İlham Əliyev: Faciənin təkrarlanmaması üçün Azərbaycan güclü olmalıdır

İlham Əliyev: Faciənin təkrarlanmaması üçün Azərbaycan güclü olmalıdır

Bu gün Azərbaycan xalqının tarixində ən qanlı səhifələrdən biridir, azərbaycanlıların soyqırımı günüdür. Bu günü Azərbaycan xalqı həmişə yadda saxlayacaq və heç vaxt unutmayacaq.

ÇıxışYolu.Com xəbər verir ki, bunu fevralın 26-da Azərbaycan prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində deyib.

“Ermənistan 26 il əvvəl azərbaycanlılara qarşı soyqırımı törədib. Bunun nəticəsində 613 dinc sakin öldürülüb, onlardan 106-sı qadın, 63-ü uşaqdır. 1200-dən çox dinc sakin əsir düşüb və işgəncələrə məruz qalıb, 500-ə qədər insan əlil olub, 150 dinc sakin barədə isə heç bir məlumat yoxdur.

Onlar itkin düşmüş sayılırlar, amma onların öldürüldüyü ehtimalı daha çoxdur. Həmin müdhiş gün, həmin qanlı faciə barədə çox sayda video, foto materiallar, möcüzə nəticəsində sağ qalmış insanların şahidliyi var. Bu, erməni faşizminin təzahürü idi. Bu, vəhşiliyin təzahürü idi”, – deyə, Azərbaycan dövlətinin başçısı qeyd edib.

Prezident İlham Əliyev deyib ki, bu gün bütün dünyada “Xocalıya ədalət!” kampaniyası genişlənir:

“Bu günlər dünyanın bir çox ölkələrində matəm tədbirləri keçirilir. Bu günlər Azərbaycanın diaspor təşkilatları, ictimaiyyət “dəyirmi masa”lar, təqdimatlar, sərgilər keçirir. Bütün foto və video sənədlər bu böyük faciə haqqında şahidlik edir. Biz bunu xatırlayırıq. Bunu heç vaxt unutmayacağıq. Bu faciənin heç vaxt təkrarlanmaması üçün Azərbaycan daha güclü olmalıdır.

Siz mənim bu matəm gününü hansı hisslərlə qarşıladığımı soruşdunuz – hər bir azərbaycanlının keçirdiyi hisslərlə, günahsız öldürülənlərə görə dərd, kədər, qurbanlara görə ağrı hissi, eyni zamanda, ölkəmizi möhkəmləndirmək qətiyyəti ilə. Azərbaycan xalqının gələcəkdə heç vaxt belə faciə ilə üzləşməməsi üçün ölkəmizin iqtisadi, hərbi potensialını möhkəmləndirməliyik”.

www.ÇıxışYolu.Com

Ətraflı
Azərbaycan İtaliyaya satır, Rusiyadan alır

Azərbaycan İtaliyaya satır, Rusiyadan alır

Bu ilin yanvar ayında ticarət əməliyyatlarının həcmi 1 727 332.84 min dollar olub. Ticarət dövriyyəsinin 535 255,73 min dolları ixrac, 140 233,14 min dolları idxal əməliyyatlarının payına düşüb.

ÇıxışYolu.Com xəbər verir ki, ticarət dövriyyəsinin müsbət saldosu 395 022,59 min dollar təşkil edib.

Gömrük hesabatına əsasən, İtaliya Azərbaycanın ticarət dövriyyəsində əsas ölkələr siyahısında I yeri tutub. İtaliya ilə ticarət dövriyyəsi 297 817,01 min dollar olub. Bu da ölkənin cəmi ticarət dövriyyəsinin 17,24%-i deməkdir.

İxracda əsas rolu İtaliya oynayıb. Bu ölkənin ixracda payı 26,98% olub. İdxalda isə 18,28 faizlə Rusiya birinci sırada yer alıb. 

MDB ölkələrinə 48 132.65 min dollar, Aİ ölkələrinə isə 535 255.73 min dollar dəyərində məhsul ixrac olunub. 

MDB ölkələrindən 248 867.54 min dollar, Aİ ölkələrindən isə 140 233.14  min dollar dəyərində məhsul idxal edilib. 

L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
Kollegiya: Xocalıdan olan ailələrə pulsuz hüquqi yardım göstəriləcək

Kollegiya: Xocalıdan olan ailələrə pulsuz hüquqi yardım göstəriləcək

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.

ÇıxışYolu.Com-ın məlumatına görə, tədbirdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov 26 fevral 1992-ci ildə Xocalı şəhərində baş vermiş hadisələr barədə ətraflı məlumat verib, törədilən soyqırımının daim təbliğ edilməsinin və beynəlxalq ictimaiyyətə tanıdılmasının əhəmiyyətini qeyd edib.

Tədbirdə Xocalı soyqırımı qurbanlarının hüquqlarının müdafiəsi məsələsinə də toxunulub, vəkillər tərəfindən bu şəxslərə əvəzsiz hüquqi yardım göstərilməsi təklif olunub.

Tədbirdə Xocalı faciəsi ilə bağlı qısa film nümayiş etdirilib, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

www.ÇıxışYolu.Com 

Ətraflı
Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu

Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu

Parlamentin növbəti iclası martın 6-da keçiriləcək.

ÇıxışYolu.Com məlumat verir ki, artıq növbəti plenar iclasın gündəliyi də məlumdur.

Belə ki, gündəliyə 24 məsələ daxil edilib.

Gündəlikdə Birləşmiş Millətlər Təşkilatının “Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulmaq haqqında, “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında Konstitusiya qanununda dəyişiklik edilməsi, Seçki Məcəlləsində dəyişiklik edilməsi,  “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunda dəyişikliklər edilməsi, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi, “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər edilməsi, “Yaşayış minimumu haqqında” qanunda dəyişikliklər edilməsi, “Konstitusiya Məhkəməsi haqqında” qanunda dəyişiklik edilməsi, “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələri var.

Bundan əlavə, “Yaşıllıqların mühafizəsi haqqında”, “Sosial sığorta haqqında” qanunda, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunda, “Milli Məclis deputatının statusu haqqında” qanunda, “Sosial müavinətlər haqqında”, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunda, “Dövlət rüsumu haqqında” qanunda, Ticarət Gəmiçiliyi, Şəhərsalma və Tikinti, Cinayət, İnzibati Xətalar Məcəllələrində dəyişikliklər edilməsi təklif edilir.

“Ələt azad iqtisadi zonası haqqında” və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihələri də iclasın gündəliyində yer alıb.

www.ÇıxışYolu.Com

Ətraflı
55 dövlət əmlakı hərraca çıxarıldı – RƏSMİ

55 dövlət əmlakı hərraca çıxarıldı – RƏSMİ

Fevralın 27-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yeni hərrac keçiriləcək.

ÇıxışYolu.Com xəbər verir ki, ümumilikdə hərraca 55 dövlət əmlakı çıxarılıb.

Bunlardan 23-ü səhmdar cəmiyyəti, beşi kiçik dövlət müəssisə və obyekti, 16-sı istifadəsiz qeyri-yaşayış sahəsi, 11-i isə nəqliyyat vasitəsidir. Dövlət əmlaklarının çox çeşidli olması investorların həm iri, həm də kiçik biznes layihələrinin reallaşdırılmasına imkan verir.

Hərracda əmlak sahibi olmaq istəyən vətəndaşın cəmi iki sadə proseduru yerinə yetirməsi kifayətdir. Birinci komitənin elektron xidmətlər portalı vasitəsi ilə sifariş verilir, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10%-i məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanılır. Qeyd edilməlidir ki, sifarişlər hərracın keçirilməsinə üç bank günü qalanadək verilməlidir.

Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektin dördü torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb.

Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Şirvan, Zaqatala, Ağstafa və Cəlilabad rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Şirvan Mexanizasiya Sahəsi, Zaqatalada yerləşən 9 saylı Səyyar Mexanikləşdirilmiş Dəstəsi kimi iri dövlət əmlakları var.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Hacıqabulda yerləşən 12/1 saylı mağazanı nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində əlverişli obyektdir. Obyektin ümumi faydalı sahəsi 70 kv.m-ə yaxındır.   

Özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən altısı paytaxtda, səkkizi Sumqayıtda, qalanları isə Mingəçevir şəhərində, Ağdaş rayonunda yerləşir. Hərraca çıxarılan belə əmlakların sahəsi 18 kv.m ilə 124 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.

Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Mingəçevir Qum Çınqıl”, “Yevlax Kəndkimya Təchizat”, “Astara çay-3”, “Şıxlar Broyler”, “Ağcabədi Aqrotexservis”, “Ucar ağac emalı” kimi səhmdar cəmiyyətlər var.

Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Prosesə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin markaları da müxtəlifdir. Həmin avtomobillərin buraxılış tarixləri 2004-2008-ci illəri əhatə edir.

L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
Xəzərdə itkin düşmüş iranlı dənizçi axtarılır

Xəzərdə itkin düşmüş iranlı dənizçi axtarılır

Dünən axşam saatlarında İran İslam Respublikasının Port və Dəniz Administrasiyasından Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İran bayrağı altında üzən “TARADİS” yük gəmisinin Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan hissəsində olarkən bir nəfər heyət üzvünün itkin düşməsi ilə əlaqədar axtarışların aparılması üçün müraciət daxil olub.

Bu barədə ÇıxışYolu.Com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Məlumat aidiyyəti dövlət qurumlarına ötürülüb.

Fevralın 26-da, səhər saatlarından Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin iki gəmisi axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.​

www.ÇıxışYolu.Com

Ətraflı
Nazir: Ağacları kəsənlər elə sıravi vətəndaşlardır

Nazir: Ağacları kəsənlər elə sıravi vətəndaşlardır

Son iki ildə qanunsuz ağac kəsimləri ilə bağlı şikayətlər kifayət qədər azalıb.

ÇıxışYolu.Com xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, təbiəti qorumaq tək hüquq-mühafizə orqanlarından, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, hər hansı bir məmurdan asılı olmamalıdır:

“Ağacları kəsib, onu maşına yükləyib gizli şəkildə gətirən şəbəkə üzvləri elə sıravi vətəndaşlardır. Yaşıllıq olan ərazilərdə biznesmenlər, iş adamları daha diqqətli olmalı, düşünməli və belə ərazilərdə iş görməməlidirlər. 

Nazirlik bu məsələ ilə bağlı polis orqanları ilə əməkdaşlıq edir. Qanunsuz ağac kəsimləri ilə məşğul olan şəxslər polis əməkdaşları tərəfindən tapılıb cəzalandırılır.

Əgər biz təbiəti seviriksə, onu qorumalıyıq. Qanunsuz ağac kəsimi ilə məşğul olanlar sıravi vətəndaşlardır. İnsanlar düşünmürlər ki, Azərbaycan və zərər vurduqları təbiət onlarındır”.

.
www.ÇıxışYolu.Com

Ətraflı
“Nar” və “Microsoft Imagine Cup”ın uğurlu startapı fəaliyyətə başladı

“Nar” və “Microsoft Imagine Cup”ın uğurlu startapı fəaliyyətə başladı

Gənc kadrların formalaşmasına, onların bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verən “Nar” operatoru “Microsoft Imagine Cup” innovasiya müsabiqəsinə dəstək verməyə davam edir.

ÇıxışYolu.Com-a verilən məlumata görə, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müəllif Hüquqları Agentliyi, “Microsoft Azerbaijan” şirkəti, “Paşa Bank” və “Nar” tərəfindən ənənəvi olaraq dəstəklənən “Microsoft Imagine Cup” dünya tələbələri arasında hər il keçirilən ən miqyaslı innovasiya müsabiqəsidir.

Milli mərhələ çərçivəsində komandalar layihələrini ekspertlərdən ibarət olan münsiflər heyətinə təqdim edəcəklər. Sözügedən turun qalibləri “Imagine Cup 2018”-in ABŞ-da keçiriləcək finalında iştirak etmək, layihənin gələcək inkişafı üçün nəzərdə tutulan və müsabiqənin əsas mükafatı sayılan 100 000 ABŞ dolları uğrunda mübarizə aparmaq imkanı əldə edəcəklər.

“Imagine Cup 2018” müsabiqəsinin Milli turu çərçivəsində münsiflər heyəti unikal fikirlər, yenilikçi texnoloji həllər, öz layihələrini layiqincə təqdimetmə bacarığını qiymətləndirəcək, gənc ixtiraçılara “Made in Azerbaijan” məhsullarını yaratmaqda dəstək olacaqlar. Ərizələrin onlayn təqdim edilməsi mərhələsi 2018-ci il fevral ayının 26-dək davam edəcək ki, burada layihənin təsviri, prototipi və onun inkişafının yaxın perspektivləri öz əksini tapmalıdır.

Bu il əlavə olaraq daha 3 nominasiya üzrə seçim aparılacaq: “Mixed Reality”, “Artificial Intelligence”, “Big Data”.

Təhsil, elm və mədəniyyətin inkişafı “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyasının başlıca prioritetlərindəndir. Mobil operatorun KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək mümkündür.

Qeyd edək ki, “Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.

“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.

“Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.ÇıxışYolu.Com

Ətraflı
Xocalı soyqırımı necə baş verdi?

Xocalı soyqırımı necə baş verdi?

26 fevral 1992-ci ildə erməni quldurları tərəfindən Xocalı şəhərinin yeddi min nəfərlik əhalisinə qarşı soyqırım törədilib.

Xocalı soyqırımını törədənlər haqqında məlumatlar, şəhər sakinlərinin şahid ifadələri, həmçinin bu hadisənin digər vaxtlarda baş vermiş hadisələrlə qarşılıqlı əlaqəsi haqqında materialların toplandığı kiçik xronologiyanı oxuculara təqdim edirik:

Bu, necə oldu?..

Xocalıya hücum zamanı ermənilər bilərəkdən şəhərin şərq tərəfini açıq saxlayıb. Söhbət şəhərin Ağdam şəhərinə açılan hissəsindən gedir. Gecənin zülmətində yarıçılpaq, bayğın vəziyyətdə hərəkət edən, addımbaşı düşmənin atəşi ilə üzləşən xocalılılar intuitiv olaraq nisbi sakit görünən şərq istiqamətində qaçırdı.  

Xocalılılar fevralın mənfi 12 dərəcəli şaxtasında Qarqar çayını keçirdilər. Halbuki onların ifadələrinə görə, çayın qarşı sahilində erməni kəşfiyyat qrupu mövqe tuturdu və şəhərdən qaçan insanların istiqamətləri barədə öz qərargahlarına operativ məlumatlar ötürürdü.

Sözügedən “humanitar dəhliz”də xocalılılar azı üç erməni pusqusu ilə üzləşmişdi. Onların ilk qrupu Qarqarçayın qarşı sahilində güllələndi və əsir götürüldü. Ermənilər buz kimi soyuq sudan quruya çıxan xocalılıları pulemyot atəşinə tuturdu. Daha sonra Ağdama aparan yolda yerləşən Ağgədik (erməni) kəndində xocalılılar yenidən erməni pusqusuna düşdü.

Bu qrup böyük itki verdi və çoxları əsir düşdü. Mühasirədən sağ çıxanlar isə Naxçıvanlı kəndi istiqmətində qaçırdı. O kənd ki, Xocalıya hücumdan bir neçə saat əvvəl ermənilər onun guya Azərbaycan silahlı qüvvələri tərəfindən azad edildiyi barədə dezinformasiya yaymışdı.

Xocalılılar xilas olacaqlarını güman edərək, həmin istiqamətdə qaçırdılar. Onların xilas olmuş qrupu Əskəran şosesinə çatdıqda, artıq dan yeri sökülmüşdü və artıq gizlənə biləcəkləri meşəlik sahə yox idi. Havanın açılmasından sonra düzənlikdə olan sakinlər kənardan “ovucun içində olan kimi” aydın seçilirdilər.

Burada, Naxçıvanlının astanasında onları növbəti erməni pusqusu gözləyirdi. Həmin yerdə əsas qətliam törədildi, hücumdan sağ çıxmış sakinlərin əksəriyyəti öldürüldü. Ermənilər düzənlik ərazidə olan və asan hədəfə çevrilən qadınları, uşaqları, qocaları soyuqqanlı şəkildə güllələyirdi. 

Gülablı kəndi yaxınlığında, sonra isə Şelli kəndinin girişində pusqular vardı. Həmin pusqularda çox sayda insan qətlə yetirildi.

Sumqayıt hadisələri və Xocalı soyqırımı arasındakı tarixi əlaqə

Xocalı qırğınından sonra Ermənistanda belə bir söhbət yayılmışdı ki, Azərbaycan şəhərinə hücum etməklə ermənilər 1988-ci ilin Sumqayıt hadisələrini qeyd etməyə çalışır. Məhz buna görə 25 fevral tarixi seçilmişdi. Həmin gün ermənilər şəhəri 10-11 istiqamətdən davamlı şəkildə atəşə tutdu, atışma sıx raket zərbələri ilə müşayiət olunurdu.

ARAYIŞ: 1988-ci ilin məlum “Sumqayıt hadisələri” ermənilərin özləri tərəfindən Dağlıq Qarabağa olan ərazi iddialarını əsaslandırmaq məqsədilə planlaşdırılıb.

Belə bir sual yaranır: Ermənilər bu qanlı akt üçün Xocalını seçməklə hansı məqsədi güdüb?

Bir tərəfdən məqsəd Dağlıq Qarabağda ermənilərin planlarına əngəl törədən strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən Xocalını yer üzündən silmək idi. Ona görə ki, Xocalı Azərbaycanın qədim dövrlərdən müasir zamana kimi tarixi-mədəni irsini təmsil edən yaşayış məntəqələrindən idi. Bu xüsusi mədəniyyət  tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşüb.

Xocalı kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, o cümlədən müxtəlif tarixi əşyaları insan cəmiyyətinin inkişaf dinamikasini özündə əks etdirir. İşğaldan sonra bütün bu maddi-tarixi abidələrin məhv edilməsi, həmçinin ağır texnikanın köməyi ilə dünyanın ən qədim məzarlıqlarında sayılan Xocalı qəbiristanlığının dağıdılması təkcə erməni vandallığının baris nümunəsi deyil, eyni zamanda, ümumdünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalının Əntiqə adlı sakini “bu torpaqlar böyük Ermənistana aiddir” ifadəsini işlətməkdən imtina etdiyi üçün diri-diri yandırılıb. Xocalının digər sakini Səriyyə Talıbova erməni qəbri üzərində dörd məhsəti türkü və üç azərbaycanlının başının kəsildiyini, daha iki azərbaycanlının gözlərinin çıxarıldığını dilə gətirib.

“Bu gün Azərbaycan Xocalı faciəsi hadisələrinin araşdırılması üzrə beynəlxalq tribunalın yaradılması istiqamətində ciddi addımlar atır. Xocalı soyqırımını törətməkdə günahkar olanların cinayət məsuliyyətinə cəlb olunmasına nail olmaq çün bu proses Beynəlxaq Haaqa tribunalı səviyyəsində qaldırılmalıdır. 

Bu cinayətkarlar arasında Ermənistanın indiki prezidenti Serj Sarkisyan, keçmiş prezidenti Robert Koçaryan, müdafiə naziri Seyran Ohanyan və digər yüksək vəzifəli erməni məmurlar yer alır”, – deyə Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov bildirir.

Onun sözlərinə görə, Xocalının azərbaycanlı əhalisinə qarşı törədilən soyqırıma erməni dəstələri tərəfindən törədilmiş böyük cinayət olaraq baxmaq lazımdır. Bu cinayətlərə vahid şəkildə baxsaq, baş verən faciənin böyük şəklini hazırlamaq, Qarabağ müharibəsi hadisələrinin səbəbləri və nəticələrində daha geniş prizmadan nəzər salmaq olar. 

Üstəlik, belə qiymətləndirmə Azərbaycan ərazisində kütləvi etnik təmizləmələr və insanlığa qarşı cinayətlər törətmək üzrə dünya erməniliyinin metodlarını daha təfsilatlı şəkildə təhlil etməyə imkan verir.

Xatırlatmaq istərdik ki, erməni biləşmələrinin Xocalıda törətdiyi vəhşiliklər nəticəsində 613 nəfər öldürülüb, 487 nəfər əlil olub, 1275 dinc sakin – qocalar, qadınlar, uşaqlar əsir düşərək işgəncələrə və təhqirlərə məruz qalıb.

www.ÇıxışYolu.Com

Ətraflı
1 3. 755 3. 756 3. 757 3. 758 3. 759 3. 765