Milli Məclisdə monopolistlərə qarşı etiraz səsləndi

Milli Məclisdə monopolistlərə qarşı etiraz səsləndi

Deputat Fərəc Quliyev Novruzqabağı bazarlarda bahalaşmadan danışıb. 

ÇıxışYolu.Com xəbər verir ki, o, parlamentin bu gün keçirilən iclasında qeyd edib ki, qarşıdan Novruz bayramı gəlir və adətən, bayramqabağı bazarlarda qiymət artımı olur: 

“Buna görə bayramqabağı bahalaşma nəzarətə götürülməlidir. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artdığı halda, ucuzlaşma əvəzinə bahalaşma olması absurddur. 

Müvafiq icra strukturları monopolistlərə qarşı tədbirlər görməlidir. Kəndlilərin öz məhsullarını birbaşa bazara çıxarmasına şərait yaradılmalıdır. Çünki arada olan vasitəçilər qiymətləri süni şəkildə artırır”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com

Ətraflı
Azərbaycan və Türkiyə ticarətdə dollardan imtina edə biləcəkmi? – ŞƏRH

Azərbaycan və Türkiyə ticarətdə dollardan imtina edə biləcəkmi? – ŞƏRH

Azərbaycan və Türkiyə yaxın gələcəkdə xarici ticarət əməliyyatları zamanı hesablaşmalarda milli valyutadan istifadəyə keçə bilər.

ÇıxışYolu.Com xəbər verir ki, bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybçeki deyib.

O bildirib ki, hər iki ölkənin dövlət başçısının bu istiqamətdə Mərkəzi Bankların rəhbərliyinə tapşırığı var:

“Texniki işlər, demək olar ki tamamlanıb”.

Nəzərə çatdıraq ki, bir müddət əvvəl Rusiya və Turkiyə dollardan aslılığı aradan qaldırmaq üçün idxal-ixrac əməlyatlarını milli valyutada aparacaqlarını bəyan etmişdilər, lakin hələ də ortada  real nəticə yoxdur. Səbəb iqtisadi səmərə baxımdan ortaq nöqtələrin araşdırılmasının davam etdirilməsidir. 

ÇıxışYolu.Com-a açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov bildirdi ki, Azərbaycanla Türkiyə arasında ticarət əməliyyatlarının lirə və yaxud manatla aparılması bir neçə dəfə gündəmə gətirilib:

“Ötən müddətdə bu istiqamətdə razılığın əldə edilməsi mümkün olmayıb. Düşünürəm, indiki məqamda Azərbaycan üçün milli valyutada ticarət əməliyyatlarının aparılması prioritet deyil. Dollar dünya ticarətindəki dominant mövqeyini qoruyub-saxlayır.

Region ölkələri üçün ticarət əməliyyatlarını bu valyutada aparmaq daha məqsədəuyğundur. Həttə dollardan imtina ediləcəyi halda digər valyutalarla idxal-ixrac əməliyyatlarının aparılması real görünmür. Dolları avro və yaxud digər dönərli valyuta əvəzləyə bilər”.

Türk lirəsinin son illər üzrə məzənnəsinə diqqət çəkən ekspert deyir ki, lirədə ciddi dəyişikliklər var:

“Xüsusilə, Türkiyədə siyasi faktorlar da lirənin məzənnəsinə təsir edir. Məsələn, ABŞ-ın Türkiyəyə qarşı sanksiyası lirənin ucuzlaşmasına gətirib-çıxardı. Lirə stabil valyuta deyil. Bu səbəbdən də lirə ilə alqı-satqı əməliyyatlarının aparılması strateji baxımdan gündəmdə deyil.

Başqa tərəfdən, xarici ticarət əməliyyatları milli valyutalarla aparılacağı təqdirdə, dollara ehtiyac var. Çünki milli valyutaların məzənnəsi birbaşa deyil, çarpaz müəyyənləşir. Hər iki valyutanın – lirə və manatın birbaşa məzənnəsi dollarladır.

Konvertasiya yenə də dollar üzərindən həyata keçirildiyindən xarici ticarət milli valyutalarla aparılacağı təqdirdə belə dolları sıxışdırmaq mümkün olmayacaq. İki ölkə arasında ticarət əlaqələrini genişləndirmək vacibdir. Ancaq indiki halda, dolların mövqeyini, ölkələrin ABŞ valyutasına olan tələbini nəzərə alsaq, ticari əməliyyatların bu valyuta ilə aparılması daha məqsədəuyğundur”.

L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediləcək

Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediləcək

Milli Məclisin bu  gün keçirilən iclasında Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlanacaq.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə spiker Oqtay Əsədov plenar iclasda məlumat verib. 

O qeyd edib ki, hazırda parlamentin 20-yə yaxın üzvü Xocalı faciəsinin ildönümü ilə bağlı dünyanın müxtəlif ölkələrində tədbirlərdə iştirak edir: 

“Başqa bir neçə millət vəkilinin xarici ölkələrdəki tədbirlərə qatılması gözlənilir. 

Parlament adından beynəlxalq təşkilatlara bəyanat ünvanlanması nəzərdə tutulur”.

Kamil Həmzəoğlu
www.ÇıxışYolu.Com

Ətraflı
Deputat: Azərbaycanda siyasi məhbus yoxdur

Deputat: Azərbaycanda siyasi məhbus yoxdur

Azərbaycanda siyasi baxışlarına, siyasi davranışlarına görə indiyə kimi heç bir şəxs məsuliyyətə cəlb edilməyib. 

ÇıxışYolu.Com xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib. 

O xatırladıb ki, bu proses 1993-cü ildən belədir:

“Düzdür, başqa hakimiyyətlərin dövründə belə şeylər olub. Amma bizim hakimiyyətimiz dövründə bu cür addımlar olmayıb. Kiminsə törətdiyi əməldə cinayət tərkibi varsa, o, partiya mənsubiyyətindən asılı olmayaraq, məsuliyyətə cəlb edilib.

Bəzən mənim adımdan mətbuatda müəyyən məlumatlar yazılır ki, guya Azərbaycanda siyasi məhbus var. Amma bir daha bildirmək istəyirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur. Azərbaycan qanuni, hüquqi dövlətdir. Qanunun aliliyi hər şeydən üstündür”.

Spiker Oqtay Əsədov da S. Novruzova bu məsələni qaldırdığına görə təşəkkür edib. O xatırladıb ki, parlamentin komitə sədri Əli Hüseynliyə cinayət qanunvericiliyə ilə bağlı müvafiq qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi hazırlamağı tapşırıb. 

Kamil Həmzəoğlu
www.ÇıxışYolu.Com

Ətraflı
İdxalda qida, ixracda neft lider olub

İdxalda qida, ixracda neft lider olub

Bu ilin yanvar ayında ölkəyə 99 210.17 dollar yeyinti məhsulları idxal olunub. 

Gömrük Komitəsindən ÇıxışYolu.Com-a verilən məlumata görə, yeyinti məhsulları idxalın 14 faizini təşkil edib.

Ölkəyə 3 011.33 ton ət, 25 793.39 ton meyvə tərəvəz idxal olunub. 

İxracın 84.22 faizini xam neft təşkil edib. Bir ayda Azərbaycan 1 811 648.84 ton neft ixrac edib. Qaz ixracı ümumi ixracın 2.19 faizinə bərabər olub. Qeyri-neft məhsullarından ixracın strukturunda meyvə, tərəvəz və çay üstünlük təşkil edib.

Ümumilikdə idxalın həcmi yanvar ayında 688 625.61 min dollar təşkil edib. 4 623 ədəd mal çeşidi idxal olunub. İxrac əməliyyatları 1 038 707.23 min dollar təşkil edib. Ölkədən 922 adda məhsul göndərilib.  

L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
YAP İlham Əliyev üçün toplanmış imzaları MSK-ya təqdim edib

YAP İlham Əliyev üçün toplanmış imzaları MSK-ya təqdim edib

Yeni Azərbaycan Partiyası (YAP) İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin qeydə alınması üçün toplanmış seçici imzalarını Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Bu barədə ÇıxışYolu.Com-a YAP-dan məlumat verilib.

Məlumatda bildirilir ki, partiya İlham Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün mövcud 125 dairənin hər birinin ərazisində imzatoplama aksiyası keçirib.

YAP-ın 2018-ci il fevral ayının 8-də keçirilmiş VI qurultayında aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

www.ÇıxışYolu.Com

Ətraflı
Ölkə vətəndaşlarının bir ildə aldığı dolların həcmi açıqlandı

Ölkə vətəndaşlarının bir ildə aldığı dolların həcmi açıqlandı

2017-ci il ərzində valyuta bazarının ümumi həcmi ötən illə müqayisədə azalıb. 

ÇıxışYolu.Com Mərkəzi Banka istinadən xəbər verir ki, 2016-cı illə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 5.8%, avro ilə əməliyyatların həcmi isə 5.4% azalıb. 

Dövr ərzində valyuta bazarında əməliyyatların 83%-i ABŞ dollarında, 17%-i digər valyutalarda aparılıb. Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib.

Banklar tərəfindən 2016-cı il ərzində 445.4 mln. ABŞ dolları xalis valyuta satışı həyata keçirildiyi halda, 2017-ci ildə 26.5 mln. ABŞ dolları xalis satış həyata keçirilib ki, bu da manatın məzənnəsinin sabitliyi ilə əlaqədardır.

L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
Bakıya heyran olan yeni zelandiyalı ölkəsində kafe açıb – FOTO

Bakıya heyran olan yeni zelandiyalı ölkəsində kafe açıb – FOTO

Yeni Zelandiyanın Taupo şəhərinin düz mərkəzində “Cafe Baku” adlı kafe açılıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə məlumatı səyyah Baba Ağayev sosial şəbəkədəki hesabında paylaşıb.

B. Ağayev qeyd edib ki, kafenin sahibi Yeni Zelandiyalıdır, o, Formula-1 yarışlarının  həvəskarıdır:

“Həmin sahibkar 2016-cı ildə Bakıda ilk dəfə keçirilən Formula-1-ə gəlib. Həm yarışı, həm təşkilatçılığı, həm də Bakını o qədər bəyənib ki, 5-6 ay sonra açdığı kafenin adını məhz “Cafe Baku” qoyub”.

Elvin Əhmədov
www.ÇıxışYolu.Com

Ətraflı
Ərəblər əylənməyə qərar verdi: Milyardlar xərclənəcək

Ərəblər əylənməyə qərar verdi: Milyardlar xərclənəcək

Səudiyyə Ərəbistanı iqtisadi və sosial islahatlar çərçivəsində 10 il ərzində əyləncə sektoruna 64 milyard dollar investisiya yatırmağa hazırlaşır. 

ÇıxışYolu.Com xarici mətbuata istinadən xəbər verir ki, bu məqsədlə yaxın zamanlarda ölkədə konsert və əyləncəli tədbirlər təşkil ediləcək.

Əyləncə İşləri Agentliyinin sədri Əhməd bin Əqəl əl-Xatib bildirib ki, investisiyaların maliyyələşdirilməsi həm dövlət, həm də özəl sektor tərəfindən təmin olunacaq.

Qeyd edək ki, ərəblər 2018-ci ildə 56 şəhərdə 5000-dən çox tədbir planlaşdırırlar:

“Biz artıq infrastrukturu qururuq, 2020-ci ildə böyük dəyişikliyə şahidlik edəcəksiniz”. 

O da məlum olub ki, Səudiyyədə ilk dəfə opera binası inşa ediləcək:

“Artıq binanın təməlatması baş tutub. Tədbirlərin keçirilməsi üçün infrastrukturun yaradılmasında 500 şirkət iştirak edəcək”. 

Bu arada, gələn ay 35 illik qadağadan sonra ölkədə ilk kinoteatrlar açılacaq.

 L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
İlham Əliyev: Ölkəmizdə yeddi yeni aeroport inşa edilib – YENİLƏNİB

İlham Əliyev: Ölkəmizdə yeddi yeni aeroport inşa edilib – YENİLƏNİB

Azərbaycan prezidenti İlham Əliyev “Boeing Commercial Airplanes” şirkətinin prezidenti və baş icraçı direktoru Kevin Mak Alisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ÇıxışYolu.Com-ın məlumatına görə, dövlət başçısı Azərbaycan ilə “Boeing” şirkəti arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyini və bu şirkətin istehsal etdiyi 20-yə yaxın təyyarənin Azərbaycan mülki aviasiyası tərəfindən alındığını vurğulayıb.

Ölkəmizin hazırda çox müasir və keyfiyyətli hava donanmasına malik olduğunu qeyd edən prezident İlham Əliyev bildirib ki, Azərbaycan Hava Yollarının çox yaxşı reputasiyası var. Dövlət başçısı Azərbaycanın artıq beynəlxalq nəqliyyat qovşağına çevrilməkdə olduğunu deyib.

Prezident İlham Əliyev Azərbaycanda nəqliyyat və infrastruktur sahəsində böyük nailiyyətlərin əldə edildiyini bildirərək, son illər ölkəmizdə altısı beynəlxalq aeroport olmaqla, yeddi yeni aeroportun inşa edildiyini, ən müasir səviyyədə yükdaşıma və nəqliyyat təyyarələrin fəaliyyət göstərdiyini vurğulayıb.

Eyni zamanda, prezident İlham Əliyev Azərbaycanda bütün növ müasir gəmilər istehsal edən gəmiqayırma zavodu, müasir dəmir yolu infrastrukturu yaradıldığını və avtomobil yollarının inşa edildiyini deyib.

Dövlət başçısı yüklərin hava nəqliyyatı vasitəsilə daşınmasına toxunaraq, Azərbaycanın təkcə regionda deyil, qlobal karqo trafikdə artıq mühüm rol oynadığını vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın “Boeing” şirkəti ilə əməkdaşlığının bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.

Qonaq isə Azərbaycanla, o cümlədən AZAL şirkəti ilə əməkdaşlıqdan böyük məmnunluq hissi duyduğunu deyib və ölkəmizlə çox güclü əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. O, “Boeing” şirkəti adından Azərbaycanın gələcək inkişafına böyük inamla yanaşdıqlarını bildirərək, əlaqələrimizin bundan sonra daha da genişlənəcəyinə əminliyi ifadə edib.

Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin bir çox sahələri əhatə etdiyi bildirilib və əlaqələrimizin uğurla inkişaf etdiyi vurğulanıb.

10:19

Azərbaycan prezidenti İlham Əliyev fevralın 23-də “Boeing Commmercial Airplane” şirkətinin prezidenti və baş icraçı direktoru Kevin Mak Alisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumata yayıb.

www.ÇıxışYolu.Com

Ətraflı
1 3. 760 3. 761 3. 762 3. 763 3. 764 3. 765