Sabah Bakıda bəzi küçələr bağlanacaq

Sabah Bakıda bəzi küçələr bağlanacaq

Fevralın 26-da Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbirlərlə əlaqədar olaraq Bakıda bir sıra küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

ÇıxışYolu.Com-ın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, sabah paytaxtın Xətai prospekti və Xocalı prospekti istiqamətində kəsişən bütün paralel küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək:

Bundan başqa, “Ana harayı” abidəsinə ziyarətə gələnlərdən xahiş olunur ki, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər.

www.ÇıxışYolu.Com

Ətraflı
Bakının ən məşhur heyvan sığınacağı bağlanır – FOTO

Bakının ən məşhur heyvan sığınacağı bağlanır – FOTO

Azərbaycan Heyvan Xilasetmə Mərkəzi bağlanır.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə təşkilatın rəsmi Facebook səhifəsində məlumat verilir.

Məlumatda bildirilir ki, AARC heyvanları xilasetmə mərkəzi və baytar klinika 28 Fevral 2018-ci il tarixindən etibarən fəaliyyətini dayandırır.

“Biz sponsor hesabına fəaliyyət göstərirdik və artıq təəssüflər olsun ki, sponsorumuzun maddi problemləri ilə bağlı bu fəaliyyətə son qoyulur”, – məlumatda deyilir.

Hazırda mərkəzdə 200-ə yaxın heyvan var. Mərkəzin əməkdaşları onlara yeni sahiblər axtarırlar.

www.ÇıxışYolu.Com

Ətraflı
Magistraturaya qəbul imtahanı keçirilib – YENİLƏNİB

Magistraturaya qəbul imtahanı keçirilib – YENİLƏNİB

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına  qəbul imtahanının birinci mərhələsini keçirib.

DİM-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi respublikanın 5 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 38 imtahan binasında aparılıb.

 İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Fevralın 26-dan etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur.

10:25

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirir.

DİM-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi respublikanın 5 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 38 imtahan binasında aparılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 13:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək.

Bakıda 10705, Naxçıvanda 339, Gəncədə 838, Mingəçevirdə 292, Lənkəranda 213 bakalavrın imtahan verəcəyi gözlənilir.

Qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 2-dən 13-dək aparılıb.

İmtahanda iştirak üçün 12387 bakalavr ərizə təqdim edib. Onlardan 11205 nəfəri Azərbaycan bölməsi, 1182 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 5321 nəfəri oğlan, 7066 nəfəri isə qızlardır. Bakalavrlardan 6833-ü cari ilin, 5554-ü isə əvvəlki illərin məzunlarıdır, 31 nəfər xarici ölkə vətəndaşıdır.

www.ÇıxışYolu.Com

Ətraflı
Mərkəzi Bank: Valyuta bazarının həcmi azalıb

Mərkəzi Bank: Valyuta bazarının həcmi azalıb

2017-ci il valyuta bazarında əməliyyatların 83%-i ABŞ dollarında, 17%-i digər valyutalarda aparılıb.

ÇıxışYolu.Com Mərkəzi Banka istinadən xəbər verir ki, valyuta əməliyyatlarının 24%-i banklararası valyuta bazarında (BVB), 76%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb.

ABŞ dolları ilə BVB-də aparılmış əməliyyatların 56.7%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BDVB-də isə valyuta əməliyyatlarının 95.8%-i hüquqi şəxslər ilə valyuta əməliyyatları təşkil edib.

2017-ci il ərzində valyuta bazarının ümumi həcmi ötən illə müqayisədə azalıb.

www.ÇıxışYolu.Com

Ətraflı
Səudiyyə Ərəbistanında 1 kilometrlik göydələn - FOTO

Səudiyyə Ərəbistanında 1 kilometrlik göydələn – FOTO

Səudiyyə Ərəbistanında tikilən və inşası 2020-ci ildə başa çatacaq Ciddə Qülləsinin animasiya edilmiş görüntüləri yayılıb.

ÇıxışYolu.Com xəbər verir ki, dünyanın iqtisadi mərkəzi olmaq istəyən Səudiyyə Ərəbistanı 1 kilometr hündürlüyündə bina inşa etməyə qərar verib.

Bununla da 828 metr hündürlüyündə olan Burç Xəlifə taxtını 2020-ci ildə inşasına başlanacaq Ciddə Qülləsinə verəcək. 

Qeyd edək ki, Ciddə Qülləsi 1 kilometr hündürlüyündə – 999.7 metr olacaq. Yeni ağıllı şəhər Ciddə İqtisadi Mərkəzi qüllə ilə birlikdə fəaliyyətə başlayacaq.

Göydələn  200 mərtəbə olacaq. Orada restoranlar, hotel, ticarət mərkəzləri fəaliyyət göstərəcək. Bununla bərabər binanın 157-ci mərtəbəsində dünyanın ən uzun naviqasiya sahəsi yerləşəcək. Hansıki ABŞ-dakı Azadlıq Qülləsinin izləmə sahısində nisbətən 55 mərtəbə daha yüksəklikdə yerləşəcək.

www.ÇıxışYolu.Com

Ətraflı
Xocalıya həsr olunan “Qarabağın səsi” adlı tədbir keçirilib – FOTO

Xocalıya həsr olunan “Qarabağın səsi” adlı tədbir keçirilib – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlamış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş “Qarabağın səsi” adlı rəsm əsərlərinin sərgisi və ədəbi-bədii tədbir keçirilib.

ÇıxışYolu.Com-in məlumatına görə, tədbirdə Xocalı soyqırımının şahidləri, Prezident Administrasiyasının şöbə müdirləri, müxtəlif dövlət orqanlarının rəhbərləri, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, tanınmış ictimai və siyasi, mədəniyyət və incəsənət xadimləri, Olimpiya çempionları, “ASAN xidmət” əməkdaşları, KİV, qeyri-hökumət və gənclər təşkilatlarının təmsilçiləri və digər qonaqlar iştirak ediblər.

Qeyd edək ki, “Qarabağın səsi” aksiyasına qısa müddət ərzində 300-dən çox əsər qəbul olunub. Tanınmış mədəniyyət və incəsənət nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən bu il fevralın 15-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində “Qarabağın səsi” aksiyasına təqdim olunan rəsm əsərlərinin seçim mərhələsi keçirilib.

Sərgidə iştirak üçün yaş məhdudiyyəti qoyulmayıb. İştirakçıların ən kiçiyinin 4 yaşı var. Seçim mərhələsinə həm qeyri-peşəkar, həm peşəkar rəssamlar əsərlərini təqdim ediblər. Nəinki ölkə daxilindən, hətta Rusiya, Türkiyə, İsveç və İsraildən bu mövzu ilə bağlı əsərlər göndərilib.

DTX-nin Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş bügünkü tədbir “Qarabağın səsi” aksiyasına qoşulan və münsiflər heyəti tərəfindən seçilən ən təsirli və diqqəti cəlb edən əsərlərin sərgisi ilə başlanıb.

Sərgidə, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanan, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, həmin ərazilərdə dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və yaşlı insanlara qarşı ağlasığmaz vəhşiliklərini və hərbi cinayətlərini, xüsusilə törətdiyi Xocalı soyqırımına dair fakt və sübutları özündə əks etdirən kitablar, sənədli filmlər və digər əyani vəsaitlər təqdim olunub.

Sərgi ilə tanışlıqdan sonra tədbir iştirakçılarına “Qarabağın səsi” aksiyası layihəsinin gənc və istedadlı yaradıcı kollektivi tərəfindən Azərbaycanın tanınmış incəsənət xadimlərinin də iştirak etdikləri Xocalı soyqırımı ilə bağlı hazırlanmış çox təsirli və zəngin ədəbi-bədii proqram təqdim edilib. Tədbirdə Leyla Əliyevanın 2 yaşlı şəhid Zəhraya həsr etdiyi şeirlər də səsləndirilib.

Xocalı soyqırımının şahidi Rəhilə Quliyeva çıxış edərək xalqımızın qan yaddaşının qorunması, məruz qaldığı müdhiş faciələrin dünyaya çatdırılması istiqamətində bu cür davamlı tədbirlərin və aksiyaların keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya erməni işğalının və vəhşiliklərinin qurbanları, o cümlədən bütün xocalılılar adından minnətdarlığını bildirib.

Sonra Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasına dəstək olaraq “Dərdimi çəkirəm” filmi nümayiş olunub.

www.ÇıxışYolu.Com

Ətraflı
Ağdamda yerli sakinin avtomobilində at əti aşkarlandı – FOTO

Ağdamda yerli sakinin avtomobilində at əti aşkarlandı – FOTO

Fevralın 24-də Ağdam Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon sakini İsmayılov Elman İsmayıl oğlunun idarə etdiyi “VAZ 21011” markalı 66-BL-704 dövlət nömrə nişanlı minik avtomobili Albəyli kəndi ərazisində saxlanılaraq baxış keçirilib.

Baxış zamanı avtomobilin yük yerində dərisi soyulmamış bir baş atın şaqqalara bölünmüş cəmdəyi aşkar olunub.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən ÇıxışYolu.Com-a verilən xəbərə görə, rayon Polis Şöbəsinin müraciəti əsasında Ağdam Rayon Baytarlıq İdarəsinin əməkdaşları avtomobilin yük və salon yerinə necə gəldi yığılan, antisanitar şəraitdə daşınan, üfunət iyi verən və sağlamlığına dair heç bir sənədi olmayan, dərisi soyulmamış at ətindən nümunələr götürərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndəriblər.

At cəmdəyi müayinələr başa çatana kimi müvəqqəti saxlanca qoyulub. Həmçinin, baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə mal sahibi barədə akt tərtib edilib.

Hadisə ilə bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

www.ÇıxışYolu.Com

Ətraflı
Bakıda 30 mindən çox şagird I sinfə hazırlaşır

Bakıda 30 mindən çox şagird I sinfə hazırlaşır

Fevralın 24-ü saat 14:00-a olan məlumata əsasən elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I siniflərinə qəbul üçün 30 mindən çox sorğu yerləşdirilib.

Onlardan 29 minə yaxını ümumi təhsil məktəblərini, 2 minə yaxını isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu proqnozunun təxminən 60 faizindən çoxdur.

Bu barədə ÇıxışYolu.Com-a Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.  

Məlumatda bildirilir ki, bu il ilk dəfə olaraq, məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib.

Belə ki, məktəbəhazırlıq qruplarındakı 24 mindən çox uşaq avtomatik I sinfə qəbul üzrə qeydə alınıb. Odur ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynləri rahat ola bilərlər.

Həmin valideynlərin məktəbəhazırlıq qrupunda oxuyan övladı üçün yenidən I sinfə qəbul üzrə sorğu yerləşdirməsinə ehtiyac yoxdur.

Qeyd edək ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” prezidentin 23 may 2011-ci il tarixli fərmanının tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə tətbiq olunan elektron sistem vasitəsilə I siniflərə şagird qəbulu BŞTİ tərəfindən ərizələrin onlayn qeydiyyatı vasitəsilə həyata keçirilir.

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. 22 fevral-15 sentyabr 2018-ci il tarixlərini əhatə edən elektron ərizələrin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər.

Onu da qeyd edək ki, 2018-2019-cu tədris ili üçün Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonlarında da uşaqların I sinfə qəbulu elektron qaydada aparılacaq. Bu rayon və şəhərlərdə ərizələrin onlayn qeydiyyatı prosesinə martın 12-dən start veriləcək.

www.ÇıxışYolu.Com

Ətraflı
Tacikistan prezidenti Azərbaycana gəlir

Tacikistan prezidenti Azərbaycana gəlir

Tacikistan Prezidenti Emomali Rahmon Azərbaycana rəsmi səfər edəcək.

ÇıxışYolu.Com Trend-ə istinadən xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli Bakıda Tacikistan Silahlı Qüvvələrinin yaranmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

Səfir qeyd edib ki, E.Rahmonun bu il Azərbaycana səfər edəcəyi gözlənilir:

“Hazırda dövlət başçısının səfərinə hazırlıq işləri gedir. Bu səfər Azərbaycan-Tacikistan münasibətlərində yeni səhifə açacaq”.
Bununla belə, diplomat səfərin dəqiq tarixini açıqlamayıb.

www.ÇıxışYolu.Com

Ətraflı
Azərbaycanda 560 minə yaxın şəxsin sosial müavinəti artırılır

Azərbaycanda 560 minə yaxın şəxsin sosial müavinəti artırılır

Azərbaycan Prezidenti İlham Əliyevin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında”, “Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında” və “Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında” fevralın 23-də imzaladığı sərəncamlar sosial təminat sisteminin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində növbəti addımdır.

ÇıxışYolu.Com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

Şöbə müdirinin sözlərinə görə, hər üç sərəncam aylıq və birdəfəlik sosial müavinət alan şəxslərdən ibarət olmaqla, ümumilikdə 560 minə yaxın insana şamil olunacaq.

E. Babayev qeyd edib ki, sosial müavinətlərə müvafiq artımın təmin edilməsi üçün dövlət büdcəsindən ilin sonunadək təqribən 23,2 milyon manata, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən 1,7 milyon manata qədər əlavə vəsaitin ayrılması təmin olunacaq.

www.ÇıxışYolu.Com

Ətraflı
1 3. 862 3. 863 3. 864 3. 865 3. 866 3. 871