Azərbaycan Mərkəzi Bankı (AMB) martın 5-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,7001 səviyyəsində müəyyən olunub.
L.Ə.
www.ÇıxışYolu.Com
Azərbaycan Mərkəzi Bankı (AMB) martın 5-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,7001 səviyyəsində müəyyən olunub.
L.Ə.
www.ÇıxışYolu.Com
“VIP Style” Estetik Klinikası müştəriləri üçün bayram münasibəti ilə “8 Martın 8 möcüzəsi” adlı yeni kampaniyaya start verib.
ÇıxışYolu.Com xəbər verir ki, martın 8-nə kimi qeydiyyatdan keçən hər bir kəs klinikanın 8 xidmətindən ödənişsiz şəkildə istifadə edə biləcək.
Bəli, bəli tam ÖDƏNİŞSİZ! Beləliklə, 8 xidməti sizə təqdim edirik:
– Həkim-kosmetoloq qəbulu
– Dəri tipinə uyğun prosedur
– Diyetoloq Fuad Məcidovun qəbulu
– Trixoloqun qəbulu
– Əlləriniz üçün parafin vannası
– RF Lifting
– Üz lazer epilyasiyası
– Tay Masaja 50% endirim.
Yalnız bir həftə davam edəcək kampaniyadan faydalanmağa tələsin.
Daha sağlam və hamar dəri üçün üz tutacağınız bir nömrəli məkan “VIP Style” Estetik klinikasıdır.
Sizi sevirik və yolunuzu gözləyirik.
Tel.: (+994) 12 555-55-34
Mob.: (+994) 55 665-55-34
Ünvan: Koroğlu Rəhimov küçəsi 47.
Bu vəziyyətin yaranmasını istəməzdik. Hər kəs kimi, bu durum bizi də məyus edir.
Bu sözləri ÇıxışYolu.Com-a açıqlamasında Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin təşkilati metodiki işlər üzrə direktor müavini Aytən Səmədova bu günkü yanğın haqqında danışarkən deyib.
O bildirib ki, hadisə baş verən zaman dispanserdə 200 nəfərə yaxın xəstə və 14 nəfər işçi olub:
“Burada xəstələr adekvat olmadıqları, psixi və davranış qaydaları pozğunluğu olması səbəbindən qapalı şəraitdə, xüsusi nəzarət altında saxlanılır. Çünki onların adi xəstələr kimi saxlanılması mümkün deyil.
Ola bilər ki, ölən və xəsarət alanların sayının artma səbəbi kimi saxlanma şəraiti göstərilsin. Bu, düzgün deyil. Hadisə baş verən an özüm orada deyildim, sonradan gəldim. İşçilərimiz mənə dedi ki, tüstüdən göz-gözü görmürdü. Hazırda otaqlarımız tüstüyə bürünüb.
Yanğın baş verən zaman xəstəxanada 200 nəfərə yaxın xəstə və 14 nəfər işçi olub. İşçilərimiz xilasetmə işlərində şəxsən iştirak ediblər. Təbii ki, bu cür hallar bizi üzür. Niyə belə olduğunu isə bilmirik. Hər zaman belə halların qarşısının alınması ilə bağlı müəyyən tədbirlər görürdük. Dispanser adından ölənlərin yaxınlarına başsağlığı verir, xilas olanlara şəfa diləyirik”.
Qeyd edək ki, martın 2-də səhər saatlarında Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib. Operativ şəkildə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan üçü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə, biri isə Sabunçu rayonu 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.
Elvin Paşazadə
www.ÇıxışYolu.Com
Respublika Narkoloji Mərkəzində baş verən dəhşətli yanğından sonra dispanserin hazırkı vəziyyətini əks etdirən görüntülər yayımlanıb.
ÇıxışYolu.Com AzTV-yə istinadən həmin videonu təqdim edir:
Qeyd edək ki, prezidenti İlham Əliyev dərhal hadisənin baş verdiyi Respublika Narkoloji Mərkəzinə gedərək vəziyyətlə tanış olub.
Ətraflı“Femida” qəzetinin baş redaktoru dəm qazından boğularaq ölüb.
ÇıxışYolu.Com Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün paytaxtın Nəriman Nərimanov rayonunda baş verib.
Jurnalist, “Femida” qəzetinin baş redaktoru Kərimov Eyyub Zakir oğlunun meyiti yaşadığı evdən tapılıb.
E.Kərimovun dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.
Hazırda meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil verilib.
Ətraflı17-20 mart 2018-ci il tarixlərində fasiləsiz olaraq dörd gün müddətində Bakı və Sumqayıt şəhərlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.
ÇıxışYolu.Com xəbər verir ki, yarmarkaların keçirilməsində məqsəd Novruz bayramı ilə əlaqədar əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınmasıdır.
Yarmarkalar aşağıdakı ünvanlarında təşkil olunur:
Bakı şəhəri üzrə:
Xətai rayonu:
– Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı;
Nərimanov rayonu:
– Keşlə bazarının ərazisi;
Səbail rayonu:
– Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası
Suraxanı rayonu:
– Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı
Binəqədi rayonu :
– Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı.
Sumqayıt şəhəri üzrə (2 yerdə):
– 12-ci mikrorayon
– Köhnə avtovağzalın yanı
Yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunub.
Onlar satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər.
Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaqdır.
L.Ə.
www.ÇıxışYolu.Com
İqtisadi tələbi nəzərə alaraq Rusiyanın əmək bazarında nmiqrantların sayı azaldılmalıdır.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Sankt-Peterburqda keçirilən Beynəlxalq İşçi Forumda baş nazirin müavini Olqa Qolodets bildirib:
“Xaricilərin əməyindən istifadə edilməsini tədricən məhdudlaşdırmaq üçün ciddi bir proqramı realizə edirik.
Məsələn, 2015-ci ildə nəqliyyatda xarici işçi qüvvəsi 50 faiz təşkil edirdi, bu gün həmin nisbət 28 faizdir. Ticarətdə həmin rəqəm 25 faiz idi, hazırda 15 faizə düşüb. Biz elə etməliyik ki, bu rəqəmlər getdikcə daha da azalsın”.
L.Ə.
www.ÇıxışYolu.Com
Ermənistan xarici işlər naziri seçkiqabağı dövrdə daxili istehlak üçün Ermənistanın uğursuz xarici siyasətinə bu kimi yalanlarla bəraət qazandırmağa çalışır.
Bu sözləri ÇıxışYolu.Com-ın sorğusuna cavab olaraq XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və prinsipləri hər kəsə bəllidir, münaqişə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktı əsasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir:
“Azərbaycan əleyhinə hərbi təcavüzün və etnik təmizləmənin məsuliyyətini gizlətmək üçün Ermənistan xalqların öz müqəddəratını təyin etmək kimi hüququ prinsipindən sui-istifadə edir və onu təhrif edir.
Ermənistan xarici işlər nazirinin bu iddiasının Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransının (sonra ATƏT) Yekun Aktı (Helsinki Yekun Aktı) və digər beynəlxalq sənədlərlə nəzərdə tutulan xalqların öz müqəddəratını təyin etmək hüququ ilə heç bir əlaqəsi yoxdur.
Dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdid və ya gücdən istifadəni qadağan edən məcburi normalar (jus cogens) daxil olmaqla, beynəlxalq hüquq normalarının kobud pozulması ilə müşayiət olunan hallara münasibətdə öz müqəddəratını təyinetmə prinsipinin tətbiq olunması iddialarının əsası yoxdur.
Helsinki Yekun Aktının 8-ci bəndində öz müqəddəratını təyinetmə prinsipinin BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə uyğun şəkildə ifadə edilməsini təsbit edib.
Bu kimi lüzumsuz propaqanda ilə məşğul olmaq əvəzinə Ermənistan tərəfinin münaqişənin həlli üzrə substantiv və məntiqi danışıqlarda ciddi və məsuliyyətlə iştirak etməsi daha faydalı olardı”.
ƏtraflıVergilər Nazirliyində nazirliyin rəhbər vəzifəli şəxslərinin və yerli vergi orqanlarının rəhbərlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən ÇıxışYolu.Com-ya verilən məlumata görə, iclasda çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi orqanlarının fəaliyyətində yeni yanaşmalar və vergi xidmətinin qarşısında duran vəzifələrin icrası, vergi əməkdaşlarının fəaliyyətinə yeni tələblər, vergi orqanlarına etimadın yüksəldilməsi və digər məsələlərə toxunub.
Qeyd olunub ki, müasir dövrdə vergi siyasəti yalnız fiskal funksiyaları yerinə yetirmir, o həm də iqtisadi inkişafın bir alətidir. Bu baxımdan vergi orqanlarının fəaliyyəti sahibkarlığın inkişafına dəstək verməlidir. Bu xüsusda vergi orqanlarının əməkdaşlarına olan tələblər daha da artır.
Vergi sisteminin ən əsas dəyərinin zəngin maddi-texniki baza, müasir İT texnologiyalarına əsaslanan iş üsullarına malik olması deyil, bu sistemdə çalışan insanlar olduğunu ön plana çəkən nazir vergi xidmətində peşəkar və ləyaqətli kadrlara üstünlük veriləcəyini, insan resurslarının inkişaf etdirilməsi üçün addımlar atılacağını, vergi əməkdaşlarının yüksək səviyyəli xidmət göstərməsi üçün onlara normal iş rejiminin təmin ediləcəyini vurğulayıb.
Vergi əməkdaşlarından yüksək peşəkarlığın, işgüzar etikanın, vergi ödəyicisinə yanaşmada öz məsuliyyətini dərk etmələrinin tələb olunduğunu qeyd edən vergilər naziri bütövlükdə vergi sisteminə qarşı hörmət və inamın artırılması üçün çox çalışmaq lazım gəldiyini, güclü dövlətin vətəndaşı və qulluqçusu olmağın digər üstünlüklər əldə etməkdən daha vacib və şərəfli olduğunu bildirib.
M.Cabbarov bildirib ki, vergi ödəyiciləri ilə münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslanmalıdır:
“İlk növbədə vergi uçotunun dəqiq aparılmasını, auditin real funksiyasınn bərpa olunmasını, vergilərin yığılmasından vergilərin ödənilməsinə keçidin təmin edilməsini, vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsinin və spektrinin müasir tələblərə uyğun olaraq genişləndirilməsini təmin etmək lazımdır”.
Nazir qeyd olunan məsələlərlə bağlı yerlərdə görüşlər keçirilməsi və onların mahiyyətinin vergi ödəyicilərinə çatdırılması barədə tapşırıq verib.
L.Ə.
www.ÇıxışYolu.Com
Respublika Baş Prokurorluğu, Fövqəladə Hallar, Səhiyyə və Daxili İşlər nazirlikləri yanğın barədə növbəti məlumat yayıb.
ÇıxışYolu.Com xəbərinə görə, məlumatda bildirilir ki, 2018-ci il martın 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş vermişdir.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri, Prokurorluq və Daxili İşlər orqanlarının əməkdaşları cəlb edilmişdir.
Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunmuşdur.
Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilmişdir.
Saat 08.30-da yanğın söndürülmüş, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilmişdir.
Faktla bağlı Baş Prokurorluq tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.
İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş vermişdir.
Həyata keçirilən tədbirlər Azərbaycan Prezidentinin şəxsi nəzarətindədir.
Ətraflı