Yanğında ölənlərdən biri həkim olub

Yanğında ölənlərdən biri həkim olub

Martın 2-də Narkoloji Dispanserdə baş verən yanğın zamanı ölənlərin əksəriyyətinin kimliyi artıq müəyyənləşib.

ÇıxışYolu.Com-ın məlumatına görə, həmin şəxslərdən biri dispanserdə müalicə alan və əvvəl stomatoloq işləmiş Azər Sadəddinovdur.

Bu haqda Teymur Səmədov adlı sosial şəbəkə istifadəçisi paylaşım edərək məlumat verib:

“Yanğında həlak olanlardan biri də Azər Sadəddinovdur. O, həmin dispanserdə diş həkimi işləyib. Yaxşı insan idi. Ölümünə inana bilmirəm”.

Qeyd edək ki, Azər Sadəddinov tanınmış hüquq müdafiəçisi Murad Sadəddinovun qardaşıdır.

Elvin Paşazadə
www.Azpress.news

Ətraflı
Hava kəskin dəyişəcək: Yağış və qar yağacaq

Hava kəskin dəyişəcək: Yağış və qar yağacaq

Martın 5-də Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. 

Bu barədə ÇıxışYolu.Com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bəzi rayonlarda martın 5-i axşamdan martın 7-si səhərədək arabir yağış, dağlıq rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.  

www.ÇıxışYolu.Com

Ətraflı
Lukaşenko İlham Əliyevə başsağlığı verib

Lukaşenko İlham Əliyevə başsağlığı verib

Belarus prezidenti Aleksandr Lukaşenko Respublika Narkoloji Dispanserində baş vermiş yanğının faciəvi fəsadları ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

Belarus Bakının Respublika Narkoloji Dispanserində baş vermiş və insan ölümü ilə nəticələnmiş yanğınla bağlı xəbəri dərin hüzn hissi ilə qəbul edib, deyə məlumatda qeyd olunur.

Belarus dövlətinin lideri yanğın zamanı xəsarət alanlara şəfa diləyərək, ən yaxın zamanda sağalmalarını təmənni etdiyini bildirib.

www.ÇıxışYolu.Com

Ətraflı
Dispanserdə baş vermiş yanğınla əlaqədar “Qaynar xətt” yaradıldı

Dispanserdə baş vermiş yanğınla əlaqədar “Qaynar xətt” yaradıldı

Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar “Qaynar xətt” yaradılıb.

Bu barədə ÇıxışYolu.Com-a Baş Prokurorluqdan məlumat daxil olub

 Martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində baş vermiş və ağır nəticələrə səbəb olmuş yanğın faktına görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin olunub.

Hazırda iş üzrə Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hadisə nəticəsində zərər çəkmiş şəxslərin qohumlarından, hadisənin şahidi olan şəxslərdən, habelə digər vətəndaşlardan onları maraqlandıran məsələlərlə bağlı yaradılmış Baş Prokurorluğun 441-59-77, Daxili İşlər Nazirliyinin 590-93-31, Fövqəladə Hallar Nazirliyinin 512-33-00 və Səhiyyə Nazirliyinin 91-03 nömrəli “Qaynar xətt” telefonları ilə əlaqə saxlamaları xahiş olunur. 

www.ÇıxışYolu.Com

Ətraflı
Vyaçeslav Volodin yanğınla bağlı Oqtay Əsədova başsağlığı verdi

Vyaçeslav Volodin yanğınla bağlı Oqtay Əsədova başsağlığı verdi

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Bakı Narkoloji Dispanserində baş verən yanğınla əlaqədar Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədova başsağlığı verib.

ÇıxışYolu.Com Dumanın rəsmi saytına istinadən xəbər verir ki, spiker Rusiya Dövlət Dumasının deputatları və öz adından Narkoloji Mərkəzdə yanğın nəticəsində həyatını itirənlərlə bağlı dərin hüznünü çatdırıb:

“Ölənlərin yaxınlarına başsağlığımızı çatdırmağınızı xahiş edir, yaralıların tez bir zamanda sağalmasını arzulayırıq”.

www.ÇıxışYolu.Com

Ətraflı
Prezident bitkiçiliyin inkişafı ilə bağlı sərəncam verdi

Prezident bitkiçiliyin inkişafı ilə bağlı sərəncam verdi

Prezident İlham Əliyev “Bitkiçilikdə intensiv inkişafın təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

ÇıxışYolu.Com xəbər verir ki, sərəncamda deyilir: 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını stimullaşdırmaq və bitkiçiliyin intensiv inkişafını təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin və ölkədə sənaye üsulu ilə istehsal olunan biohumusun satış qiymətinə genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinin və çoxillik əkmələrin hər hektarına görə tətbiq edilən güzəştin ümumi məbləğinin yuxarı həddinin 50 faiz, pestisidlərin satış qiymətinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddinin isə 5 dəfə artırılmasını təmin etsin;

2. bu Sərəncamın 1-ci hissəsi ilə bağlı tədbirlərin 2018-ci ildə maliyyələşdirilməsinin “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.10.1.6-cı yarımbəndində “Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər” üzrə nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməsini, növbəti illərdə tələb olunacaq vəsaitin isə hər il dövlət büdcəsində müvafiq qaydada nəzərə alınmasını təmin etsin;

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

www.ÇıxışYolu.Com

Ətraflı
Azərbaycan Gürcüstanın qida istehsalı təcrübəsini öyrənir

Azərbaycan Gürcüstanın qida istehsalı təcrübəsini öyrənir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti 26 fevral-1 mart tarixləri arasında Gürcüstanda səfərdə olub. 

ÇıxışYolu.Com xəbər verir ki, Gürcüstanın Milli Qida Agentliyinin fəaliyyəti ilə yaxından tanış olan Agentlik əməkdaşları səfər çərçivəsində Tbilisidə yerləşən mərkəzi ofis və Şida-Kartli regionunda olub.

AQTA-nın nümayəndə heyəti burada ət kəsimi yerləri, qida məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin fəaliyyəti, ticarət və ictimai iaşə obyektlərinin sanitar-gigiyenik şəraiti haqqında ətraflı müzakirələr aparıb. 

Nümayəndə heyəti dörd günlük səfər çərçivəsində Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihələr, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin laboratoriyası və Milli Şərab Agentliyi ilə də  tanış olub.

Səfər çərçivəsində baytarlıq və fitosanitar sahədə həyata keçirilən dövlət nəzarəti ilə də tanış olan Agentliyin əməkdaşları, Gürcüstanda bu sahədə aparılan islahatlar barədə məlumat alıb.

Qeyd edək ki, Gürcüstan Milli Qida Agentliyi 2006-cı ildə yaradılıb, 2011-ci ildə isə fəaliyyətə başlayıb.

L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
“Total”: “Abşeron” yatağında hasilata 2020-ci ildə başlanacaq

“Total”: “Abşeron” yatağında hasilata 2020-ci ildə başlanacaq

SOCAR-la yüksək səviyyədə əməkdaşlığın nümunəsi “Abşeron” qaz-kondensat yatağının operatorluğunu “Abşeron Neft” Birgə İstismar Şirkətinin (JOCAP) həyata keçirməsidir.

ÇıxışYolu.Com xəbər verir ki, bunu “Total” şirkətlər qrupunun Cənubi Avropa və Xəzər regionu üzrə vitse-prezidenti Bernard Klementin energetika naziri Pərviz Şahbazovla görüşündə bildirib.

O deyib ki, yataqda ilk quyu VI nəsil Yarımdalma Qazma Qurğusu ilə qazılacaq və bu proses gələn ilin mart ayına kimi yekunlaşacaq:

“Abşeron” yatağı üçün platformanın inşası, ixrac boru kəmərinin layihələndirilməsi və quraşdırılması işlərinə isə bu ilin ortasında start veriləcək”.

“Abşeron” yatağında hasilatın 2020-ci ilə planlaşdırıldığını deyən Bernard Klement ilkin mərhələdə illik təxminən 1,5 mlrd. kubmetr, 2022-2023-cü illərdə 5 mlrd. kubmetr qaz hasilatının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
Nazarbayev İlham Əliyevə başsağlığı verdi

Nazarbayev İlham Əliyevə başsağlığı verdi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevə Bakıdakı Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı başsağlığı verib.

ÇıxışYolu.Com  xəbər verir ki, məlumatı Qazaxıstan prezidentin mətbuat xidməti yayıb.

“Qardaş Azərbaycan xalqının acısını bölüşürəm. Həm öz, həm də Qazaxıstan xalqı adından Sizə və ölənlərin ailələrinə başsağlığı verirəm, xəsarət alanlara Allahdan şəfa diləyirəm”, – deyə N.Nazarbayevin başsağlığında bildirilib.

www.ÇıxışYolu.Com

Ətraflı
1 3. 853 3. 854 3. 855 3. 856 3. 857 3. 871