İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alındı

İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alındı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülən İlham Heydər oğlu Əliyevin namizədliyinin qeydə alınması məsələsinə baxılıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, məsələ barədə MSK sədri Məzahir Pənahov məlumat verib.

MSK sədri bildirib ki, İlham Əliyevin səlahiyyətli nümayəndələrinə 45 min imza vərəqi verilib:

“Onlar seçici imzalarını Mərkəzi Seçki Seçki Komissiyasına fevralın 22-də təqdim ediblər. İmzalar MSK-dakı İşçi Qrup tərəfindən yoxlanılıb”.

MSK üzvü, İşçi Qrupunun rəhbəri Etibar Quliyev deyib ki, seçici sənədləri kifayət qədər yüksək səviyyədə hazırlanıb:

“Bu da təcrübədən xəbər verir. Burada heç bir pozuntu olmayıb. Namizədin müdafiəsi üçün 125 seçki dairəsi üzrə seçici imzası toplanılıb. MSK-da 42 min imza yoxlanılıb, bu da namizədin qeydə alınmasına əsas verir. Ona görə də imzaların yoxlanılması dayandırılıb. Etibarsız seçici imzalarının sayı sıfırdır”.

Məsələ səsverməyə çıxarılıb. Səsvermə ilə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının 2018-ci il fevralın 8-də VI Qurultayı keçirilib.

Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Prezidenti İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

Fevralın 14-də Mərkəzi Seçki Komissiyasının iclasında 2018-ci il aprelin 11-nə təyin edilən Azərbaycan Respublikası prezidentinin seçkilərində namizədliyi YAP tərəfindən irəli sürülən İlham Əliyevin namizədliyinin irəli sürülməsi təsdiq edilib.

ww.Azpress.news

Ətraflı
Azərbaycanda yeni yol istifadəyə verilib – FOTO

Azərbaycanda yeni yol istifadəyə verilib – FOTO

Azərbaycan prezidenti İlham Əliyev Mingəçevir-Bəhramtəpə avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan 26 kilometrlik Aran-Qarağacı hissəsinin açılışında iştirak edib.

ÇıxışYolu.Com-ın məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov yolun texniki göstəriciləri və görülən işlər barədə prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, yolun ümumi uzunluğu 26 kilometr, eni isə 12 metrdir. Üçüncü texniki dərəcəli yol iki hərəkət hissəlidir. Hərəkət hissələrinin hər birinin eni 3,5 metrdir. Layihə çərçivəsində iki yeni körpü və beş yeraltı keçid inşa olunub, 53 boru quraşdırılıb.

Mingəçevir-Bəhramtəpə avtomobil yolu respublikamızın regionları, o cümlədən Yevlax, Bərdə, Beyləqan rayonları arasında iqtisadi əlaqələrin, həmçinin turizmin və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. 

Bütün bu xüsusiyyətlərlə yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini əlaqələndirən bir magistral olmaqla, tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.

Prezident İlham Əliyev Mingəçevir-Bəhramtəpə avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan Aran-Qarağacı hissəsinin rəmzi açılışını bildirən lenti kəsib.

.
www.ÇıxışYolu.Com

Ətraflı
Mingəçevirdə “ASAN Həyat” kompleksi açılıb

Mingəçevirdə “ASAN Həyat” kompleksi açılıb

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mingəçevirdə “ASAN Həyat” kompleksinin açılışında iştirak ediblər.

ÇıxışYolu.Com-ın məlumatına görə, dövlət başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsiblər.

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Mingəçevir “ASAN Həyat” kompleksi barədə dövlət başçısına və xanımına ətraflı məlumat veriblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdə yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, Mingəçevirdə kompleksin “ASAN xidmət” mərkəzində Ədliyyə, Daxili İşlər, Vergilər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Milli Arxiv İdarəsi, ümumilikdə, 10 dövlət orqanı tərəfindən vətəndaşlara 32 növ xidmət göstəriləcək. 

Mərkəzdə çalışacaq əməkdaşların sayı 154, könüllülərin sayı isə 45 nəfərdir. Bu mərkəz Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında qeydiyyatda olan 337 min 767 vətəndaşa xidmət göstərəcək.

Dövlət başçısı mərkəzi işə salıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzdəki innovativ yeniliklərlə tanış olublar.

Dövlət başçısına və xanımına növbəti illərdə inşası və istifadəyə verilməsi nəzərdə tutulan digər “ASAN xidmət” mərkəzlərinin layihələri də təqdim olunub.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya “ASAN xidmət”lərin özünəxidmət terminalı vasitəsilə təqdim olunması barədə də məlumat verilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “ASAN Həyat” kompleksinə daxil olan “ASAN Peşə” ilə tanış olublar.

.
www.ÇıxışYolu.Com

Ətraflı
Məmmədyarov İlham Əliyevlə Sarkisyanın mümkün görüşü barədə

Məmmədyarov İlham Əliyevlə Sarkisyanın mümkün görüşü barədə

Rəsmi Bakı hər iki ölkədə prezident seçkilərindən sonra Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ məsələsi ilə bağlı görüşün keçiriləcəyini istisna etmir.

ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyanat səsləndirib.

Azərbaycanda növbədənkənar  prezident seçkiləri aprelin 11-də keçiriləcək. Ermənistanda isə seçkilər martdadır.

“Biz sonuncu dəfə həmsədrlərlə söhbət aparan zaman Azərbaycan və Ermənistandakı seçkiqabağı əhval-ruhiyyəni nəzərə almışdıq və seçkilərlə bağlı emosional fon başa çatan kimi müzakirələrin davam etdirilməsi üçün danışıqlara qayıtmaqla bağlı razılığa gəlmişdik.

Krakovda, ona qədər isə Vyanada nazirlər səviyyəsində keçirilən görüşdə müzakirə olunmuş maraqlı ideyalar var. Ona görə də əhval-ruhiyyə yüksəkdir, danışıqlar prosesini aktiv şəkildə davam etdirmək istəyi var, həmsədrlər danışıqların intensivləşdirilməsi dedikdə bizi məhz buna çağırır”, – deyə nazir Cenevrədə BMT İnsan Haqları Şurasının 37-ci sessiyası çərçivəsində verdiyi açıqlamada bildirib.

Məmmədyarov bildirib ki, rəsmi Bakı üçün hal-hazırda Dağlıq Qarabağ probleminin siyasi həlli yoluna alternativ yoxdur.

“Hələlik diplomatlar yorulmayıblar, bu prosesi daha da intensivləşdirmək lazımdır, çünki hamı hərbçilərin kazarmalara qayıtması, insanların öz evlərinə geri dönməsi və sülhün bərqərar olması üçün hansı yolla getmək lazım olduğunu yaxşı bilir.

Biz bütün problemlərin əməkdaşlıq yolu ilə həllinə nail olmağa çalışırıq, beləcə, bu xoşagəlməz prosesi yerindən tərpədə bilərik”.

ww.Azpress.news

Ətraflı
Yıldırım: Tariximizdə müstəmləkə, qətliam yoxdur

Yıldırım: Tariximizdə müstəmləkə, qətliam yoxdur

Xocalıda qətliam törədənləri bir daha lənətləyirəm.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım hakim Ədalət və İnkişaf Partiyasının (AKP) TBMM-dəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.

“Fevralın 26-da Xocalı qətliamının 26-cı ildönümü tamam oldu. Orada yüzlərlə azərbaycanlı bacı-qardaşımız qətlə yetirilib. Təəssüf ki, dünya, o cümlədən Qərb ikili standartdan əl çəkmir.

Hollandiya parlamentində 1915-c i illə bağlı qəbul edilən qərar buna nümunə ola bilər”, – deyən Yıldırımın sözlərinə görə, hollandlar əvvəlcə öz tarixlərinə baxsınlar.

“Tarixdə ən pis dosye bu məsələdə Türkiyəyə qarşı iddialı olanlara aiddir. Bizim tariximizdə müstəmləkə, qətliam yoxdur.

Türkiyənin şanlı keçmişini kimsə öz dövlətinin qaranlıq tarixi ilə qarışdırmasın. 1990-cı illərdə Bosniya-Hersoqovinada da baş verənlər yaddaşlardan silinməyib”, – deyə o əlavə edib.

www.ÇıxışYolu.Com

Ətraflı
BMT-də Azərbaycanla bağlı hesabat açıqlanacaq

BMT-də Azərbaycanla bağlı hesabat açıqlanacaq

Azərbaycan İnsan Hüquqları Şurasının fəaliyyətinin gücləndirilməsinin zəruriliyini tam dəstəkləyir. Şuranın tənbeh üçün platforma kimi deyil, öz səlahiyyətini etibarlı və həssas qlobal insan hüquqları qurumu kimi möhkəmləndirməsi məqsədilə onun fəaliyyətini müəyyən edən əsas anlayışlar “dialoq”, “əməkdaşlıq” və “yardım” olmalıdır.

ÇıxışYolu.Com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 37-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxışı zamanı deyib.

O vurğulayıb ki, Azərbaycan bütün xüsusi prosedur mandat sahiblərinə xüsusi dəvət göndərib:

“Biz onların üzv dövlətlərlə əməkdaşlıq və dialoq vasitəsilə insan hüquqlarının təşviqində mühüm rolunu tanıyırıq. Həmçinin, Azərbaycan Universal Dövri Hesabata əhəmiyyət verir və 2016-cı ildə aralıq hesabat təqdim edib. Bizim üçüncü UDH 2018-ci ilin mayında nəzərdən keçiriləcək.

Biz BMT-nin insan hüquqları üzrə müqavilə orqanları ilə əməkdaşlığa sadiqik. Keçək il Azərbaycan İnsan Hüquqları üzrə Ali Komissar tərəfindən müqavilə orqanlarına tam hesabat verməkdə 33 üzv dövlətdən biri adına layiq görülüb”.

.
www.ÇıxışYolu.Com

Ətraflı
Nazir: Xocalı faciəsini törədənlər ədalət qarşısında cavab verməyiblər

Nazir: Xocalı faciəsini törədənlər ədalət qarşısında cavab verməyiblər

Ermənistanın silahlı təcavüzünün nəticəsi olaraq Azərbaycan ərazisinin 20 faizi 25 ildən çoxdur ki işğal altındadır. Bir milyondan çox azərbaycanlı etnik təmizlənməyə məruz qalıb və doğma yurd-yuvalarını tərk edərək öz vətənlərində qaçqın və məcburi köçkün olmağa məcbur edilib. 

ÇıxışYolu.Com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 37-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxışı zamanı deyib. 

Nazir vurğulayıb ki, Azərbaycan 1.2 milyon nəfər qaçqın və məcburi köçkünə sahib olaraq 10 milyonluq əhalisi ilə adambaşına düşən qaçqın və məcburi köçkün sayına görə dünyada ən yüksək göstəricilər sırasında qərarlaşıb.

“Ermənistan, Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiq edən və işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini və digər beynəlxalq təşkilatların aidiyyəti sənədlərini inkar etməklə Azərbaycan ərazilərinin işğalını davam etdirir.

Dünən, 26 fevral 2018-ci ildə Ermənistan tərəfindən törədilmiş və bunun nəticəsi olaraq 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla Azərbaycanın Dağlıq Qarabağ regionunda kiçik şəhərin 613 sakininin qətlə yetirildiyi Xocalı soyqırımının 26-cı ildönümü yad edildi.

1992-ci ildə törədilmiş bu soyqırımın nəticələri açıqca göstərdi ki, Xocalıdakı niyyətli kütləvi qırğınlar təcrid olunmuş və ya təsadüfi hərəkətlər deyil, 1988-ci ildən bəri törədilən Ermənistanın sistemli etnik təmizləmə siyasətinin tərkib hissəsi idi.

Təəssüflər olsun ki, bu cür ağır cinayətlərə görə məsuliyyət daşıyanlar hələ də cəzalandırılmayıb və hələ də ədalət mühakiməsi qarşısına çıxarılmayıb”, – deyə nazir bildirib.

E. Məmmədyarov əlavə edib ki, beynəlxalq ictimaiyyətin Azərbaycanda törədilmiş insanlıq əleyhinə cinayətlərə münasibətdə səssizliyindən cəsarətlənərək Ermənistan azərbaycanlı qaçqın və məcburi köçkünlərin əsas insan hüquqlarını pozmaqda davam edir: 

“Buna görə də, BMT-nin İnsan Hüquqları Şurasını, onun mandat sahiblərini və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarını BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyanın müvafiq qətnamələrinə uyğun olaraq azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş insan hüquqlarının səmərəli müdafiəsini qəti surətdə təmin etməyə çağırırıq.

Davamlı genişmiqyaslı insan hüquqları pozuntuları Azərbaycan xalqının beynəlxalq hüququn aliliyinə və BMT-nin insan hüquqları mexanizminin səmərəliliyinə etimadını möhkəm sarsıdıb”.

.
www.ÇıxışYolu.Com

Ətraflı
Dörd sahibkar 99 min manat cərimələndi

Dörd sahibkar 99 min manat cərimələndi

Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri və Şamaxı rayonunda dörd müəssisədə (“Grand Hospital, Kərimov Rəhman Firuz oğluna məxsus ərzaq mağazası, Zəkiyev Saleh Mirabas oğluna məxsus mağaza, “İmplant Art” Dental Klinika”) qeyri-rəsmi məşğulluqla mübarizəyə dair yoxlamalar aparılıb və bir sıra qanun  pozuntuları aşkar edilib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının toplantısında bildirilib.

Qeyd olunub ki, sözügedən dörd müəssisə ümumilikdə 99 min manat məbləğində cərimə tətbiq edilib.

Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri və Şamaxı rayonunda adıçəkilən müəssisələrdə aparılan vergi nəzarəti tədbirləri zamanı 99 nəfərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən muzdla işə cəlb olunduğu aşkar edilib.

Bunlardan 93 nəfəri Bakı şəhərində fəaliyyət göstərən müəssisələrin, o cümlədən 90 nəfəri “Grand Hospital” tibb müəssisəsinin, üç nəfər digər müəssisələrin, altı nəfər  isə Şamaxı rayonunda fəaliyyət göstərən Kərimov Rəhman Firuz oğluna məxsus ərzaq mağazasının payına düşür.

Eyni zamanda, cari ilin yanvar ayı ərzində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən də Bakı şəhəri üzrə ümumilikdə 10 tikinti obyekti olmaqla (“MVVL Verus Praedium” Mənzil Tikinti Kooperativi, “Babək-94” Müstəqil Kiçik Müəssisəsi, “TTF-A” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Laura” Firması, “Kaspian Park” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Evian Konstruksiya” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Piramida-F.R.” Məhdud Məsuliyyətli Cəmiyyəti, “ Gözəl Bakı” Mənzil-Tikinti Kooperativi, Xəlilov Azər Rəfail  oğluna məxsus sair fərqi xidmətlərin göstərilməsi) altı səyyar monitorinq həyata keçirilib. 

Tikinti obyektlərində keçirilmiş monitorinqlər zamanı 70 nəfər əmək müqaviləsi olmadan çalışan işçi aşkar edilib. Yoxlama tədbirlərindən öncə həmin müəssisələrdə qüvvədə olan əmək müqavilələrinin sayı 791 olduğu halda, yoxlamadan sonra isə əmək müqavilələrinin sayı artaraq 975 olub.

Cari ilin yanvar ayı ərzində ölkə üzrə rəsmiləşdirilən əmək müqavilələrinin sayı 64.140 ədəd, xitam verilən müqavilələrin sayı 50.475 ədəd olub. Bağlanan əmək müqavilələrinin sayında artımı ümumilikdə 13.665 ədəd təşkil edib.

L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
Bu gündən Türkiyədə benzin bahalaşır

Bu gündən Türkiyədə benzin bahalaşır

Türkiyədə Neft Məhsulları İşəgötürənlər Birliyi (PÜİS) özünün internet ünvanında benzinin qiymətinin bahalaşacağını açıqlayıb. 

ÇıxışYolu.Com xəbər verir ki, birlik benzinin qiymətinin 9-11 kuruş artırılacağını bildirib.

Dizelin qiymətində dəyişiklik gözlənilmir.

Qeyd edək ki, bir müddət əvvəl dizelin qiyməti 13 kuruş qalxmışdı.

Onu da bildirək ki, fevralda benzinin dəyəri 28 kuruş ucuzlaşaraq, 5,55 lirəyə düşmüşdü. 

Bu gun gecə yarısından Türkiyədə benzinin dəyəri 5,65 lirəyə yüksələcək. 

L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
1 3. 753 3. 754 3. 755 3. 756 3. 757 3. 765