Avropa Məhkəməsi seçkilərlə bağlı ciddi pozuntular aşkarlamayıb

Avropa Məhkəməsi seçkilərlə bağlı ciddi pozuntular aşkarlamayıb

Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında öhdəliyi seçkilərin azad və şəffaf keçirilməsi ilə bağlıdır. Avropa Konvensiyasının 1 saylı Protokolunda qanunverici orqanın seçkilərlə bağlı bu öhdəliyi əksini tapıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə keçirilən seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan seminarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.

Ç. Əsgərov bildirib ki, bu səbəbdən Avropa Məhkəməsinə yalnız parlament seçkiləri ilə bağlı müraciət edilə bilər: 

Onun sözlərinə görə, bununla belə, Avropa Məhkəməsi seçkidə namizədliyi sərbəst irəli sürmək hüququnun təmin edilməsini zəruri sayır və bu barədə müraciətləri araşdıra bilər:

“Ancaq Avropa Məhkəməsi namizədin seçkiləri udub-udmaması kimi müraciətlərə baxmır. Avropa Məhkəməsi etiraf edib ki, Azərbaycanın seçki sahəsində qanunvericiliyi demokratiyaya xidmət edir. Avropa Məhkəməsi Azərbaycanda seçkilərlə bağlı ciddi pozuntular aşkar etməyib. Burada söhbət ancaq texniki məqamlarla bağlı olub”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com

Ətraflı
Natiq Məmmədov: Seçicinin səsi azad ifadə olunmalıdır

Natiq Məmmədov: Seçicinin səsi azad ifadə olunmalıdır

Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində fevralın 27-də növbəti layihəyə – seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan üç günlük seminarlara start verilib.

ÇıxışYolu.Com-ın məlumatına görə, vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin maarifləndirilməsinə yönəlmiş tədbirdə MSK üzvləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi və Komissiya Katibliyinin təmsilçiləri iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan MSK-nın sədr müavini Natiq Məmmədov bildirib ki, Azərbaycan dövləti xalqın seçkilərdə iradəsini azad şəkildə ifadə etməsi üçün şərait yaradıb.

MSK sədrinin müavini bildirib ki, hər bir seçicinin səsi azad ifadə olunmalıdır:

“Bu prosesin həyata keçrilməsi üçün kifayət qədər imkanlar, o cümlədən qanunvericilik bazası var və dünya standartlarına cavab verir. Eyni zamanda, ölkədə seçki komissiyalarının maddi-texniki şəraiti var və dünya ölkələri ilə müqayisə etsək, görərik ki, Azərbaycan ön sıralarda dayanır”.

Qeyd edək ki, seminarların keçirilməsində məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin müraciət və şikayətlərə baxılması ilə bağlı məlumatların artırılması, praktiki vərdişlərin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün onların fəaliyyətinin təkmilləşdirilməsindən ibarətdir.

Martın 1-dək davam edəcək seminarların ümumilikdə ölkə üzrə 125 dairə seçki komissiyasının bütün ekspert qrupu üzvlərini əhatə etməsi nəzərdə tutulur.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com

Ətraflı
Elmar Məmmədyarov İsveçrəyə yollandı

Elmar Məmmədyarov İsveçrəyə yollandı

Xarici işlər naziri Elmar Məmmədyarov Cenevrədə işgüzar səfərdədir.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmmədyarovun BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 37-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxışı, BMT-nin baş katibinin müavini, eyni zamanda, BMT-nin Cenevrə bölməsinin baş direktoru və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

www.ÇıxışYolu.Com

Ətraflı
Bakıda turistlər ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər

Bakıda turistlər ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər

Sabah Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi və “PASHA Travel” şirkəti arasında Bakı şəhərinin rəsmi şəhər kartını yaratmaq məqsədilə memorandumun imzalama mərasimi keçirələcək.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Milli Turizm Təbliğat Bürosundan məlumat verilib.

Bürodan bildirilib ki, Bakıda turistlər üçün pulsuz ictimai nəqliyyatdan, şəhər muzeyləri və mədəniyyət mərkəzlərinə ödənişsiz və ya endirimli girişdən istifadə etmək imkanı verən kartlar hazırlanıb.

“Baku Card” Bakı şəhərini tanıdacaq və ölkəmizə səfər edən turistlərin daha da çox maraq oyatmasına səbəb olacaq yeni bir məhsuldur.

“Baku Card” sahibləri mağazalar, kafelər, restoranlar və daha çox müxtəlif yerlərdə endirimlər və xüsusi təkliflər əldə edə biləcəklər.

Kartları xüsusi köşklərdən və onlayn qaydada almaq mümkün olacaq.

Memorandum Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli və “PASHA Travel” şirkətinin əməliyyatlar üzrə baş direktoru Florian Sengstschmid tərəfindən imzalanacaq.

L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
Artıq daha qamətli olacağınıza söz veririk

Artıq daha qamətli olacağınıza söz veririk

Miostimulyasiya – bu əzələlərin tonuslandırması üçün aparılan elektrostimulyasiyadır. Əzələləri elastikləşdirir və 20 yaşdan yuxarı insanlar üçün daha məsləhətdir. Dəri tonusunun vaxtından əvvəl itirilməsinin qarşısını alır. Miostimulyasiya bədən əzələlərinin əməliyyatsız dartılmasıdır.

Cərəyan impulslarının təsiri altında əzələlərin yığılması sayəsində artıq piylər çıxır, yağların əriməsi prosesi sürətlənir, tədricən sellülit aradan qalxır və əlbəttə ki, əzələ quruluşu inkişaf edir. Nəticədə, siz arıqlayaraq daha qamətli olacaqsınız.

Miostimulyasiya adi şəraitdə yükləmək və inkişaf etdirməyin çox çətin olduğu əzələlərdə işləməyə imkan yaradır, məsələn, budların daxili tərəfinin əzələləri. Daha yaxşı təsir üçün miostimulyasiya bürünmə, massaj və digər antisellülit prosedurları ilə birgə həyata keçirilir. 

Prosedur zamanı qan dövranının aktiv stimulyasiyası sayəsində yağ mübadiləsi bərpa olunur, qan dövranı tənzimlənir, dərinin quruluşu yaxşılaşır, həmçinin orqanizmdən şlakların çıxarılması stimullaşdırılır. 

Miostimuliyasiya hansı hallarda tətbiq olunur?

• Bədənin korreksiyası;
• Arıqlama prosedürünün dəstəyi;
• Sellülit;
• Çatlar;
• Dəri qırışları.

Miostimulyasiyanın istifadəsi hansı hallarda münasib deyil?

• Şiş;
• Vərəm;
• İltihab prosesləri;
• Hamiləlik və laktasiya;
• Menstruasiya.

Bədən formasının korreksiyası üçün bu əzələlərin miostimulyasiyası keçirilir: qarın əzələləri, döş əzələləri, çiyin və bazu, bel, sağrı və bud əzələləri.

4-5 seansdan sonra gözlə görünən nəticələr əldə edilir.

Daha sağlam və hamar dəri üçün üz tutacağınız 1 nömrəli məkan “VİP Style” Estetik Klinikasıdır!

Sizi sevirik və yolunuzu gözləyirik!

Tel.: (+994) 12 555-55-34
Mob.: (+994) 55 665-55-34
Ünvan: Koroğlu Rəhimov küçəsi 47.

www.ÇıxışYolu.Com

Ətraflı
Səfir: Xocalıda insanlar azərbaycanlı olduqlarına görə öldürülüb

Səfir: Xocalıda insanlar azərbaycanlı olduqlarına görə öldürülüb

Moskvada Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

ÇıxışYolu.Com bu barədə “Vestnik Kavkaza”ya istinadən xəbər verir.

Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliyi və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (AMOR) tərəfindən təşkil olunan tədbirdə tanınmış ictimai-siyasi xadimlər, Moskvada diplomatik nümayəndəliklər tərəfindən akkreditə olunmuş nümayəndələr, Azərbaycan diasporunun nümayəndələri iştirak edib.   

Tədbirdə nitqlə çıxış edən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu düz 26 il əvvəl Xocalıda faciənin baş verdiyini, bunu başqa sözlə ifadə etməyin çətin olduğunu qeyd edib:

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə rrməni silahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərinə hücum edib. Şəhər yer üzündən silinib. Açılan güllələrdən qurtulmağa çalışan yerli sakinlər dağlara qaçmaq məcburiyyətində qalıb.  

Erməni silahlı dəstələri yolda silahsız insanları güllələyib. Uşaqlar, qocalar soyuqdan donub. Bir çoxları itkin, çox sayda qız və qadın əsir düşüb. Qurbanların dəqiq sayı indiyə kimi heç kimə məlum deyil.

Əlbəttə ki, elan olunan rəsmi rəqəmlərdən xeyli çoxdur: Rəsmi rəqəmlərə görə, Xocalıda 613 nəfər öldürülüb, 487 nəfər əlil olub, 1275 dinc sakin, o cümlədən qocalar, qadınlar, uşaqlar əsir düşüb. 150-dən çox insanın taleyi barədə indiyə kimi heç bir məlumat yoxdur”.

“…Bu insanları yalnız azərbaycanlı olduqlarına görə, Xocalıda yaşadıqlarına görə, Qarabağda yaşadıqlarına görə öldürüblər”, – deyə Polad Bülbüloğlu vurğulayıb.

Ardınca səfir tədbirdə iştirak edənlərə ABŞ-da çəkilmiş və Xocalı faciəsinə həsr olunmuş “Kölgədən qaçan” filmi haqqında danışıb.

“Kölgədən qaçan filmi həmin faciəni yaşamış şahid ifadələri və Amerika ictimaiyyəti nümayəndələrinin, Azərbaycanda yaşayan müxtəlif dinlərə etiqad edən insanların hüquqi-ictimai rəyi əsasında çəkilib. Bu filmdə siz Xocalı faciəsi haqqında fikir yürüdən erməni hüquq müdafiəçisinin etirafları ilə tanış olacaqsız.

Yeri gəlmişkən, erməni cəmiyyətində Xocalının dəhşətli faciə olduğunu, onun ovaxtkı Dağlıq Qarabağ və Ermənistan hakimiyyətinin yol verdiyi qorxulu səhv olduğunu və Azərbaycan xalqına qarşı soyqırım kimi tanındığını anlayan insanların sayı gündən-günə artır”.

“Şəxsən mən bu filmi Xocalı faciəsinin dünya ictimaiyyətinə tanıtımı istiqamətinə atılmış vacib addım olduğunu hesab edirəm. Epiqraf onun məğzi və məqsədini çox dəqiq şəkildə ifadə edir: “Şərin zəfər çalması üçün tələb olunan yeganə şey yaxşı insanların fəaliyyətsizliyidir”.

Bu epiqraf mənə daha geniş yayılan bir ifadəni xatırlatdı: “Ən çox biganə insanlardan qorxmaq lazımdır, çünki onların lal-dinməz razılığı ucbatından bu gün dünyada müxtəlif bəlalar baş verir”.

Xocalı faciəsini qiymətləndirən zaman ona biganə qalmaq mümkünsüzdür.  Bunlar barədə susmaq mümkünsüzdür, ən çox ona görə ki, törədilən şər və ya vəhşilik beynəlxalq ictimaiyyət tərəfindən pislənməsə, mütləq təkrarlanacaq.  Bugünədək 16 dünya ölkəsi, ABŞ-ın 19 ştatı Xocalıda baş verənləri soyqırım aktı olaraq pisləyib”, – deyə Polad Bülbüloğlu bildirib.

“Bu gün toplaşdığımız Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin rəhbərliyinə təşəkkür etmək istəyirəm. Mənə elə gəlir ki, digər xalqlarla müqayisədə, yəhudi xalqı bizim dərdimizi daha çox anlayır və bölüşür, çünki öz tarixində bu xalq çoxlu faciəvi hadisələrlə üzləşib. 

Xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu filmin Los-Anceles şəhərində baş tutan  premyerası da dünyanın ən iri Holokost muzeylərindən birində, Tolerantlıq Muzeyində keçirilib”, – deyə diplomat bildirib.

Tədbirdə Rusiya Dövlət Dumasının deputatı, “Rusiya-Azərbaycan” parlamentlərarası qrupunun rəhbəri Dmitri Savelyev,  “Avrasiya günləri emalatxanası” elmi tədqiqatlara dəstək fondunun ekspert şurasının sədri Qriqori Trofimçuk, Rusiya Elmlər Akademiyasının Slavyanşünaslıq İnstitutuun baş elmi işçisi, tarix elmləri namizədi İlqar Məmmədov,  rejissor-dramaturq Əfraim Abramov, “Azərbaycan-İsrail” Beynəlxalq Dostluq Assosiasiyasını (Azİz) təmsil edən, Milli Məclis aparatının hüquq şöbəsinin rəhbəri, BMT-nin cinayətlər üzrə Vyana idarəsinin eksperti, hüquq elmləri doktoru Nizami Səfərov da iştirak edib.

www.ÇıxışYolu.Com

Ətraflı
Fərid İsmayılzadə: Yeni Hesab.az və sığorta satışları bizim üçün bu ilin prioritetidir

Fərid İsmayılzadə: Yeni Hesab.az və sığorta satışları bizim üçün bu ilin prioritetidir

Son üç ildə dünya üzrə “fintech” şirkətlərinə 122 milyard dollar sərmayə yatırılıb. KPMG-nin hesabatına əsasən, hazırda bu sahədə lider ABŞ-dır. Sərmayə yatırımlarının həcminə görə, ikinci sırada Avropa gəlir. Asiyada isə əksinə, “fintech”ə investisiya qoyluşlarının həcmi azalıb.

Çin iqtisadiyyatında artım tempinin aşağı düşməsi buna səbəb olub. Bununla belə, rəylərə əsasən, 2017-ci ilin göstəriciləri “fintech” bazarının gedikcə genişləndiyini, investorlar üçün yeni fürsətlər yaratdığını göstərir.

Azərbaycanda “fintech” şirkətləri yeni olsa da, irəliləyişlər əldə olunub. Ölkənin aparıcı “fintech” şirkəti hesab edilən “Hesab.az”ın 2018-ci ildə reallaşdıracağı layihələri, planlarının nədən ibarət olacağını öyrənməyə çalışdıq.

 ÇıxışYolu.Com-ın bu yöndə suallarını şirkətin rəhbəri Fərid İsmayılzadə cavablandırıb. 

– 2017-ci il yanvarın 1-dən ölkədə “Nağdsız hesablaşmalar haqqında” qanun qüvvəyə minib. Fiskal siyasəti həyata keçirən qurumlar bu istiqamətdə təşəbbüsləri artıracaqlarını deyirlər. Bir sözlə, dövlət edəcəyini edib. Şirkət olaraq nağdsız ödənişlərin artırılması ilə bağlı hansı layihələri planlaşdırırsınız?

– Nağdsız ödənişlər dedikdə, adətən, iki istiqamətdə ödənişlər nəzərdə tutulur: birincisi, POS-terminallar, ikincisi, internet üzərindən olan ödənişlər. Hal-hazırda Azərbaycanda təxminən ikisinin dövriyyəsi bir-birinə bərabərdir və deyərdim ki, internetlə ödənişlərin 75 faizini bizim şirkət həyata keçirir.

Əvvəllər sahibkarların nağdsız ödənişlərə maraq göstərməməsi daha çox vergidən yayınmaq istəklərindən qaynaqlanırdı. Artıq bu istiqamətdə dəyişikliklər var. Vergilər Nazirliyi sahibkarlara əlavə güzəştlər verərsə, nağdsız ödəniş sistemində daha ciddi irəliləyişlər baş verəcəyinə əminəm.

Əslində, bizim kim “fintech” şirkətlərinə də vergi güzəştləri daha çox lazımdır. Çünki bu gün məsələn, POS-terminal olmadan da müxtəlif məkanlarda elə mobil telefonla nağdsız ödənişlər həyata keçirmək olar. Hətta bu sistemi o qədər təkmilləşdirmək olar ki, sahibkar cəmi 1-2 klikə aylıq vergisini belə ödəyə bilər.

Bu tip yeniliklərin sayı-hesabı yoxdur. “Fintech” şirkətləri belə məsələlərdə aparıcı rol oynaya bilər. Belə şirkətlərə müxtəlif yollarla dəstək olmaq olar. Məsələn, bizim şirkətin ən əsas xərcləri işçilərlə bağlıdır. Əgər İT sahəsində işləyən işçilərə verilən maaşlara görə vergi kimi digər güzəştlər etmək mümkün olsa, bizə çox kömək göstərilmiş olar.

Əlavə gəlirlərlə biz daha çox işçilər həm yetişdirə həm də işlədə bilərik ki, bu da uzun zaman çərçivəsində daha çox innovativ həllər deməkdir. Dünyanın əksər ölkələrində İT şirkətlərinin daha çox investisiya yatırmaları, fəaliyyətlərini genişləndirmələri üçün bu istiqamətdə endirimlər edirlər.

Bu məsələdə ölkəmizin fiskal siyasətini yerinə yetirən qurumlarının da dəstəyinə ehtiyac var. Onlar nə qədər yeni texnologiyaların imkanlarına uyğun qanunlarda dəyişiklər edərlərsə, bizlər də o qədər sürətlə inkişaf edərik.

Hesab edirəm ki, “fintech” şirkətlərinə dəstək verilərsə, biz bankların görə biləcəkləri işləri dəfələrlə sürətli və keyfiyyətli reallaşdıra bilərik.

– Banklar mobil və internet bankçılıq ödənişlərində aktivləşib. Bu rəqabət mühitində sizin üstünlükləriniz nədir?

– Hazırda banklar mobil və internet bankçılıq ödənişlərini genişləndiriblər. Doğrusu, onların hamısının bu istiqamətdəki aylıq dövriyyələri Hesab.az-ın bir həftəlik dövriyyəsinə bərabərdir. Halbuki bankların mobil və internet bankçılığı üçün bir ayda ayırdıqları marketinqin büdcəsini şirkətimiz yeddi illik fəaliyyəti dövründə heç vaxt xərcləməyib.

Bankların ödəniş şirkətlərindən geridə qalmalarının səbəbi cəmiyyətdə nüfuzlarının aşağı olması və öz mobil tətbiqlərini brendləşdirə bilməmələridir. Bunları nəzərə alsaq, hələlik ciddi rəqabətdən söhbət getmir.

Əksinə, bizim böyümə sürətimiz onlarınkından qat-qat yüksəkdir. “Fintech” olaraq onlara ciddi rəqibik. Qarşıda onlara bir neçə sürprizlərimiz var və çalışacağıq ki, bankların rəqəmsal sahədə inkişaflarından öndə olaq.

– Yəni gələcək “fintech” şirkətlərinin əlindədir?

– Bəli. Düşünürəm gələcək tamamilə “fintech”in əlindədir. Bu, bütün dünyada belədir. Bu istiqamətdə yatırılan sərmayə özünü doğruldur. Belə ki, “fintech” şirkətlərinin daxilində, banklarda olduğu kimi, bürokratiya yoxdur.

Başqa tərəfdən, bu tip şirkətlər texnologiyaya bağlı fəaliyyət göstərdiklərinə görə daim yeniliklər edirlər. Daha çevik və daha innovativdirlər.

– İddia olunur ki, ödəmə portallarının xərclərin ən önəmli hissəsini “interchange” adlanan ölkədaxili banklararası ödənişlər təşkil edir. Bu ödənişlər nə qədərdir?

– Əvvəllər “interchange” çox yüksək idi və artıq faizlər bir qədər endirilib. Mobil operatorlar üzrə bu rəqəm 1,5 faizdən 1 faizə, bəzi təşkilatlar üzrə 1,5-dən 1,3-ə salınıb. Kommunal xidmətlər üzrə 0,2 faiz qüvvəsində qalıb. Bu qərar Mərkəzi Bankın liderliyi ilə 29 bankın razılaşması əsasında verilib.

Əslində, yaxşı qərardır. Lakin bu faizlərin daha da endirilməsinə ehtiyac var. Məsələn, qonşu ölkələrdə “interchange” 0,5 faiz təşkil edir. Bu faizlər sıfır da ola bilər, o halda ki, kartlar banklar arasında bərabər paylanmış olsun. Azərbaycanda bir neçə bankın həddən çox kartı var. Xüsusilə bəlli dövlət layihələrini bir-iki bank icra edir. Həmin banklara “interchange”i endirmək sərf etmir.

“İnterchange” kartı emissiya edən banka çoxlu pul qazandırır və beləcə, onlar onun aşağı endirilməsində maraqlı olmur.

– Qeyd etdiniz ki, internet vasitəsilə ödənişlərin 75 faizi Hesab.az üzərindən aparılır. Hesab.az-ın ümumi bazarda payı nə qədərdir?

– Ümumi ödənişlərin 10 faizi internet vasitəsilə aparılırsa, bunun da 6-8 faizi Hesab.az üzərindən icra olunur. Həmin rəqəm illər üzrə 1-2 faiz artır. Təəssüf ki, onlayn ola biləcək dövriyyənin hələ də 90%-i nağd şəkildə edilir. İnsanlarımız maaşlarını alan kimi, onu kartdan çıxarıb ödənişlərini nağd edir. Halbuki bu ödənişləri nağd etməmək daha sərfəlidir.

– Azərbaycanda niyə internet üzərindən ödənişlərin payı bu qədər aşağıdır?

– Bu, maarifləndirmə ilə əlaqəlidir. Banklar, “fintech” şirkətləri bu istiqamətdə marketinq, təşviq və təbliğat fəaliyyəti həyata keçirirlər. Bəlli bir nöqtədən sonra bu faiz nisbəti sürətlənəcək. Növbəti 5-10 ildə nağdsız ödənişlərin payı artacaq.

– Hesab.az bazara hansı yeni funksiyaları çıxarmağı planlaşdırır?

– 2018-ci il üzrə nəzərdə tutduğumuz ən böyük layihə Hesab.az-ı tamamilə yeniləməkdir. Aprel ayında Hesab.az-ın yeddi yaşı tamam olacaq. Ötən yeddi ildə çox şey öyrənmişik, texnologiya inkişaf edib. Yarandığı zamanda tərtib edilən Hesab.az ilə hazırkı hesab.az arasında çox fərqlər var.

2017-ci ilin əvvəlində yeni Hesab.az layihəsinə başladıq. Daxildə qərar verdik ki, yeni bir Hesab.az konseptini hazırlayaq. Yeni dizayn,  yeni funksiyalar, yeni mobil tətbiq ediləcək. Çox böyük bir layihədir. Ötəni ilin sentyabrından bu layihənin planlaşdırılması ilə məşğuluq. İlin ortasında artıq yeni Hesab.az vətəndaşların istifadəsinə təqdim ediləcək. Onlar inanılmaz dərəcədə böyük işin görüldüyünə şahid olacaqlar.

– Yeni Hesab.az-da xidmətlərin çeşidi artacaqmı?

– Bəli, bununla bərabər, ödənişlərin aparılması daha sürətli və rahat olacaq, borclar  dərhal görünəcək, xərcləmələr qrafik şəklində öz əksini tapacaq və s. 

– Maraqlıdır, Hesab.az dövriyyəyə kart buraxacaqmı?

– Bəli. Hesab.az bu istiqamətdə banklara rəqib olmaq üçün Azərbaycanın ən yaxşı banklarından biri ilə öz kartını buraxmaq üzrə ciddi iş aparır. Bu kartın balansını, oradakı ödənişlər üzrə bəyannaməni, mobil və internet bankçılıq xidmətlərini elə Hesab.az-da görmək olacaq. Bu kartın o qədər güclü loyallıq proqramı olacaq ki, istəyirik ki, hamı bütün nağdsız ödənişlərini elə bu kartla etsin.

Kartlara istənilən köşklərdən pul yükləmək mümkün olacaq. Hər xərcləmədə bəlli bir məbləğ hesaba qaytarılacaq, Hesab.az-dan daha çox bonuslar qazanmaq imkanı olacaq.

– İnsanlar bu kartları necə əldə edə biləcəklər?

– Çox rahat və asan. Həm Hesab.az-dan, həm də tərəfdaşımız olacaq bankdan sifariş edə biləcəklər.

– Niyə məhz kart?  Hesab.az elektron pul kisəsi də yarada bilərdi. Müştərilər əməliyyatları kartlar vasitəsilə deyil, hesabları vasitəsilə nə zaman edəcəklər?

–  Bizim “fintech”də rəqiblərdən birində elektron pul kisəsi mövcuddur. Həmin pul kisəsində aylıq xərcləmə limiti 50 manat, illik min manatdır. Bu limit  təhlükəsizlik tədbirlərini nəzərə alaraq, dövlət tərəfindən təyin edilib. Hesab.az-da ortalama ödəmə 60 manatdır. Dövlət tərəfindən təyin edilmiş limitin qaldırılması üçün istifaçənin fiziki olaraq ofisə gəlməsi və öz şəxsiyyətini təsdiqləməsi lazımdır.

Əgər biz istifadəçini harasa göndəririksə, elə ondansa ona kart verək. Hər yerdə istifadə edə bilsin. Elektron pul kisəsinin  funksiyalarını isə yeni emissiya edəcəyimiz kartalarda cəmləşdirərək bir daşla iki quş vurarıq. Gələcəkdə dövlət bu limitləri dəyişərsə, o zaman biz də pul kisəsi edərik.

– Yeni Hesab.az-da pul köçürmələri xidməti planlaşdırılırmı?

– Bəli. Yeni hesab.az-da bu xidmət də təklif ediləcək. Həm Hesab.az istifadəçiləri arasında pul köçürmələri, həm ölkədaxili pul köçürmələri mümkün olacaq.

Bundan əlavə, biz “Zalatoy Karona”, “Western union” kimi beynəlxalq pulköçürmə şirkətləri ilə müqavilə imzalayaraq ölkələrarası pul köçürmələri aparılmasını təşkil etmək istəyirik.

– Bir çox şirkətlər blokçeyn texnologiyasının tətbiqi üzərində işləyir. Bu yöndə planlarınız varmı?

– Araşdırırıq. Yəqin ki, 2019-2020-ci illərdə bu işlə ciddi məşğul olacağıq.

– Mobil telefon tətbiqi ilə bağlı dəyişiklik nəzərdə tutursunuzmu?

– İndiki mobil telefon tətbiqi bizdə veb üzərindən qurulub. Bu proqramı tamamilə yenidən yazırıq. Orada indiki tətbiqdə olmayan funksiyalar – QR kodla, “NFC” ilə ödənişlər etmək imkanı olacaq.

Sonradan razılaşdıra bilsək, bu funksiyalardan parkinqlərdə, “BakuBus”da və “Bakı Metropoliteni”ndə istifadə edə biləcəyik. Bundan əlavə, istəyirik, kiçik sahibkarlara mobil POS-dan ödənişlər qəbul etmək imkanı yaradaq.

– Bir ara mətbuatda şirkətinizin ilkin kütləvi təkliflə (IPO) bağlı planları barədə məlumatlar gedirdi. O məsələdə yeniliklər varmı?

– Devalvasiyadan əvvəl bu istiqamətdə iki il hazırlıqlar apardıq. Auditdən keçdik, qiymətləndirmə oldu. Azərbaycanda ilk İPO-nu etmək istəyirdik. Devalvasiya bu yöndə qərarlarımızın təxirə salınmasına gətirib çıxardı.

Məsələ gündəmdədir. Söz vermişəm, bunu edəcəyik. Ən böyük arzularımdandır. Məncə, GoldenPay İPO üçün ideal şirkətdir. 2019-cu ildən sonra bu yöndə addımlar atmağı düşünürük.

– Daha hansı biznes istiqamətlərinə fokuslanmağı planlaşdırırsınız?

– 2018-ci ildə iki hədəfimiz var. Yeni Hesab.az-ı, kartımızla birgə bazara çıxarmaq və sığorta satışı bazarında ciddi oyunçuya çevrilmək. 300 min nəfər istifadəçimiz var və heç olmasa, onların 10 faizinə sığorta satışı etmək bizim üçün əsas prioritetdir.

Biz həm də Hesab.az-da kinoteatr, teatr və müxtəlif tədbirlərə biletlərin satışını təşkil etmək istəyirik. “Cinema Plus”, “Park Sinema” ilə artıq müqaviləmiz var. Tezliklə vətəndaşlar Hesab.az vasitəsilə bu iki kinoteatr brendlərində filmlərə biletləri əldə edə biləcəklər.

“Nizami” kinoteatrı və “iticket.az”la danışıqlar gedir. Bütün bunları reallaşdıra bilsək, Hesab.az Azərbaycanda bütün biletlərin satıldığı vahid platformaya çevriləcək.

Bununla bitməyəcək. Hesab.az-da səyahət xidmətləri, alış-veriş məkanı kimi yeniliklər etməyi planlayırıq.

– Yeni viral sığorta satışları ilə bağlı videonuz, yəqin ki, planların başlandığından xəbər verir…

– Bəli. Qeyd etdiyim kimi, Hesab.az artıq ödənişlər platforması yox, həm də müxtəlif xidmətlərin satış platformasıdır. Sığorta da bu il üçün proritetdir. İndi Hesab.az istifadəçiləri avtomobillərin icbari sığortasının bitmə tarixini qeyd etməklə, üç “iPhone X”-dan birini www.hesab.az/iphonex qazana bilərlər.

Biz onların sığortasının bitmə tarixinə bir müddət qalmış onlara sığortanı bizdən 1-2 klikə almaq üçün təkliflər göndərməyə çalışacağıq. Bu gün bu sığorta məhsulu 90% hallarda zənglər vasitəsi ilə satılır.

Bu zənglər istifadəçiləri bezdirir. Hesab.az-dan sığorta alanlar isə rahat ola bilərlər. Onları heç kim bezdirməyəcək.

– Bəs rəqəmsal bank olmaq necə? Belə planlarınız var?

– Bütün yuxarıda sadaladıqlarımı reallaşdırdıqdan sonra ya özümüz lisenziya alıb banka çevrilməliyik, ya da hansısa bank bizi almalıdır. Rəqəmsal banka çevrilmək mənim şəxsən Hesab.az üçün ən böyük arzumdur.

Ümid edirəm ki, qanunverilicikdə ediləcək dəyişikliklərdən sonra bu arzumu yerinə yetirmək asan olacaqdır.

Leyla Əliyeva
Foto: Ehtiram Jabi

www.ÇıxışYolu.Com

Ətraflı
Əli Həsənov: Cəbhədə hər an qarşıdurma baş verə bilər – VİDEO

Əli Həsənov: Cəbhədə hər an qarşıdurma baş verə bilər – VİDEO

Ermənistan bu ikili standartlardan istifadə edərək beynəlxalq təşkilatların, o cümlədən bu münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupunun qərarlarına əməl etmir.

ÇıxışYolu.Com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyənin TRT WORLD telekanalına müsahibəsində deyib.

Prezidentin köməkçisi “TRT WORLD”-ün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, azərbaycanlı əsir və girovların azad edilməsi məsələsində Ermənistanın Azərbaycanla və beynəlxalq təşkilatlarla danışıqlar aparmaq və işləmək niyyəti varmı sualının cavabında bildirib ki, Ermənistan artıq 30 ilə yaxındır Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır:

“İşğal nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvasından didərgin salınaraq qaçqın və məcburi köçkün həyatı yaşayır. BMT Təhlükəsizlik Şurası işğala son qoyulması, Ermənistan ordusunun Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması, qaçqın və köçkünlərin doğma yurdlarına qayıtması barədə dörd qətnamə qəbul edib.

Digər beynəlxalq təşkilatların da bu cür qərar və qətnamələri var. Lakin Ermənistan beynəlxalq qurumların qərar və qətnamələrinə məhəl qoymur, Azərbaycanın torpaqlarını işğal altında saxlamaqda davam edir. Bunun da səbəbi beynəlxalq aləmdə mövcud olan ikili standartlardır. Ermənistan bu ikili standartlardan istifadə edərək beynəlxalq təşkilatların, o cümlədən bu münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupunun qərarlarına əməl etmir.

Münaqişənin sülh yolu ilə həllinə dair Azərbaycanın dəyişməz mövqeyi ondan ibarətdir ki, ölkənin ərazi bütövlüyü bərpa olunmalı, qaçqınlar və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar.

Əsir və girovlarla bağlı məsələyə gəldikdə deməliyəm ki, minlərlə azərbaycanlı hələ də Ermənistanda əsirlikdədir. Azərbaycan bütün əsirləri qaytarsa da, Ermənistan azərbaycanlı əsir və girovları qaytarmaq istəmir. Ermənistan bu məsələdə də beynəlxalq təşkilatların tələblərinə əməl etmir”.

Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşadığı, onların ehtiyaclarının necə ödənildiyi barədə sualı cavablandıran Ə. Həsənov deyib ki, dövlətimiz 30 ilə yaxındır bu qəbildən olan insanların problemlərinin həlli ilə məşğuldur.

O, bildirib ki, Dağlıq Qarabağ müharibəsi başlayanda Azərbaycanın 8 milyon əhalisi var idi:

“Münaqişə nəticəsində əhalimizin hər 8 nəfərindən biri öz doğma yurdundan didərgin düşüb. Onlar çadır şəhərciklərində, yataqxanalarda, uşaq bağçalarında, dəmir yolu vaqonlarında yerləşmişdilər. Azərbaycan hökuməti bu qəbildən vətəndaşlarının sosial-məişət problemlərini həll etmək üçün mühüm qərarlar qəbul etdi və uğurla yerinə yetirdi.

Çadır şəhərcikləri ləğv edildi, yeni qəsəbələr salındı, qaçqın və məcburi köçkünlər mənzillə təmin olundu. Bizim bu qəbildən vətəndaşlarımızın bir istəyi var – doğma yurdlarına qayıtmaq. Onlar inanırlar ki, tezliklə bu arzularına qovuşacaqlar.

Əlbəttə, bu, belə də olacaq. Azərbaycan işğal olunmuş ərazilərindəki şəhərləri, kəndləri, infrastrukturu bərpa edəcək. Amma ən ağrılı məsələ insanların həyatlarını itirmələridir. Ermənistan azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı şəhəri yerlə-yeksan edilib, tarixi, mədəni, dini abidələrimiz dağıdılıb, Xocalının 613 sakini bir gecədə məhv edilib”.

Sonra “Cəbhə xəttində atəşkəsin tez-tez pozulduğunu, 2016-cı ilin aprel ayında hərbi qarşıdurmanın və həmin döyüşlərdə Azərbaycan Ordusunun uğurlu əməliyyatlarının şahidi olduğumuzu, Ermənistan hakimiyyətinin danışıqlar prosesindən boyun qaçırdığını nəzərə alsaq, yeni hərbi qarşıdurmanın başlanması təhlükəsi ehtimalı barədə nə deyə bilərsiniz” sualını cavablandıran Prezidentin köməkçisi bildirib ki, qoşunların təmas xəttində hər an qarşıdurma baş verə və bu da hər an müharibəyə çevrilə bilər:

“Ermənistan hər gün atəşkəsi pozur, işğal etdiyi yüksəkliklərdən kəndlərimizi, dinc sakinlərimizi atəşə tutur. 2016-cı ilin aprelində də belə oldu. Ermənistan ordusu strateji yüksəkliklərdən yaxınlıqdakı kəndləri atəşə tutdu.

Azərbaycan Ordusu məcbur olub əks-hücuma keçdi və böyük uğur qazandı. İnsanlar öz doğma torpaqlarına, ata-baba yurdlarına qayıtmaq istəyirlər. Əgər sülh danışıqları nəticə verməsə Azərbaycan dövləti öz ərazilərini azad etmək üçün bütün vasitələrdən istifadə edəcək.

Azərbaycan Ordusu buna tam hazırdır. Aprel döyüşləri ordumuzun gücünü göstərdi. Təəssüflər olsun ki, Azərbaycana qarşı bu savaşı təkcə Ermənistan həyata keçirmir, bunun arxasında həm də çox güclü erməni lobbisi, həmçinin bəzi beynəlxalq güclər, erməni lobbisi tərəfindən maliyyələşdirilən dairələr, siyasətçilər dayanırlar.

Azərbaycan öz haqq işini müdafiə etmək, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün səylər göstərir. Artıq bir çox uğurlarımız da var.

Dünyanın 10-dan çox ölkəsinin parlamenti, ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Biz bu işi o vaxta qədər davam etdirəcəyik ki, Ermənistan Xocalı soyqırımı zamanı törətdiyi vəhşiliklərə görə Azərbaycan xalqından üzr istəsin”.

 Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə də toxunan Ə. Həsənov qeyd edib ki, bütün məsələlərdə qardaş ölkələrimiz daim bir mövqedən çıxış edir:

“Bilirsiniz ki, Türkiyənin də bölgədə çoxlu problemləri var. Türkiyə həm daxildə, həm də sərhədləri boyunca terrora qarşı mübarizə aparır. Türkiyə müsəlman ölkəsi olduğu üçün Avropada və dünyada ona qarşı bəzi ədalətsiz addımlar atılır.

Azərbaycan da eyni hala məruz qalır. Buna görə də biz Türkiyə ilə bərabər bu problemlərin öhdəsindən birlikdə gəlməliyik. Nə Türkiyə, nə də Azərbaycan dünyada heç bir dövləti hədələmir, nə də dünyanın heç bir ölkəsinin torpaqlarında gözü yoxdur. 

Eyni zamanda, bu iki dövlət öz ərazi toxunulmazlığını, müstəqilliyini və təhlükəsizliyini heç kimə güzəştə getmək niyyətində deyil. Həm Türkiyə, həm də Azərbaycan regionda və dünyada sülhün bərqərar edilməsinə çalışır. Hər iki dövlət bu sahədə nailiyyətlər əldə edib.

Təkrar edirəm, qardaş ölkələrimizin birliyi heç bir başqa ölkənin ərazi bütövlüyünü pozmağa, daxili işlərinə qarışmağa yönəlməyib. Bizim birliyimiz bölgədə və dünyada sülhə, inkişafa və insanlar arasında əmin-amanlığa xidmət edir”.

Azərbaycanın balanslaşdırılmış siyasət yürütdüyünü vurğulayan Ə. Həsənov bildirib ki, bu siyasətin təməlini mərhum Heydər Əliyev qoyub:

“Prezident İlham Əliyev bu siyasəti müasir dövrün çağırışlarına uyğun olaraq davam etdirir. Azərbaycan öz qonşuları ilə münasibətlərində ortaq maraqlar tapmağa çalışır. Biz öz siyasətimizi bu istiqamətdə davam etdiririk.

Artıq Azərbaycanın qlobal mövqeyi Avropada daha aydın görünməyə başlayıb. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan bir sıra qlobal enerji və nəqliyyat layihələrinin müəllifidir. Azərbaycan logistik mərkəzə çevrilib.

Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, TAP layihələri məhz Azərbaycanın təşəbbüsü və dostlarının dəstəyi ilə reallaşıb. Biz Bakı-Tbilisi-Qars dəmir yolunu Türkiyə ilə birgə tikmişik.

Biz Şərq ilə Qərbi dəmir yolu ilə birləşdirməyə nail olmuşuq.Əgər yüklər Çindən Avropaya 35-40 günə çatdırılırdısa, bu, indi yalnız 14 gün çəkəcək. İndi Azərbaycan İran və Rusiya ilə eyni qaydada dəmir yolu çəkir. Azərbaycan bu yolların mərkəzində yerləşir. Biz Azərbaycanın dünyanın mərkəzi olmasını istəyirik. Bütün bu nailiyyətlərə Azərbaycan son 20 ildə nail olub”.

Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə sualı da cavablandıran Ə. Həsənov bildirib ki, biz müstəqillik illərində 15 seçki keçirmişik – beş prezident, beş parlament və beş bələdiyyə seçkisi:

“Seçkilərlə bağlı ölkəmizin yaxşı təcrübəsi var. Azərbaycan növbəti prezident seçkilərini də şəffaf və demokratik keçirməyə nail olacaq. Seçkiləri izləmək üçün beynəlxalq müşahidəçilər dəvət olunub”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com

Ətraflı
“Antaris” MMC – 2017-ci ilin ən yaxşısı

“Antaris” MMC – 2017-ci ilin ən yaxşısı

21 fevral 2018-ci il tarixində Navigator Business Award Mükafatının qalibləri elan edildi. Bu yeni  və ilk gündən ciddi marağa səbəb olan portalın nüfuzu sayəsində biznes dünyasında önəmli yer almış mükafatlandırma mərasimində çox sayda iş adamı, diplomat, dövlət xadimləri iştirak etdi.

Azərbaycan və Gürcüstanın ilk biznes portalı olan “Navigator” portalının təşəbbüsü ilə keçirilən mükafatlandırma mərasimi 2017-ci ilin biznes fəaliyyətinə qiymət verdi. Navigator Business Award Mükafatının “Fairmont Hotel Baku” mehmanxanasında Təqdimetmə Mərasimi keçirildi. Mükafat Azərbaycanda fəaliyyət göstərən 18 min şirkəti əhatə etdi.

“Antaris” MMC şirkəti də iki nominasiyada qalib oldu. Bu, “İlin dəftərxana ləvazimatları” və “İlin poliqrafiya” şirkəti nominasiyaları idi.

“Antaris” MMC-dən başqa qaliblər arasında “Kapital Bank”, “Nar Mobile”, “Zivella” kimi şirkət, bank, təşkilatlar da yer aldı.

Qeyd edək ki, “Antaris” MMC öz fəaliyyətini 2003-cü ildən başlayəb, ofis ləvazimatları təchizatının korporativ bazar lideri mövqeyini qorumaqdadır.

Xatırlatmaq istərdik ki, “Antaris” firması hal-hazırda nəhəng neft və tikinti proyektlərini, bankları, holdinqləri və dövlət müəssisələrini bütün lazımi ofis ləvazimatı ilə təchiz edir.

Şirkətin xidmət sahələri: dəftərxana ləvazimatları, kağız, poliqrafiya, möhür, mebel, seyf və digər ofis interyeri əşyaları, kartric və tonerlər, promo-materiallar, çöl və daxili reklam istehsalı. Şirkət bir çox dünya şöhrətli markaların distribüteridir.

Şirkət web-səhifəsində fəaliyyət növləri barədə ətraflı məlumat əldə etmək mümkündür – www.antaris.az

www.ÇıxışYolu.Com

Ətraflı
İmişlidə ağac kəsənlər cərimələnib

İmişlidə ağac kəsənlər cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi  nəzarət etdiyi İmişli rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib. 

Nazirlikdən ÇıxışYolu.Com-a verilən məlumata görə, keçirilən reyd zamanı İmişli rayon Əliyetməzli kəndi ərazisində, Kür çayının mühafizə zonasında 0,30 ha yaşıllıq sahəsində yaşköküstə 38 ədəd yulğun kolunun və 16-50 sm diametrliyində 21 ədəd qovaq və söyüd ağaclarının kəsildiyi aşkar edilib.

Araşdırma zamanı yulğun kollarının və ağacların İmişli rayon Əliyetməzli kənd sakini Ceyhun Əbdülov tərəfindən kəsildiyi və təbiətə 8510 manat məbləğində ziyan dəydiyi məlum olub. 

Faktla bağlı akt tərtib olunub. 

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

.
www.ÇıxışYolu.Com

Ətraflı
1 3. 754 3. 755 3. 756 3. 757 3. 758 3. 765