Yanğın zamanı xəsarət alanların adları məlum oldu

Yanğın zamanı xəsarət alanların adları məlum oldu

Respublika Narkoloji Mərkəzdə baş verən yanğın zamanı xəsarət alanların adları məlum olub. 

Bu barədə ÇıxışYolu.Com-ın 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsində olan müxbiri məlumat verib.

Mərkəzə yerləşdirilən Kərimov Vüqar Fikrət oğlu (48 yaş), Nadirov Kamal Ramiz oğlu (35 yaş) və Qafarov Rafiq Hüseynxan oğlu (35 yaş) ilkin müayinədən sonra evə buraxılıb. 

İmranov Namiq Əyyub oğlu (31 yaş) sonradan mərkəzə gətirilib, hazırda müalicəsi davam edir.

Qeyd edək ki, bu gün səhər saatlarında Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı 24 nəfər ölüb.

Elvin Paşazadə
www.ÇıxışYolu.Com

Ətraflı
Yanğın baş verən ərazidən – FOTOREPORTAJ

Yanğın baş verən ərazidən – FOTOREPORTAJ

Martın 2-də, səhər saatlarında Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib. 

Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Səhiyyə nazirlikləri Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı yaydığı məlumatda bildirilir ki, hadisə nəticəsində 24 nəfər ölüb.

İlkin araşdırmaların nəticələrinə görə, yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.

Azərbaycan Respublikası prezidentinin göstərişinə əsasən, fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilən tədbirlər ölkə prezidentinin nəzarətindədir.

ÇıxışYolu.Com hadisə yerindən son görüntüləri təqdim edir:

Ehtiram Jabi
www.ÇıxışYolu.Com

Ətraflı
Şahdağda qarın hündürlüyü 44 santimetrə çatıb

Şahdağda qarın hündürlüyü 44 santimetrə çatıb

Ölkə ərazisində martın 1-i axşamdan martın 2-si səhərədək hava şəraiti-qeyri sabit keçib.

Milli Hidrometeorologiya Departamentdən ÇıxışYolu.Com-a verilən xəbərə görə, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub. 

Şimal-qərb küləyi əsib, bəzi rayonlarda arabir güclənib.

Düşən yağıntının miqdarı Böyük Qafqazda 2-18, Kiçik Qafqazda 3-5, Naxçıvan MR-da 0-2, Qazax-Gəncə zonasında 0-3, Bakıda və Abşeron yarımadasında, Mərkəzi Aran rayonlarında və Lənkəran-Astara zonasında 0-1 mm olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 44, Qırızda 21, Sarıbaşda 16, Kişçay, Xınalıqda 6, Daşkəsən, Göygöldə 5, Gədəbəydə 3, Quba, Qubanın dağlıq ərazilərində 3-21,  Xaltanda 1 sm olub.

www.ÇıxışYolu.Com

Ətraflı
Nazirlik: 200 nəfər vaxtında təxliyyə edilib

Nazirlik: 200 nəfər vaxtında təxliyyə edilib

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, məlumatda deyilir: 

“Martın 2-də, səhər saatlarında güclü külək nəticəsində Respublika Narkoloji Mərkəzinin binasında qısa qapanma nəticəsində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürmə maşınları və Səhiyyə Nazirliyinin 10-a yaxın təcili tibbi yardım briqadası cəlb edilib.

Xəstəxanada müalicə alan və tibbi personaldan ibarət 200 nəfərə yaxın adamı vaxtında təxliyyə etmək mümkün olub. Hazırda təxliyyə olunan şəxslərə lazımi tibbi və psixoloji yardım göstərilir.

Həyata keçirilmiş bütün zəruri tədbirlərinə baxmayaraq, yanğının nisbətən güclü sahəsində 24 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Dünyasını dəyişənlərin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı veririk!”

www.ÇıxışYolu.Com

Ətraflı
İlham Əliyev yanğın baş verən ərazidə

İlham Əliyev yanğın baş verən ərazidə

Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın baş verən əraziyə gəlib.

Bu barədə ÇıxışYolu.Com-ın ərazidə olan əməkdaşı məlumat verib.

Qeyd edək ki, bu gün Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın hadisəsi baş verib. Yanğın söndürülüb. Yanğınla əlaqədar Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə (“morq”) 24 nəfərin meyiti gətirilib.

Daha üç nəfər isə tüstüdən zəhərlənib.

www.ÇıxışYolu.Com

Ətraflı
Narkoloji Mərkəzdə baş verən yanğının səbəbi açıqlanıb – RƏSMİ

Narkoloji Mərkəzdə baş verən yanğının səbəbi açıqlanıb – RƏSMİ

Baş Prokurorluq, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, məlumatda deyilir: 

“2018-ci il mart ayının 2-si, saat 06:10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı bir mərtəbəli korpusunda yanğın baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib. Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.

Operativ şəkildə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 34-ü xilas edilib, onlardan üçü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Saat 09:13-də yanğın söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 24 nəfərin meyiti aşkar edilib.

Azərbaycan Respublikası prezidentinin göstərişinə əsasən, fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilən tədbirlər ölkə prezidentinin nəzarətindədir.

İlkin araşdırmaların nəticələrinə görə, yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib”.

www.ÇıxışYolu.Com

Ətraflı
Narkoloji Dispanserdə yanğın: Onlarla ölən var – YENİLƏNİB + FOTO

Narkoloji Dispanserdə yanğın: Onlarla ölən var – YENİLƏNİB + FOTO

Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı 20-dən çoxdur.

Bu barədə ÇıxışYolu.Com-a Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən məlumat verilib.

İlkin məlumata görə, hadisə zamanı 24 nəfər ölüb.

Xəsarət alanlardan üç nəfər şəxs 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində, bir nəfər şəxs isə Sabunçu rayonu 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

09:13

Bakı şəhərinin Xətai rayonunda, Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, hadisə səhər saat 06:00 radələrində baş verib.

Yanğın xəstəxananın daimi yataq xəstələrinin müalicə aldığı 2-ci şöbəsində qeydə alınıb.

Yanğın zamanı ölən və xəsarət alanların olduğu bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyindən bildiriblər ki, yanğın zamanı 30-dan artıq pasiyent təxliyyə olunub.

Foto: Report

ww.Azpress.news

Ətraflı
İcra hakimiyyəti binasında ölüm

İcra hakimiyyəti binasında ölüm

Mingəçevir Şəhər İcra Hakimiyyətində ölüm hadisəsi baş verib.

ÇıxışYolu.Com-ın “Report”-a istinadən verdiyi xəbərə görə, idarənin kargüzarlıq işləri ilə məşğul olan 1956-ci il təvəllüdlü İntizar Məmmədovanın ürək tutmasından qəfil halı pisləşib.

Ətrafdakıların səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İntizar Məmmədova uzun illərdir ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti Aparatında ümumi şöbə nəzdində, eyni zamanda icra hakiminin müavinləri yanında qəbul bölməsində fəaliyyət göstərirdi

www.ÇıxışYolu.Com

Ətraflı
Bugünkü valyuta hərracının nəticəsi

Bugünkü valyuta hərracının nəticəsi

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

AMB-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7001 səviyyəsində formalaşıb.

Qeyd edək ki, AMB bu gün üçün USD/AZN rəsmi məzənnəsini 1,7001 səviyyəsində müəyyən edib.

www.ÇıxışYolu.Com

Ətraflı
Yanvarda paytaxtda 700 milyon manatlıq içki və ərzaq satılıb

Yanvarda paytaxtda 700 milyon manatlıq içki və ərzaq satılıb

2018-ci ilin yanvar ayında ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar ayı ilə müqayisədə 3,0 faiz artaraq 1490,3 milyon manat olub. 

ÇıxışYolu.Com xəbər verir ki, Bakının ticarət şəbəkələrində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz artaraq 694,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,8 faiz artaraq 795,4 milyon manata bərabər olub. 

İstehlak məhsullarının 21,5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 65,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,3 faizi isə paytaxtın məhsul bazarlarında satılıb. 

Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 3,2 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 0,5 faiz az istehlak məhsulları satılıb. 

L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
1 3. 855 3. 856 3. 857 3. 858 3. 859 3. 871