Azərbaycanın qonşu ölkələrdən aldığı və satdığı elektrik enerjisi

Azərbaycanın qonşu ölkələrdən aldığı və satdığı elektrik enerjisi

2017-ci ildə Azərbaycan 1 milyard 160 milyon 193,03 min kilovat saat enerji ixrac edib. 

ÇıxışYolu.Com xəbər verir ki, ixrac edilən elektrik enerjisinin dəyəri 50 milyon 968,96 min dollar təşkil edib. 

Rəsmi rəqəmlərə görə, 2016-cı ildə Azərbaycan 646 milyon 757,88 min kilovat saat, 28 milyon 344,46 min dollar dəyərində elektrik enerjisi ixrac edib.

Beləliklə, 2017-ci ildə Azərbaycanın enerji ixracı 79,4 faiz yüksəlib.

Rusiyaya 124 milyon 413,86 min kilovar saat (7 milyon 107,08 min dollar), Gürcüstana 891 milyon 22,52 min kilovat saat (37 milyon 573,68 min dollar), Türkiyəyə 101 milyon, 469,64 min kilovat saat (5 milyon 73,48 min dollar), İrana 43 milyon 290 min kilovat saat (1 milyon 214,71 min dollar) elektrik enerjisi ixrac edilib. 

Azərbaycan elektrik enerjisi ixrac etməklə bərabər idxal da reallaşdırıb. 2017-ci ildə 108 milyon 421,76 min kilovat saat – 4 milyon 224,86 min dollar dəyərində elektrik enerjisi idxal edilib.

Azərbaycanın elektrik enerjisi idxalı 2,2 faiz azalıb. Dəyər ifadəsində isə 0,07 faiz bahalaşma baş verib. 

Qeyd edək ki, Azərbaycan Rusiyadan 64 milyon, 344,71 min kilovat saat, Gürcüstandan 1 milyon 739,55 min kilovat saat, İrandan 42 milyon 337,5 min kilovat saat elektrik enerjisi alıb. 

L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
Uşağa qulluğa görə aylıq müavinət artırılıb

Uşağa qulluğa görə aylıq müavinət artırılıb

Prezident İlham Əliyev uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında sərəncam imzalayıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

www.ÇıxışYolu.Com

Ətraflı
“Bank VTB” açıq tender elan edir

“Bank VTB” açıq tender elan edir

“Bank VTB (Azərbaycan)” ASC ödəniş kartlarının hazırlanması üçün plastiklərin alınması ilə əlaqədar açıq tender elan edir. 

ÇıxışYolu.Com-ın verdiyi məlumata görə, tender təklifləri üzərində sənədlərin siyahısı bərkidilmiş qeyri-şəffaf zərfdə bağlanmış və kontragentin möhürü ilə möhürlənmiş şəkildə  (əgər kontragent fərdi sahibkardırsa, imzalanmış) 02 mart 2018-ci il saat 16:00-dan gec olmayaraq Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr., ev 38 Messenat Plaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən Bankın baş ofisinə təqdim edilməlidir. 

Qeyd edək ki, tender sənədləri ilə Bankın baş ofisində tanış olmaq olar.    

“Bank VTB (Azərbaycan)” ASC-nin Müsabiqə (Tender) komitəsi.

Əlaqələndirici şəxs: Müsabiqə (Tender) komitəsinin katibi
Elşən Mahmudov
Telefon: 012 492-00-80 (daxili nömrə 1233)
Faks: 012 437-71-21
Mob.: 055 212-03-31

www.ÇıxışYolu.Com

Ətraflı
Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləği artırıldı

Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləği artırıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında sərəncam imzalayıb.

ÇıxışYolu.Com xəbər verir ki, sərəncama əsasən, 2018-ci il martın 1-dən beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləği 10 faiz artırılıb.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

www.ÇıxışYolu.Com

Ətraflı
Moldova Prezidenti Azərbaycana gələcək

Moldova Prezidenti Azərbaycana gələcək

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-17-də keçiriləcək VI Qlobal Bakı Forumunda Moldova Prezidenti İqor Dodon iştirak edəcək.

Komitənin mətbuat xidmətindən ÇıxışYolu.Com-а verilən məlumata görə, bu məqsədlə İqor Dodonun Azərbaycana səfəri nəzərdə tutulub.

Forum çərçivəsində “Balkan regionunda hazırkı və gələcək vəziyyət – regional təhlükəsizlik məsələlərinin proqramı və ya yeni geosiyasi şahmat lövhəsi?” mövzusunda keçiriləcək iclasda Moldova Prezidenti İqor Dodonun çıxışı planlaşdırılır. 

Qeyd edək ki, VI Qlobal Bakı Forumunda Albaniya Prezidenti Ilir Meta, Monteneqro Prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç və digər dövlətlərin prezidentləri, baş nazirləri, nazirləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin də daxil olduğu 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur.

Tədbir çərçivəsində Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda mövcud geosiyasi vəziyyət, müasir dövrdə ictimai və siyasi həyatda gənclərin artan rolu kimi mövzular barədə müzakirələr aparılacaq.

www.ÇıxışYolu.Com

Ətraflı
“Rabitəbank” nizamnamə kapitalını 101.3 milyon manata  çatdırdı

“Rabitəbank” nizamnamə kapitalını 101.3 milyon manata çatdırdı

“Rabitəbank” ASC 14 fevral  tarixində nizamnamə kapitalını 12.8 mln. manat məbləğində artıraraq 101.3 mln manata, məcmu kapitalını 104.6 milyon manata  çatdırıb. Artım mövcud səhmdarlar hesabına həyata keçirilib.

ÇıxışYolu.Com-ın məlumatına görə, nizamnamə kapitalının artırılmasında əsas məqsəd bankı əlavə kapitalla təmin edərək onun sabitliyini daha da möhkəmləndirmək və strateji layihələrdə iştirakını təmin etməkdir.

Azərbaycanın bank sektorunda aparıcı mövqelərdən birini tutan “Rabitəbank”ın aktivləri 2017-ci il ərzində 31,7% artaraq 727 mln. manat təşkil edib. Hazırda Bank ölkə ərazisində 22 filial və 1 şöbədən ibarət şəbəkəsi ilə Bakı şəhəri və Azərbaycanın 15 regionunda fəaliyyət göstərir. 

Xatırladaq ki, 2018-ci il Rabitəbankın fəaliyyətinin 25-ci ilidir. 1993-cü ildə yaradılmış “Rabitəbank” 25 il ərzində uğurlu inkişaf yolu keçmiş və ölkənin bank sektorunda öz layiqli yerini tutmaqla yanaşı, geniş müştəri bazası ilə gələcək inkişafı üçün də etibarlı bünövrə yarada bilib.

Öz fəaliyyətinin 25-ci ilində də “Rabitəbank”, hər zaman olduğu kimi, yüksək xidmət və çeşidli bank məhsulları ilə müştərilərinin xidmətindədir.

www.ÇıxışYolu.Com

Ətraflı
Psixoloqlar: “Like”lar bloqerləri kimliksizləşdirir

Psixoloqlar: “Like”lar bloqerləri kimliksizləşdirir

İnternet dünyasının vazkeçilməz xidmətlərindən olan sosial şəbəkələri XXI əsrin fenomeni adlandırmaq olar. Yarandığı gündən etibarən cəmiyyət tərəfindən birmənalı qarşılanmayan və etirazlar doğuran bu xidməti kimisi vaxt itkisi, kimisi əxlaqsızlığın təbliği, kimisi isə maarifləndirilmənin şoulaşdırılması adlandırsa da, istifadəçilərinin sayı durmadan artmaqdadır. 

Hətta bu artım o dərəcəyə çatıb ki, sosial şəbəkələr vasitəsilə “teatr”lar, sosial mesajlar vermək adı altında “səhnəcik”lər göstərərək, yetərincə məşhurluq zirvəsinə çatıb, “burada mənəm, Bağdadda kor xəlifə” deyən insanlar var. 

Bunlar “Instagram”, “Facebook”, “Youtube” kimi sosial şəbəkələrdə “… official” başlığı altında özlərinə şəxsi səhifələr yaradan “viner”lərdir. Təbii ki, dediyim hamısına aid deyil. Onların içərisində istedadlı, həqiqətən, cəmiyyəti maarifləndirə biləcək videolar çəkib, aktyorluq səviyyəsini nümayiş etdirə biləcək şəxslər var.

Hər nə qədər hər birinin öz sevənləri, izləyiciləri olsa da, biz onları nə təhqir edirik, nə də səviyyələrini aşağılayırıq. Sözümüz həmin “viner”lərin çəkdiyi lüzumsuz və heç bir mahiyyəti olmayan videolaradır.

Mahiyyət demişkən, demək olar ki, nadir hallarda “viner”lərin bir-birilə söz deyişməsinin, qalmaqallarının yaranmasına şahid oluruq.

Tanınmış videobloqer Əlixan Rəcəbov vayner Hüseyn Əzizoğlunu sərt şəkildə tənqid edib. Səbəb kimi isə sətiraltı sözlərdən ibarət olan video çəkərək Hüseyni insanların zövqünü korlamaqda ittiham edib:

“İndiki dövrdə məşhur olmaq üçün nə lazımdır? Kreditə götürülmüş “Niva”, “C” hərfini tələffüz edə bilməyən iki qız, qəlyan və s.”

Bunlar arasında qalmaqallar izləyicilərinə də kifayət qədər təsir edir, desək, yəqin ki, yanılmarıq. Bəs, görəsən, Azərbaycanda fəaliyyət göstərən bu “bloqer”lər cəmiyyətə və daha çox gənclərə psixoloji, maarifləndirici təsir baxımından necə təsir edir? Bu cür səhnələr gənclərə nələri aşılayır?

Mövzu ilə bağlı ÇıxışYolu.Com-a açıqlama verən psixoloq Vəfa Əkbər bu cür heç bir mahiyyəti olmayan videoların çəkilməsinin təqdirəlayiq olmadığını deyib.

O bildirib ki, bunların əsasında gənclərin rahat yolla pul qazanmaq istəyi durur:

“Məsələ belədir ki, hər bir insan özünü cəmiyyətdə təsdiq etmək istəyir. Bu, bütün dünyada baş verən haldır. Bəzi ölkələrdə insanlar kitab oxumağı və yaxud hər hansısa sərgidə iştirak etməyi, muzeyləri gəzməyi təbliğ edir və bu yolla da reklam olunur.

Onları izləyən şəxslər çəkilən videoları izləməklə özlərini o istiqamət üzrə yönləndirir. Təəssüf ki, bu cür durumlar hər zaman müşayiət olunmur. 

Bəzən də insanlar daha tez pul qazanmaq, qazanc əldə etmək niyyəti ilə ucuz yollara əl atır. Bu isə alqışalayiq bir addım deyil. Çünki sərbəstliyin əsas təməli madiyyatdan keçir. Belə olduğu halda, gənclərimiz rahat qazancı şişirdilmiş dərəcədə primitivləşdirmiş olurlar. Bu isə yeni nəsildə oxumağa, maarifləndirici işlər görmək əvəzinə, hansısa məkanda qəlyan çəkərək, qızlarla əylənərək və bu kimi halları cəmiyyətə təqdim edərək, insanlarda gülüş yaradıb, qazanc əldə etməyin yollarını öyrədir.

Bu isə cəmiyyətin inkişafına təsir göstərir və deqradasiya gedir. Yəni, primitiv düşüncə, primitiv gənc, primitiv baxış bucağı yaradır. “Bloqer”lərin cəmiyyətdə təsir gücü çoxdur. Onları hər kəs izləyir və baxır. Hətta sosial şəbəkələrin belə bir funksiyası var – sən həmin videonu izləmək istəmədiyin təqdirdə, o çox izlənilirsə, yenə də qarşına çıxır.

Hər dəfə qarşına çıxdıqda isə artıq yaddaşa həkk olunur. Bundan sonra “niyə mən də etməyim?” fikri yaratmağa başlayır. Əgər o video əxlaqsızlığın təbliği üçün çəkilirsə və heç bir mahiyyət daşımırsa, bu, yolverilməzdir”.

Psixoloq, Ümumrusiya Professional Psixoterapiya Liqasının həqiqi üzvü Səbinə Bayramova bu cür halların, yəni heç bir mahiyyət daşımayan videoların çəkilməsini cəmiyyət və əsasən də gənclər üçün ciddi təhlükə sayır:

“Mövzu ilə əlaqədar olaraq, ikitərəfli açıqlama vermək olar. Birincisi, bu cür durumların kimlərə təsiri ola bilər, ikincisi isə həmin “bloqer”lərin özləri haqqında fikir bildirmək olar. Ola bilər ki, “bloqer” adı ilə sosial şəbəkədə tanınan şəxs şəxsi həyatında heç də sosial biri deyil və videolarda canlandırdığı kimi, “qəhrəman” biri deyil.

Belə olduğu halda, onun aldığı müsbət rəylər, izləyici sayının artması həmin şəxsi daha da həvəsləndirmiş olur. Bu isə psixologiyada şəxsiyyətin pozulması probleminin yaranması deməkdir. Bununla da kimliksizləşməyə başlayır və başqa bir “mən” yaratmış olurlar.

Bu, artıq təhlükə yaradacaq bir durumdur. Yaranan bu təhlükə, təəssüf ki, cəmiyyət tərəfindən sevilməyə başlayır. Beləliklə, şəxs vaxtını daha çox sosial şəbəkələrdə keçirir. Bu isə yalnızlaşmanın yaranmasına gətirib çıxarır, real aləmdən uzaqlaşdırır. Təbii ki, dediyim sözlər bütün “bloqer”lərə aid deyil.

Onu da qeyd etmək lazımdır ki, sosial şəbəkələr psixoloji təsirlər əsasında qurulan xidmətdir. Məsələn, orada qeyd olunur ki, filan şəkli, postu paylaş, əvəzində “like” qazan. Bu, həmin şəxsdə asılılıq yaradır. Heç bəzən evdə valideynlər belə gənclərə müsbət motivasiya vermir.

Nəzərə alsaq ki, sosial şəbəkələrdən yalnız gənclər yox, 18 yaşdan aşağı şəxslər də istifadə edir, bu, artıq ikiqat təhlükədir.

Deməyim odur ki, “videobloqer”lərin çəkdiyi videolar, paylaşdığı postlarda nə təbliğ olunursa, onun xoşagəlməz təsirləri gənclərə, uşaqlara daha tez təsir edir. Çünki onların psixologiyası tam yerinə oturmayıb və şəxsiyyət kimi formalaşmayıblar.

Şəxsiyyət özünü və ətrafındakıları tam şəkildə dərk edən fərdə deyilir. Formalaşma tam olmadığına görə təbliğatı aparılan bir şeyi özünə nümunə kimi götürə bilər. Bir məsələni də qeyd edim ki, psixoloji yaşla passport yaşı bəzi hallarda üst-üstə düşmür. Həmin şəxslər də tez təsir altına düşmüş olur. Son olaraq onu demək istəyirəm ki, əgər çəkilən videolar maarifləndirmə məqsədi daşıyırsa, alqışalayiq, əks təqdirdə isə xoş hal deyil”.

Elvin Paşazadə
www.ÇıxışYolu.Com

Ətraflı
“VIP Style” Estetik Klinikasında tay masajının təqdimatı keçirilib

“VIP Style” Estetik Klinikasında tay masajının təqdimatı keçirilib

14-16 fevral tarixlərində “VIP Style” Estetik Klinikasında yeni oksigenli kosmesevtikanın və klinikanın yeni istiqamətlərindən biri olan Tay masajın təqdimatı keçirilib.

Klinikanın baş həkimi, dermatokosmetoloq Samirə Məcidova və klinikanın rəhbəri Aydın Cəfərov xanımları salamlayıb, klinika və burada keçirilən hər növ müalicə metodları və istifadə olunan avadanlıqlar, yeni kosmesevtik vasitələr haqqında ətraflı məlumat veriblər.

Daha sonra həkim-diyetoloq Fuad Məcidov klinikadakı müalicə prosedurları haqqında qonaqlara məlumat verib.

Təqdimata qatılan xanımların hər birinə “VIP Style” Estetik Klinikası tərəfindən tay masajı hədiyyə olunub.

www.ÇıxışYolu.Com

Ətraflı
Azərbaycan mülki aviasiyasının növbəti uğuru – FOTO

Azərbaycan mülki aviasiyasının növbəti uğuru – FOTO

Fevralın 8-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) rəsmi açılış mərasimi keçirilib.

ÇıxışYolu.Com-ın məlumatına görə, Bakıda ASEC Mərkəzinin tikintisi üzrə Hökumətlərarası Memorandum Azərbaycan prezidenti İlham Əliyevin 2017-ci ilin mart ayında Fransaya rəsmi səfəri çərçivəsində imzalanıb.

Sənəd “Azərbaycan Hava Yolları” (AZAL) QSC və Fransanın “THALES” şirkəti  arasında imzalanıb. “Thales” şirkəti üçün pilot layihə sayılan bu layihənin ümumi dəyəri yeddi milyon avro təşkil edir.  

ASEC Mərkəzinin açılması ilə əlaqədar olaraq keçirilən tədbirdə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsinin Direktoru Fərxan Quliyev, “Thales International” şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazi və digərləri iştirak ediblər.

“Hava Məkanından İstifadənin Səmərəlilik Mərkəzində aeronaviqasiya məlumatlarının mübadiləsi sahəsində qabaqcıl təcrübə və ən son texnologiyalardan istifadə edilib. Bu, Brüsseldə yerləşən Avropa Hava Hərəkəti Axınının İdarəetmə Mərkəzi (Eurocontrol) və Sinqapurda yerləşən Hava Hərəkəti Axınının İdarəetmə Mərkəzi arasında hava hərəkəti axınlarının əsas planlaşdırma mərkəzidir.

ASEC sayəsində Azərbaycan həm “Eurocontrol”-un, həm də Asiyanın Hava Axınları Planlaşdırma Mərkəzinin strateji tərəfdaşı rolunu oynayacaq. Eyni mərkəzdən postsovet məkanında və Yaxın Şərq ölkələrində yoxdur”, – deyə Cahangir Əsgərov bildirib.

“Bu layihə Azərbaycan və Fransa, eləcə də hər iki ölkənin şirkətləri arasındakı möhkəm tərəfdaşlığın  göstəricisidir. Mən burada həm texniki, həm də estetik parametrlər üzrə gördüklərimdən böyük məmnunluq duydum. Biz çox şadıq ki, belə mərkəzin yaradılmasında iştirak etmişik. Mərkəz vasitəsilə mühüm məlumatları almaq və onları idarəetmə də istifadə etmək mümkündür.

Bu, onu göstərir ki, Azərbaycan bu regionda nəqliyyat habı olmağa qadirdir və olacaq da. Fransanın Azərbaycandakı səfiri kimi deyə bilərəm ki, bu layihə qarşılıqlı münasibətlərimizin çox gözəl göstəricisidir”, –  Orelia Buşez qeyd etmişdir.

“AZAL və “Thales Group” artıq 20 ildən çoxdur ki, əməkdaşlıq edir və strateji tərəfdaş olaraq qalmaqdadır. Yeni mərkəzdə tətbiq olunan sistemlər hava axınlarının idarəolunması üzrə ən müasir texnologiyalara əsaslanır ki, bu da onu adi hava hərəkətinin idarəolunması sistemindən daha əhəmiyyətli edir.

Bu, AZAL-ın Azərbaycan hava məkanında çox sayda uçuşları idarə etməyə hazır olduğunun göstəricisidir. Əminəm ki, biz birlikdə daha çox iddialı layihələr həyata keçirə biləcəyik”, – “Thales International” şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazi qeyd etmişdir.

Hazırda Azərbaycan Respublikasının ərazisi üzərindən 90 mindən çox tranzit uçuşlar yerinə yetirilir.

Daha sonra Cahangir Əsgərov və Rafael Eskinazi danışıqlar aparıblar. Aparılan danışıqlarda Azərbaycanın mülki aviasiyası sahəsində AZAL və “Thales”in gələcək əməkdaşlığı müzakirə edilib. Danışıqların yekunlarına əsasən Azərbaycanda fransız şirkətinin məhsullarının istehsalı  üçün AZAL və “Thales”in Azərbaycanda birgə müəssisənin yaradılmasının mümkünlüyünü nəzərdən keçirmək barədə razılıq əldə olunub.

Qeyd edək ki, Mərkəz aşağıdakı funksiyaları həyata keçirir:

– regional səviyyədə marşrut şəbəkələrinin inkişafı;

– hava hərəkəti axınının və hava məkanının buraxılış qabiliyyətinin planlaşdırılması və idarə edilməsi;  

– səmərəli sıxlıq və buraxılış qabiliyyətinin artırılması məqsədilə hava hərəkəti axınlarının istiqaməti üzrə “Eurocontrol” ilə koordinasiya;  

– hava məkanından istifadə üzrə monitorinq, təhlil, statistik məlumatların və hesabatların hazırlanması;

– hava məkanının sıxlığının təhlili;

– hava hərəkəti axınının dəyişdirilməsinə vaxtında reaksiya məqsədilə hava məkanının modelləşdirməsi;

– Azərbaycanın hava məkanının potensial istifadəçiləri bazarının araşdırılması və onların cəlb edilməsi.

www.ÇıxışYolu.Com

Ətraflı
1 3. 864 3. 865 3. 866 3. 867 3. 868 3. 871