin verilməsi Sizə aylıq kredit ödənişinin məbləğini minimuma endirməyə imkan verir.  Aksiya çərçivəsində 12 ay müddətinədək ayrılan kreditin illik faiz dərəcəsi 20%, 12 aydan 24 ayadək müddətinə rəsmiləşdirilən kreditin illik faiz dərəcəsi 22%, 24 aydan artıq müddətə isə 24% təşkil edəcək. 

Tələsin, illik 20%-lə təklif olunan kreditlər üzrə effektiv faiz dərəcəsi cəmi 11,3% edir! Bu fürsəti qaçırmayın!

“Expressbank”ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, altısı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 70-dən artıq bankomat, 3500 POS-terminal və 700-ə yaxın ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə (www.facebook.com/Expressbank) daxil ola bilərsiniz.

www.ÇıxışYolu.Com

Ətraflı
Azərbaycanlı tələbələr Karampetyanı rüsvay etdi – FOTO + VİDEO

Azərbaycanlı tələbələr Karampetyanı rüsvay etdi – FOTO + VİDEO

Ötən gün fevralın 27-də “Ədalət və Demokratiya naminə Avropa Erməni Federasiyası”nın Brüsseldə, Avropa Parlamentində keçirdiyi tədbir zamanı zala daxil olan azərbaycanlı tələbələr bu təşkilatın rəhbəri Kaspar Karampetyanı rüsvay ediblər. 

ÇıxışYolu.Com Virtualaz-a istinadən xəbər verir ki, tədbir zamanı zala azərbaycanlı fəallardan ibarət iki qrup daxil olub.

Birinci qrup iclas zamanı moderatorlara Xocalı soyqırımı barədə kəskin suallar verib, çıxışçılar bu suallara cavab tapa bilməyiblər.

Daha sonra əllərində “Justice for Khojaly” plakatları tutmuş ikinci qrup zala daxil olub. Bu zaman ermənilər azərbaycanlı gənclərin əllərindəki plakatları almaq üçün onlara hücum ediblər. Lakin buna müvəffəq olmayıb, azərbaycanlı gənclər “Xocalı” şüarları səsləndirərək zalı tərk etməyiblər. Nəticədə ermənilər tədbirin “Facebook” üzərindən canlı yayımını dayandırmalı olublar.

Tədbirin moderatorlarından biri, “Daşnaksütun” lideri Kiro Manoyan baş verənlərdən çox pərt olub və özünü itirib. EAFJD rəhbəri Kaspar Karampetyan isə Avropa Parlamentinin mühafizə xidmətinə müraciət edərək azərbaycanlıları zaldan kənarlaşdırmağa çağırıb.

Tədbirin ortalarında ermənilərin köhnə dostları Yelena Teoxrus, Tatyana Zdanoka, Frank Engel (özünün erməni arvadı ilə birlikdə) də gəliblər. Bundan sonra ermənilər azərbaycanlıların yenidən gələ biləcəyindən ethiyat edərək zalın bütün girişlərinə mühafizə yerləşdiriblər.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğu EAFJD rəhbəri Kaspar Karampetyan barədə ölkənin ərazi bütövlüyünə və suverenliyinə qarşı açıq çağırışlara, dövlət sərhədini qanunsuz keçməyə görə cinayət işi qaldırıb. Karampetyan barəsində beynəlxalq axtarış elan edilib.

Rəna Hüseyn
www.ÇıxışYolu.Com

Ətraflı
ETSN reydlər keçirib, qanun pozuntuları aşkarlanıb

ETSN reydlər keçirib, qanun pozuntuları aşkarlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, gizli və oğurluq yollarla daşınması hallarının qarşısını almaq məqsədilə mütəmadi reydlər keçirilir.

Bu barədə ÇıxışYolu.Com-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Keçirilən reydlər zamanı avtomobillərin yük yerində gizlətmək məqsədilə üzəri qumla, çınqılla, peyinlə, samanla örtülən qanunsuz yolla əldə edilmiş meşə materialları aşkar edilir. 

Qeyd edək ki, düşünülmüş gizli yollarla, oğurluq və hiyləgərliklə təşkil olunan bu cür halların qarşısını almaq məqsədilə nazirlik tərəfindən respublika ərazisinin müəyyən istiqamətlərində  postlar qurulub.

27 fevral 2018-ci il tarixində Astara rayonunun Ağkörpü kəndinin ərazisində qurulan postda növbəti belə bir düşünülmüş əməlin qarşısı alınıb.

Belə ki, gecə saat 23:30 radələrində Hirkan Milli Parkının əməkdaşları tərəfindən Astara rayonu Şüvi kənd sakini Şamil Mahmudova məxsus “UAZ” markalı, 07-BC-157 dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb. 

Avtomobilin yük yerinə keçirilən baxış zamanı gizlətmək məqsədilə üzəri peyinlə örtülən, qanunsuz yolla əldə edilmiş fıstıq cinsindən olan 2,5 m3 həcmində 372,67 manat nırx dəyərində meşə materialı aşkar edilib.

Faktla bağlı məsələnin araşdırılması və hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Astara rayon Prokurorluğuna göndərilib.

www.ÇıxışYolu.Com

Ətraflı
Azərbaycanda seçicilərin dəqiq sayı məlum oldu

Azərbaycanda seçicilərin dəqiq sayı məlum oldu

Azərbaycanda vahid seçici siyahısı dəqiqləşdirilərək yenidən tərtib edilib.

ÇıxışYolu.Com xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, komissiya üzvləri və KİV nümayəndələri ölkə üzrə vahid seçici siyahısının yenidən tərtib olunmuş variantı ilə tanış olublar. 

Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov bildirib ki, Azərbaycanda səsvermə hüququ olan 5 milyon 192 min 42 şəxs var.

Onun sözlərinə görə, MSK 2018-ci il üzrə daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq edilməsi və ictimailəşdirilməsi cari il martın 3-nə qədər başa çatdırılması qərara alınıb.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

www.ÇıxışYolu.Com

Ətraflı
Qızıl Aypara Cəmiyyətinin XXV qurultayı keçirilir – FOTO

Qızıl Aypara Cəmiyyətinin XXV qurultayı keçirilir – FOTO

Bu gün Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXV baş məclisi qurultayı öz işinə başlayıb.

ÇıxışYolu.Com-ın verdiyi xəbərə görə, qurultayda 286 nümayəndə, millət vəkilləri, Azərbaycan Respublikası Baş Nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev və digər şəxslər iştirak edirlər.

Qurultayda çıxış edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, millət vəkili Novruz Aslanov bildirib ki, cəmiyyətin hazırda 370 000 üzvü, 25 000 könüllüsü var. O, qeyd edib ki, AzQAC ən böyük sosial bazaya malik olan qeyri-hökumət təşkilatıdır:

“Bu təşkilat humanitar diplomatiya üsulu vasitəsilə beynəlxalq tərəfdaşları ilə əməkdaşlıq edir. Eyni zamanda bu qurum öz hökumətinə, dövlətinə humanitar məsələlərin həllində yardımçı olur”.

Novruz Aslanov qarşıdan gələn prezident seçkilərinə də toxunub. O, qızıl ayparaçıları prezident seçkilərində fəal iştirak etməyə və ölkənin gələcəyi naminə layiqli namizədə səs verməyə dəvət edib.

O, həmçinin bildirib ki, AzQAC yeganə təşkilatlardandır ki, öz beynəlxalq tərəfdaşlarına da yardım edir.

www.ÇıxışYolu.Com

Ətraflı
1 3. 751 3. 752 3. 753 3. 754 3. 755 3. 765